Уникальные бакинские здания, созданные в стиле модерн - Sputnik Azərbaycan, 1920
MƏDƏNİYYƏT
Azərbaycanın mədəni həyatında baş verən önəmli hadisələr

İşğaldan azad olunmuş ərazilərdə açıq muzey açılacaqmı?

© Photo : State Tourism AgencyMuzeylərdə “Açıq qapı” günü
Muzeylərdə “Açıq qapı” günü - Sputnik Azərbaycan, 1920, 29.05.2023
Abunə olmaq
Mil-Qarabağ arxeoloji ekspedisiyasının rəhbəri bildirir ki, gələcək nəsillərin baş verən hadisələri unutmaması üçün işğaldan azad olunmuş bölgələrdə açıq muzeylər təşkil olunmalıdır.
BAKI, 29 may — Sputnik. Torpaqlarımız işğaldan azad olduqdan sonra əksər tarixçilər həmin torpaqlarda açıq muzeylərin yaradılmasını təklif etdilər. Məsələ ilə bağlı Sputnik Azərbaycan həmin tarixçilərin fikirlərini öyrənib.
Tarix İnstitutunun əməkdaşı Faiq İsmayılov bildirir ki, tarixi abidələrin populyarlaşdırılması olduqca vacibdir. Onun sözlərinə görə, işğaldan azad olunmuş ərazilərə insanların qayıtması gələcəkdə həm turzimin inkişafına, həm də abidələrin tanınmasına yardım edəcək:

"Turizm və abidələr fərqli sahərlər olsa da, bir-bir i ilə sıx bağlıdır. Laçına 700-dən artıq ailə köçürüləcək. Həmin insanların ora getməsi xarici ölkə vətəndaşlarının diqqətini cəlb edəcək. Laçında at fiqurları və qoç buynuzları var ki, onlar qəbirlər üzərində qurulurdu. Ermənilər də onları məhv edib. Mən Laçının qurulmasında iştirak edən memarla danışanda ona bildirdim ki, yaxşı olar ki, orada bir park yaradılsın. Həmin parkda həmin fiqurlar yerləşdirlisin, onlar haqqında məlumatlar qeyd olunsun ki, gələcəkdə kimsə tətqiqat işi aparanda onun üçün rahat olsun. Təkcə Laçın yox, Cəbrayılda, Ağdamda, Zəngilanda və digər azad olunmuş ərazilərimdə açıq muzeylər yaradılarsa, bu, həm turzimin inkişafına, həm də tarixi abidələrimizin tanınmasına, eləcə də erməni vandalizminin dünyaya çatdırılmasına faydalı olacaq".

Azərbaycan Milli Elmlər Akademiyası Arxeologiya və Etnoqrafiya İnstitutunun aparıcı elmi işçisi, Çöl tədqiqatları sektorunun müdiri və Mil-Qarabağ arxeoloji ekspedisiyasının rəhbəri Təvəkkül Əliyev isə təklif edir ki, işğal olunmuş ərazilərdə bir daş belə yerindən tərpədilməməlidir:

"Komissiyalar, müvafiq qurumlar işləsin, ANAMA o torpaqları təmizləsin. Lakin, həmin bölgələrdə bərpa işləri aparılmasın. Mən bununla bağlı dəfələrlə mediada səsləndirdim. Xarici medianı cəlb etsinlər. Həmin torpaqlara turlar təşkil olunsun. XXI əsrin işğalının nəticəsini görsün bütün dünya. Dünya fotoqrafları, rejissorları bu torpaqlarda çəkilişlər etsinlər. Qoy bütün dünya ermənilərin vandalizminin əyani şahidi olsun. İnanın ki, Hollivuddan da rejissorlar gələrlər. Bütün dünya tanıyandan sonra təmir-bərpa işləri başlasın".

Tarixçinin daha bir təklifi isə işğal olunmuş hər bir rayonda müəyyən bir əraziyə toxunmamaq, həmin hissəni muzey kimi gələcək nəsillər üçün saxlamaqdır:
"Etiraf edək ki, biz unutqan xalqıq. Gələcək nəsillərin bunu unutmaması üçün bu addımı atmaq lazımdır. Biz tarixçilər, coğrafiyaşünaslar bu vaxta qədər istirahət etmişik. Artıq istirahətə son qoymaq, çirmələnib iş görmək lazımdır. Tarix bizə səhvlərimizi düzəltmək üçün böyük bir şans verib. Bu axına jurnalistlər, rejissorlar, rəssamlar, yazarlar və digərləri də qoşulmalıdırlar. Sabah gec olacaq. Sabah kimlərinsə xatirəsindən əsər yazmaq, film çəkmək lazım deyil".
"İşğaldan azad olunmuş bölgələrdə açıq muzey yaradılcaqmı?" sualı ilə Mədəniyyət nazirliyinə yönləndik. Nazirlikdən Sputnik Azərbaycan-a verilən açıqlamaya görə, erməni vandalizminin dünyaya çatdırılması və beynəlxalq aləmə əyani göstərilməsi baxımından açıq səma altında muzeylərin təşkili və bu muzeylərdə ermənilərin viran qoyduğu şəhər və kəndlərimizin dağıntılarının nümayişi mühüm əhəmiyyət kəsb edir:

"Məlum olduğu kimi, işğaldan azad olunmuş ərazilərə "Böyük Qayıdış" üçün dövlətimiz tərəfindən bütün zəruri tədbirlər uğurla həyata keçirilir. Həmçinin bu ərazilərdə aparılan bərpa və quruculuq işləri çərçivəsində işğal və zəfər muzeyləri komplekslərinin yaradılması ilə bağlı işlər görülür. Bununla əlaqədar Mədəniyyət Nazirliyi sözügedən muzey komplekslərinin yaradılması məqsədilə müvafiq sahə üzrə təcrübəsi olan yerli və xarici mütəxəssislər ilə sıx əməkdaşlıq edir".

Nazirlikdən o da bildirilib ki, bu əməkdaşlıq nəticəsində qısa müddət ərzində muzey kompleksləri üçün xüsusi konsepsiyalar hazırlanıb. 2021-2022-ci illərdə Ağdam, Füzuli, Cəbrayıl, Zəngilan, Kəlbəcər və Qubadlı rayonlarında Azərbaycan Respublikası Prezidentinin iştirakı ilə bu komplekslərin təməlləri qoyulub.
"Bu muzey kompleksləri Azərbaycan xalqının iftixar və qürur mənbəyinə çevrilən Şanlı Ordumuzun 44-günlük Vətən müharibəsi zamanı qazandığı möhtəşəm Qələbəni indiki və gələcək nəsillərin yaddaşına həkk edən, beynəlxalq hüquqa uyğun olaraq ərazi bütövlüyünü bərpa etməyə nail olmuş Azərbaycanın haqq səsini dünyaya çatdıran təşviqat və informasiya mərkəzi olacaq", - deyə Nazirliyin cavabında bildirilir.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Xəbər lenti
0