https://sputnik.az/20230530/azerbaycanda-minatemizleme-sahesinde-xidmetlere-gore-medal-tesis-edilir-455394722.html
Azərbaycanda “Minatəmizləmə sahəsində xidmətlərə görə” medal təsis edilir
Azərbaycanda “Minatəmizləmə sahəsində xidmətlərə görə” medal təsis edilir
Sputnik Azərbaycan
Sənədə əsasən, minatəmizləmə sahəsində fəal iştirak edən, səmərəli əməkdaşlığa əhəmiyyətli töhfə verən şəxslər “Minatəmizləmə sahəsində xidmətlərə görə” medalı... 30.05.2023, Sputnik Azərbaycan
2023-05-30T13:00+0400
2023-05-30T13:00+0400
2023-05-30T13:00+0400
cəmiyyət
mina
təmizləmə
medal
https://cdnn1.img.sputnik.az/img/07e6/01/1c/438622845_0:254:2737:1794_1920x0_80_0_0_375720bf94561b88bbc521cbe53f7e18.jpg
BAKI, 30 may - Sputnik. Azərbaycanda “Minatəmizləmə sahəsində xidmətlərə görə” medal təsis edilir. Bu məsələ “Minatəmizləmə sahəsində xidmətlərə görə” Azərbaycan Respublikasının medalının təsis edilməsi ilə əlaqədar “Azərbaycan Respublikasının orden və medallarının təsis edilməsi haqqında” qanunda dəyişiklikdə öz əksini tapıb. Parlamentin bu gün keçirilən plenar iclasında deputat Nizami Səfərov bu qanun layihəsi barədə məlumat verərək bildirib ki, sənəd ölkə Prezidenti tərəfindən qanunvericilik təşəbbüsü qaydasında Milli Məclisə təqdim edilib. O, müasir şəraitdə minaların və müharibənin partlayıcı qalıqlarının dünyanın bir çox regionlarında, ilk növbədə mülki əhalinin həyat və sağlamlığına, habelə inkişafa, tərəqqiyə ən ciddi təhdid olduğunu qeyd edib, Azərbaycanın dünyada minalarla çirkləndirilən ölkələr sırasında birinci yerlərdən birini tutduğunu deyib. Deputat diqqətə çatdırıb ki, 2020-ci il noyabrın 10-dan, yəni üçtərəfli bəyanat imzalandığı tarixdən bugünədək 140 mülki şəxs və 161 nəfər hərbi qulluqçu, ümumilikdə 301 nəfər mina partlayışları nəticəsində həlak olub və ya müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Ümumilikdə, 44 günlük Vətən müharibəsi başa çatdıqdan sonra 77890 hektar ərazi minalardan təmizlənib, 87 min mina və partlamamış hərbi sursat aşkarlanıb. Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyi bu istiqamətdə öz fəaliyyətini davam etdirir. Minatəmizləmənin mühüm fəaliyyət növü olduğunu deyən deputat bildirib ki, bu sahədə fəal iştirak edən, səmərəli əməkdaşlığa əhəmiyyətli töhfə verən, dövlətin beynəlxalq əlaqələrinin inkişaf etdirilməsində və möhkəmləndirilməsində xidməti olan Azərbaycan Respublikasının vətəndaşları, əcnəbilər və vətəndaşlığı olmayan şəxslər “Minatəmizləmə sahəsində xidmətlərə görə” medalı ilə təltif oluna bilərlər. Qanuna dəyişiklik səsə qoyularaq üçüncü oxunuşda qəbul edilib. Qeyd edək ki, Azərbaycan, Rusiya və Ermənistan liderlərinin Qarabağ üzrə üçtərəfli bəyanatı 2020-ci il noyabrın 10-da imzalanıb.Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2023
Xalid Məmmədov
https://cdnn1.img.sputnik.az/img/07e5/06/10/427232791_167:-1:1127:960_100x100_80_0_0_3163a67afe6eda2fe28ebb5d0ec95939.jpg
Xalid Məmmədov
https://cdnn1.img.sputnik.az/img/07e5/06/10/427232791_167:-1:1127:960_100x100_80_0_0_3163a67afe6eda2fe28ebb5d0ec95939.jpg
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e6/01/1c/438622845_4:0:2733:2047_1920x0_80_0_0_922d4d429941c502fc10bb42b2e1a860.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
Xalid Məmmədov
https://cdnn1.img.sputnik.az/img/07e5/06/10/427232791_167:-1:1127:960_100x100_80_0_0_3163a67afe6eda2fe28ebb5d0ec95939.jpg
mina, təmizləmə, medal
Azərbaycanda “Minatəmizləmə sahəsində xidmətlərə görə” medal təsis edilir
Sənədə əsasən, minatəmizləmə sahəsində fəal iştirak edən, səmərəli əməkdaşlığa əhəmiyyətli töhfə verən şəxslər “Minatəmizləmə sahəsində xidmətlərə görə” medalı ilə təltif oluna bilərlər.
BAKI, 30 may - Sputnik. Azərbaycanda “Minatəmizləmə sahəsində xidmətlərə görə” medal təsis edilir. Bu məsələ “Minatəmizləmə sahəsində xidmətlərə görə” Azərbaycan Respublikasının medalının təsis edilməsi ilə əlaqədar “Azərbaycan Respublikasının orden və medallarının təsis edilməsi haqqında” qanunda dəyişiklikdə öz əksini tapıb.
Parlamentin bu gün keçirilən plenar iclasında deputat Nizami Səfərov bu qanun layihəsi barədə məlumat verərək bildirib ki, sənəd ölkə Prezidenti tərəfindən qanunvericilik təşəbbüsü qaydasında Milli Məclisə təqdim edilib. O, müasir şəraitdə minaların və müharibənin partlayıcı qalıqlarının dünyanın bir çox regionlarında, ilk növbədə mülki əhalinin həyat və sağlamlığına, habelə inkişafa, tərəqqiyə ən ciddi təhdid olduğunu qeyd edib, Azərbaycanın dünyada minalarla çirkləndirilən ölkələr sırasında birinci yerlərdən birini tutduğunu deyib.
Deputat diqqətə çatdırıb ki, 2020-ci il noyabrın 10-dan, yəni üçtərəfli bəyanat imzalandığı tarixdən bugünədək 140 mülki şəxs və 161 nəfər hərbi qulluqçu, ümumilikdə 301 nəfər mina partlayışları nəticəsində həlak olub və ya müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Ümumilikdə, 44 günlük Vətən müharibəsi başa çatdıqdan sonra 77890 hektar ərazi minalardan təmizlənib, 87 min mina və partlamamış hərbi sursat aşkarlanıb. Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyi bu istiqamətdə öz fəaliyyətini davam etdirir.
Minatəmizləmənin mühüm fəaliyyət növü olduğunu deyən deputat bildirib ki, bu sahədə fəal iştirak edən, səmərəli əməkdaşlığa əhəmiyyətli töhfə verən, dövlətin beynəlxalq əlaqələrinin inkişaf etdirilməsində və möhkəmləndirilməsində xidməti olan Azərbaycan Respublikasının vətəndaşları, əcnəbilər və vətəndaşlığı olmayan şəxslər “Minatəmizləmə sahəsində xidmətlərə görə” medalı ilə təltif oluna bilərlər.
Qanuna dəyişiklik səsə qoyularaq üçüncü oxunuşda qəbul edilib.
Qeyd edək ki, Azərbaycan, Rusiya və Ermənistan liderlərinin Qarabağ üzrə üçtərəfli bəyanatı 2020-ci il noyabrın 10-da imzalanıb.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.