https://sputnik.az/20230530/erdogan-rusiya-ile-elaqeleri-guclendirecek---ekspert-455389157.html
Ərdoğan Rusiya ilə əlaqələri gücləndirəcək - ekspert
Ərdoğan Rusiya ilə əlaqələri gücləndirəcək - ekspert
Sputnik Azərbaycan
İqtisadi səbəblərə və enerji sektorunda qarşılıqlı maraqlara görə Rusiya ilə münasibətlərin dərinliyini nəzərə alsaq, heç bir Türkiyə hökuməti bunda maraqlı... 30.05.2023, Sputnik Azərbaycan
2023-05-30T13:36+0400
2023-05-30T13:36+0400
2023-05-30T13:36+0400
ərdoğan
təhlil
rusiya
https://cdnn1.img.sputnik.az/img/07e6/0a/1f/448072591_0:178:3008:1870_1920x0_80_0_0_0bb8afa7fa8982665db9b2e680176704.jpg
BAKI, 30 may — Sputnik. Türkiyədə prezident seçkilərində qalib gələn Rəcəb Tayyib Ərdoğan Rusiya ilə münasibətləri gücləndirməkdə davam edəcək və ABŞ-la praqmatizm əsasında qarşılıqlı fəaliyyət göstərəcək. Bunu BƏƏ-nin Müstəqbal Təkmil Araşdırmalar Mərkəzinin eksperti Şadi Abdel Vəhhab RİA Novosti-yə bildirib. Bundan əlavə, onun fikrincə, seçkilərdəki rəqibinin Rusiyanın Türkiyədəki seçki prosesinə müdaxiləsi ilə bağlı açıqlamaları Ərdoğana fayda verdi və bununla da müxalifət namizədi onun mövqeyinin iki ölkə arasındakı münasibətləri təhdid edə biləcəyini açıq şəkildə göstərdi. İqtisadi səbəblərə və enerji sektorunda qarşılıqlı maraqlara görə Rusiya ilə münasibətlərin dərinliyini nəzərə alsaq, heç bir Türkiyə hökuməti bunda maraqlı deyil. Ərdoğanın qələbəsindən sonra strateji layihələrdə Türkiyə-Rusiya əməkdaşlığı yalnız inkişaf edəcək", - ekspert bildirib. Eyni zamanda, Abdel Vəhhab hesab edir ki, Ərdoğanın yeni prezidentlik dövründə Türkiyənin ABŞ-la münasibətləri əvvəlki səviyyədə qalacaq və praqmatizm əsasında qurulacaq. Onun fikrincə, Türkiyə Ukrayna münaqişəsində Qərbin sövdələşmədə Rusiya qarşısında öhdəliklərini yerinə yetirməməsini nəzərə alaraq, taxıl sazişində vasitəçi olaraq qalmaq da daxil olmaqla, neytrallığa riayət etməyə davam edəcək. "Hazırda Ərdoğanın qarşısında duran ən böyük problem ölkənin iqtisadi vəziyyətinin mümkün pisləşməsi şəraitində, xüsusən də Türkiyə lirəsinin zəifləməsinə səbəb olan banklara qarşı monetar siyasətlə əlaqədardır, ona görə də böyük ehtimalla o, hökumətin iqtisadi strukturunu dəyişəcək", – ekspert əlavə edib.Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2023
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e6/0a/1f/448072591_139:0:2870:2048_1920x0_80_0_0_4a7c2b43028b4bbf2eac6fe38c0bbf10.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
ərdoğan, rusiya
Ərdoğan Rusiya ilə əlaqələri gücləndirəcək - ekspert
İqtisadi səbəblərə və enerji sektorunda qarşılıqlı maraqlara görə Rusiya ilə münasibətlərin dərinliyini nəzərə alsaq, heç bir Türkiyə hökuməti bunda maraqlı deyil.
BAKI, 30 may — Sputnik. Türkiyədə prezident seçkilərində qalib gələn Rəcəb Tayyib Ərdoğan Rusiya ilə münasibətləri gücləndirməkdə davam edəcək və ABŞ-la praqmatizm əsasında qarşılıqlı fəaliyyət göstərəcək. Bunu BƏƏ-nin Müstəqbal Təkmil Araşdırmalar Mərkəzinin eksperti Şadi Abdel Vəhhab RİA Novosti-yə bildirib.
"Türkiyə ilə Rusiya arasında münasibətlər möhkəm qalacaq, onlara yenidən baxılmayacaq. Xüsusilə bu, Ərdoğanın hərbi və mülki istehsalda müstəqilliyə nail olmaq istəyi ilə ABŞ-a qarşı ritorikada səslərin bir hissəsini qazanması ilə bağlıdır", - ekspert qeyd edib.
Bundan əlavə, onun fikrincə, seçkilərdəki rəqibinin Rusiyanın Türkiyədəki seçki prosesinə müdaxiləsi ilə bağlı açıqlamaları Ərdoğana fayda verdi və bununla da müxalifət namizədi onun mövqeyinin iki ölkə arasındakı münasibətləri təhdid edə biləcəyini açıq şəkildə göstərdi. İqtisadi səbəblərə və enerji sektorunda qarşılıqlı maraqlara görə Rusiya ilə münasibətlərin dərinliyini nəzərə alsaq, heç bir Türkiyə hökuməti bunda maraqlı deyil. Ərdoğanın qələbəsindən sonra strateji layihələrdə Türkiyə-Rusiya əməkdaşlığı yalnız inkişaf edəcək", - ekspert bildirib.
Eyni zamanda, Abdel Vəhhab hesab edir ki, Ərdoğanın yeni prezidentlik dövründə Türkiyənin ABŞ-la münasibətləri əvvəlki səviyyədə qalacaq və praqmatizm əsasında qurulacaq. Onun fikrincə, Türkiyə Ukrayna münaqişəsində Qərbin sövdələşmədə Rusiya qarşısında öhdəliklərini yerinə yetirməməsini nəzərə alaraq, taxıl sazişində vasitəçi olaraq qalmaq da daxil olmaqla, neytrallığa riayət etməyə davam edəcək.
"Hazırda Ərdoğanın qarşısında duran ən böyük problem ölkənin iqtisadi vəziyyətinin mümkün pisləşməsi şəraitində, xüsusən də Türkiyə lirəsinin zəifləməsinə səbəb olan banklara qarşı monetar siyasətlə əlaqədardır, ona görə də böyük ehtimalla o, hökumətin iqtisadi strukturunu dəyişəcək", – ekspert əlavə edib.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.