Купюра номиналом в 200 AZN, фото из архива - Sputnik Azərbaycan, 1920
İQTİSADİYYAT
Sosial-iqtisadi gündəmə, maliyyə, biznes sahəsinə dair materiallar

MDB-nin baş katibi Azərbaycanın Aİİ-yə daxil olma ehtimalından danışdı

© Sputnik / Тимур БатыршинSergey Lebedev
Sergey Lebedev  - Sputnik Azərbaycan, 1920, 30.05.2023
Abunə olmaq
Ali Avrasiya İqtisadi Şurasının iclasında ilk dəfə Azərbaycan prezidenti iştirak edib və o, jurnalistlərə Aİİ ilə münasibətləri intensivləşdirməyə, daha fəal əməkdaşlığa hazır olduğunu bildirib.
BAKI, 30 may — Sputnik. Müstəqil Dövlətlər Birliyi (MDB) və Avrasiya İqtisadi İttifaqı (Aİİ) son vaxtlar sıx əməkdaşlıq edir, MDB ölkələri qarşılıqlı ticarəti artırmağa çalışırlar. Bunu MDB-nin baş katibi Sergey Lebedev Minskdə jurnalistlərə açıqlamasında bildirib.
Lebedev qeyd edib ki, o, MDB İcraiyyə Komitəsinin nümayəndələri ilə bu yaxınlarda Moskvada keçirilən Avrasiya İqtisadi Forumunda və Ali Avrasiya İqtisadi Şurasının iclasında iştirak edib.

"Ali Avrasiya İqtisadi Şurasının iclasında ilk dəfə Azərbaycan prezidenti iştirak edib və o, jurnalistlərə Aİİ ilə münasibətləri intensivləşdirməyə, daha fəal əməkdaşlığa hazır olduğunu bildirib. Ancaq qoşulmasına hələ çox var... Amma MDB ölkələri vəziyyətin mürəkkəbliyini dərk edərək, qarşılıqlı ticarəti aktivləşdirmək üçün addımlar atır", - baş katib qeyd edib.

O, bunun nəticələrinin artıq olduğunu vurğulayıb və bildirib ki, MDB çərçivəsində qarşılıqlı ticarətin həcmi son illərdə təxminən 30 faiz artıb, qarşılıqlı investisiyaların həcmi də artır.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Xəbər lenti
0