https://sputnik.az/20230530/budce-teskilatlarinda-calismanin-son-yas-heddinin-70-e-qaldirilmasi-teklif-edilib-455390497.html
Büdcə təşkilatlarında çalışmanın son yaş həddinin 70-ə qaldırılması təklif edilib
Büdcə təşkilatlarında çalışmanın son yaş həddinin 70-ə qaldırılması təklif edilib
Sputnik Azərbaycan
Komitə sədri bildirib ki, son zamanlar sosial, səhiyyə, təhsil sahəsində yaşı 65-ə çatanların işdən çıxarılması kütləvi hal alıb. 30.05.2023, Sputnik Azərbaycan
2023-05-30T11:35+0400
2023-05-30T11:35+0400
2023-05-30T11:45+0400
cəmiyyət
büdcə
təşkilat
işçi
https://cdnn1.img.sputnik.az/img/42262/01/422620198_0:15:3037:1723_1920x0_80_0_0_68c7fff459f70f99b8cb3024d3d2179f.jpg
BAKI, 30 may-Sputnik. "Dövlət büdcəsindən maliyyələşən müəssisələrdə çalışmanın yaş həddi 65-dən 70-ə qaldırılsın". Bu təkliflə Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədri Musa Quliyev parlamentin bu gün keçirilən plenar iclasında çıxış edib. Komitə sədri bildirib ki, bir neçə il əvvəl Əmək Məcəlləsinə edilən dəyişikliklə dövlət büdcəsindən maliyyələşən müəssisələrdə çalışmanın son yaş həddi 65 müəyyən edilib. Son zamanlar isə sosial, səhiyyə, təhsil sahəsində yaşı 65-ə çatanların işdən çıxarılması kütləvi hal alıb:Dövlət büdcəsindən maliyyələşən müəssisələrdə çalışmanın yaş həddinin 65-dən 70-ə qaldırılmasını təklif edən komitə sədri diqqətə çatdırıb ki, əgər bu təklif qəbul edilsə, qanun layihəsini hazırlayıb payız sessiyasında qəbul edə bilərik. Əmək Məcəlləsi Qeyd edək ki, məcəllənin 10-cu maddəsi "dövlət büdcəsindən maliyyələşən müəssisələrdə çalışmanın yaş həddi" adlanır. Həmin maddəyə görə, dövlət büdcəsindən maliyyələşən müəssisələrdə çalışmanın yaş həddi 65-dir. Dövlət büdcəsindən maliyyələşən müəssisənin 65 yaşına çatmış işçisinin həmin müəssisədə çalışma müddəti müvafiq dövlət orqanının rəhbəri tərəfindən hər dəfə 1 ildən çox olmayaraq uzadıla bilər. Çalışma müddətinin 5 ildən çox uzadılmasına yol verilmir. Elm, mədəniyyət, səhiyyə və təhsil sahələrinin inkişafında xüsusi xidmətləri olmuş dövlət büdcəsindən maliyyələşən müəssisənin 65 yaşına çatmış işçisinin çalışma müddəti nəzərdə tutulmuş müddətdən artıq uzadıla bilər. Dövlət büdcəsindən maliyyələşən hər bir müəssisənin çalışma müddəti uzadılmış işçilərinin sayı həmin müəssisənin işçilərinin sayının 2 faizindən artıq ola bilməz. Dövlət büdcəsindən maliyyələşən müəssisələrdə çalışan işçilərin çalışma müddətinin uzadılmasına onların razılığı əsasında yol verilir.Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2023
Xalid Məmmədov
https://cdnn1.img.sputnik.az/img/07e5/06/10/427232791_167:-1:1127:960_100x100_80_0_0_3163a67afe6eda2fe28ebb5d0ec95939.jpg
Xalid Məmmədov
https://cdnn1.img.sputnik.az/img/07e5/06/10/427232791_167:-1:1127:960_100x100_80_0_0_3163a67afe6eda2fe28ebb5d0ec95939.jpg
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/42262/01/422620198_187:0:2918:2048_1920x0_80_0_0_3aea9ec98d2fb0f58a8b0ff32ac2f8a5.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
Xalid Məmmədov
https://cdnn1.img.sputnik.az/img/07e5/06/10/427232791_167:-1:1127:960_100x100_80_0_0_3163a67afe6eda2fe28ebb5d0ec95939.jpg
büdcə, təşkilat, işçi
Büdcə təşkilatlarında çalışmanın son yaş həddinin 70-ə qaldırılması təklif edilib
11:35 30.05.2023 (Yenilənib: 11:45 30.05.2023) Komitə sədri bildirib ki, son zamanlar sosial, səhiyyə, təhsil sahəsində yaşı 65-ə çatanların işdən çıxarılması kütləvi hal alıb.
BAKI, 30 may-Sputnik. "Dövlət büdcəsindən maliyyələşən müəssisələrdə çalışmanın yaş həddi 65-dən 70-ə qaldırılsın". Bu təkliflə Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədri Musa Quliyev parlamentin bu gün keçirilən plenar iclasında çıxış edib.
Komitə sədri bildirib ki, bir neçə il əvvəl Əmək Məcəlləsinə edilən dəyişikliklə dövlət büdcəsindən maliyyələşən müəssisələrdə çalışmanın son yaş həddi 65 müəyyən edilib. Son zamanlar isə sosial, səhiyyə, təhsil sahəsində yaşı 65-ə çatanların işdən çıxarılması kütləvi hal alıb:
“Sanki həmin işçilər neçə illər işləməyiblər. Elə ad günündə onları işdən çıxarır, əlavə vakansiya təklif etmirlər. Onların pensiyaları aşağıdır, pensiyalarını sonrakı müddətdə işləyib artırmaq isə mümkün olmur. Yaş həddi insanların çalışmasına mane olmamalıdır. İnsanları yaş həddinə görə işdən kənarlaşdırmaq doğru deyil".
Dövlət büdcəsindən maliyyələşən müəssisələrdə çalışmanın yaş həddinin 65-dən 70-ə qaldırılmasını təklif edən komitə sədri diqqətə çatdırıb ki, əgər bu təklif qəbul edilsə, qanun layihəsini hazırlayıb payız sessiyasında qəbul edə bilərik.
Qeyd edək ki, məcəllənin 10-cu maddəsi "dövlət büdcəsindən maliyyələşən müəssisələrdə çalışmanın yaş həddi" adlanır.
Həmin maddəyə görə, dövlət büdcəsindən maliyyələşən müəssisələrdə çalışmanın yaş həddi 65-dir.
Dövlət büdcəsindən maliyyələşən müəssisənin 65 yaşına çatmış işçisinin həmin müəssisədə çalışma müddəti müvafiq dövlət orqanının rəhbəri tərəfindən hər dəfə 1 ildən çox olmayaraq uzadıla bilər. Çalışma müddətinin 5 ildən çox uzadılmasına yol verilmir.
Elm, mədəniyyət, səhiyyə və təhsil sahələrinin inkişafında xüsusi xidmətləri olmuş dövlət büdcəsindən maliyyələşən müəssisənin 65 yaşına çatmış işçisinin çalışma müddəti nəzərdə tutulmuş müddətdən artıq uzadıla bilər.
Dövlət büdcəsindən maliyyələşən hər bir müəssisənin çalışma müddəti uzadılmış işçilərinin sayı həmin müəssisənin işçilərinin sayının 2 faizindən artıq ola bilməz.
Dövlət büdcəsindən maliyyələşən müəssisələrdə çalışan işçilərin çalışma müddətinin uzadılmasına onların razılığı əsasında yol verilir.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.