https://sputnik.az/20230530/erdoganin-andicme-merasiminin-texmini-tarixi-aciqlanib-455385630.html
Ərdoğanın andiçmə mərasiminin təxmini tarixi açıqlanıb
Ərdoğanın andiçmə mərasiminin təxmini tarixi açıqlanıb
Sputnik Azərbaycan
Türkiyə Prezidenti seçilən Rəcəb Tayyib Ərdoğanın andiçmə mərasimi iyunun 2-si və ya 6-da keçirilə bilər. 30.05.2023, Sputnik Azərbaycan
2023-05-30T09:59+0400
2023-05-30T09:59+0400
2023-05-30T09:59+0400
dünya xəbərləri
ərdoğan
andiçmə
https://cdnn1.img.sputnik.az/img/07e7/04/1c/454221339_0:160:3072:1888_1920x0_80_0_0_72fe36c0caef4b5d7739093249236fd5.jpg
BAKI, 30 may — Sputnik. Mayın 28-də keçirilən seçkilərdə yenidən Türkiyə Prezidenti seçilən Rəcəb Tayyib Ərdoğanın andiçmə mərasimi iyunun 2-si və ya 6-da keçirilə bilər. "CNNTurk" -ün yaydığı xəbərə görə, ölkənin Mərkəzi Seçki Komissiyası parlament seçkilərinin yekun nəticələrini mayın 30-da açıqlayacaq. İyunun 2-də millət vəkilləri Böyük Millət Məclisində and içəcək. Beş gün ərzində parlament sədrliyinə namizədlər irəli sürüləcək. Məlumata görə, R.T.Ərdoğan ya iyunun 2-də, ya da iyunun 6-da Türkiyə Böyük Millət Məclisində and içib, vəzifəsinin icrasına başlayacaq. Prezident and içdikdən sonra yeni hökumətin tərkibini elan edəcək və Nazirlər Kabinetinin iclasını keçirəcək. Qeyd edək ki, mayın 28-də Türkiyədə prezident seçkilərinin ikinci turu keçirilib. "Cümhur İttifaqı"nın namizədi, hakim Ədalət və İnkişaf Partiyasının sədri R.T.Ərdoğan 52,18 faiz səslə yenidən dövlət başçısı seçilib. Onun rəqibi, "Millət İttifaqı"nın namizədi, müxalif Cümhuriyyət Xalq Partiyasının sədri Kamal Kılıçdaroğlu isə 47,82 faiz səs toplayıb.Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2023
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e7/04/1c/454221339_171:0:2902:2048_1920x0_80_0_0_94b1a36189926a5b45569b63fe68d5e1.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
ərdoğan, andiçmə
Ərdoğanın andiçmə mərasiminin təxmini tarixi açıqlanıb
Türkiyə Prezidenti seçilən Rəcəb Tayyib Ərdoğanın andiçmə mərasimi iyunun 2-si və ya 6-da keçirilə bilər.
BAKI, 30 may — Sputnik. Mayın 28-də keçirilən seçkilərdə yenidən Türkiyə Prezidenti seçilən Rəcəb Tayyib Ərdoğanın andiçmə mərasimi iyunun 2-si və ya 6-da keçirilə bilər.
"CNNTurk" -ün yaydığı xəbərə görə, ölkənin Mərkəzi Seçki Komissiyası parlament seçkilərinin yekun nəticələrini mayın 30-da açıqlayacaq.
İyunun 2-də millət vəkilləri Böyük Millət Məclisində and içəcək. Beş gün ərzində parlament sədrliyinə namizədlər irəli sürüləcək.
Məlumata görə, R.T.Ərdoğan ya iyunun 2-də, ya da iyunun 6-da Türkiyə Böyük Millət Məclisində and içib, vəzifəsinin icrasına başlayacaq. Prezident and içdikdən sonra yeni hökumətin tərkibini elan edəcək və Nazirlər Kabinetinin iclasını keçirəcək.
Qeyd edək ki, mayın 28-də Türkiyədə prezident seçkilərinin ikinci turu keçirilib. "Cümhur İttifaqı"nın namizədi, hakim Ədalət və İnkişaf Partiyasının sədri R.T.Ərdoğan 52,18 faiz səslə yenidən dövlət başçısı seçilib. Onun rəqibi, "Millət İttifaqı"nın namizədi, müxalif Cümhuriyyət Xalq Partiyasının sədri Kamal Kılıçdaroğlu isə 47,82 faiz səs toplayıb.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.