Azərbaycan dolması Özbəkistan festivalının ən dadlı yeməyi seçilib
© Photo : Facebook / NooshDolma, arxiv şəkli
© Photo : Facebook / Noosh
Abunə olmaq
Azərbaycan stendində Ulu öndər haqqında foto və nəşrlər, milli yeməklər, geyimlər, rəqslər təqdim olunub.
BAKI, 30 may — Sputnik. Azərbaycan dolması Daşkənddə keçirilən "Xalqların mədəni adət-ənənələri və mətbəxi" beynəlxalq festivalının ən dadlı yeməyi seçilib. Tədbir Özbəkistan Respublikasının Xarici İşlər Nazirliyi tərəfindən təşkil olunub.
Azərbaycanın milli stendi Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzi tərəfindən hazırlanıb və Heydər Əliyevin anadan olmasının 100 illik yubileyinin qeyd edilməsi çərçivəsində pavilyonun qarşısında ulu öndər haqqında fotoşəkillərdən və nəşrlərdən ibarət xüsusi sərgi təşkil edilib.
© Photo : Azerbaijan Cultural Center named after Heydar Aliyev in UzbekistanDaşkənddə "Xalqların mədəni adət-ənənələri və mətbəxi" beynəlxalq festivalı
Daşkənddə "Xalqların mədəni adət-ənənələri və mətbəxi" beynəlxalq festivalı
© Photo : Azerbaijan Cultural Center named after Heydar Aliyev in Uzbekistan
Tədbirdə ulu öndərin həyat və fəaliyyətindən bəhs edən nəşrlər, Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın iqtisadi inkişafı, Azərbaycan xalqının tarixi və mədəniyyəti haqqında kitablar, Heydər Əliyev Fondu tərəfindən rus və ingilis dillərində "Qarabağ həqiqətləri" seriyasından çap olunan nəşrlər təqdim olunub. Festivalda Azərbaycan mədəniyyətinə aid suvenirlər, Qarabağa xas olan milli kişi və qadın geyimləri iştirakçıların diqqətini cəlb edib.
© Photo : Azerbaijan Cultural Center named after Heydar Aliyev in UzbekistanDaşkənddə "Xalqların mədəni adət-ənənələri və mətbəxi" beynəlxalq festivalı
Daşkənddə "Xalqların mədəni adət-ənənələri və mətbəxi" beynəlxalq festivalı
© Photo : Azerbaijan Cultural Center named after Heydar Aliyev in Uzbekistan
Tədbirin bədii hissəsində Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin rəqs ansamblının üzvləri milli rəqslər ifa ediblər.
Beynəlxalq münsiflər heyətinin qiymətləndirməsinin nəticələrinə görə, Azərbaycan Mədəniyyət Mərkəzinin təqdim etdiyi "Ən ləzzətli yemək" nominasiyasında Azərbaycanın milli yeməyi qalib olub.
Beynəlxalq festivalda toplanan bütün vəsait Özbəkistandakı əlil uşaqlar üçün internat məktəblərinə veriləcək.