https://sputnik.az/20230529/rusiya-banki-azerbaycanda-inflyasiyanin-zeifleyeceyini-proqnozlasdirir-455373511.html
Rusiya bankı Azərbaycanda inflyasiyanın zəifləyəcəyini proqnozlaşdırır
Rusiya bankı Azərbaycanda inflyasiyanın zəifləyəcəyini proqnozlaşdırır
Sputnik Azərbaycan
2022-ci ilin yekunlarına görə, Azərbaycanda orta illik inflyasiya 13,9 %, ötən ilin dekabrında isə illik ifadədə 14,4 % təşkil edib. 29.05.2023, Sputnik Azərbaycan
2023-05-29T17:29+0400
2023-05-29T17:29+0400
2023-05-29T17:29+0400
iqtisadiyyat
bank
bank
inflyasiya
azərbaycan
qazprom
https://cdnn1.img.sputnik.az/img/42226/84/422268480_0:102:2000:1227_1920x0_80_0_0_2985644d74733688e7e10bec0f5c3da7.jpg
BAKI, 29 may - Sputnik. Rusiyanın “Qazprombank”ı Azərbaycanda inflyasiyanın 2023-cü ildə 8 %, 2024-cü ildə isə 7 % olacağını proqnozlaşdırır.“Report” xəbər verir ki, bunu “Qazprombank”ın Tədqiqatlar şöbəsinin müdir müavini, MDB ölkələri üzrə baş iqtisadçı Gülnarə Xaydarşina Azərbaycan Mərkəzi Bankında (AMB) keçirilən görüşlərin yekunlarına dair danışarkən deyib."Azərbaycanda inflyasiyanın ən yüksək həddi arxada qalıb və ilin sonuna kimi onun zəifləyəcəyi gözlənilir. Aprel ayında inflyasiya 2022-ci ilin sentyabrında müşahidə edilən ən yüksək səviyyə ilə müqayisədə 1,3 faiz bəndi azalaraq ötən ilin müvafiq dövrü ilə müqayisədə 12,8 %-dək enməkdə davam edib.Mərkəzi Bank xarici inflyasiya təzyiqinin zəifləməyə davam etdiyini qeyd edib. Bundan əlavə, dünyada ərzaq qiymətləri azalır: BMT-nin məlumatına görə, apreldə ərzaq qiymətlərinin artım tempi mart ayı ilə müqayisədə 0,8 %-dək (1,3 faiz bəndi) azalıb”, - o bildirib.G.Xaydarşinanın sözlərinə görə, vergi-büdcə stimullaşdırılması fonunda ümumi tələbin genişlənməsi inflyasiya riskləri yaratmaqda davam edir: “AMB ilin sonu üçün fevral ayında təqdim etdiyi inflyasiya proqnozunu dəstəkləyir və inflyasiyanın illik ifadədə 8 %-dək zəifləməsini gözlənildiyini açıqlayıb”.Dünya Bankının hesablamalarına görə, Azərbaycanda orta illik inflyasiyanın 2023-cü ildə 8,5 %, 2024-cü ildə isə 6,2 % olacağı gözlənilir.2022-ci ilin yekunlarına görə, Azərbaycanda orta illik inflyasiya 13,9 %, ötən ilin dekabrında isə illik ifadədə 14,4 % təşkil edib.
azərbaycan
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2023
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/42226/84/422268480_114:0:1887:1330_1920x0_80_0_0_942e4edda98a79b8da399106334140df.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
bank, bank, inflyasiya, azərbaycan, qazprom
bank, bank, inflyasiya, azərbaycan, qazprom
Rusiya bankı Azərbaycanda inflyasiyanın zəifləyəcəyini proqnozlaşdırır
2022-ci ilin yekunlarına görə, Azərbaycanda orta illik inflyasiya 13,9 %, ötən ilin dekabrında isə illik ifadədə 14,4 % təşkil edib.
BAKI, 29 may - Sputnik. Rusiyanın “Qazprombank”ı Azərbaycanda inflyasiyanın 2023-cü ildə 8 %, 2024-cü ildə isə 7 % olacağını proqnozlaşdırır.
“Report” xəbər verir ki, bunu “Qazprombank”ın Tədqiqatlar şöbəsinin müdir müavini, MDB ölkələri üzrə baş iqtisadçı Gülnarə Xaydarşina Azərbaycan Mərkəzi Bankında (AMB) keçirilən görüşlərin yekunlarına dair danışarkən deyib.
"Azərbaycanda inflyasiyanın ən yüksək həddi arxada qalıb və ilin sonuna kimi onun zəifləyəcəyi gözlənilir. Aprel ayında inflyasiya 2022-ci ilin sentyabrında müşahidə edilən ən yüksək səviyyə ilə müqayisədə 1,3 faiz bəndi azalaraq ötən ilin müvafiq dövrü ilə müqayisədə 12,8 %-dək enməkdə davam edib.
Mərkəzi Bank xarici inflyasiya təzyiqinin zəifləməyə davam etdiyini qeyd edib. Bundan əlavə, dünyada ərzaq qiymətləri azalır: BMT-nin məlumatına görə, apreldə ərzaq qiymətlərinin artım tempi mart ayı ilə müqayisədə 0,8 %-dək (1,3 faiz bəndi) azalıb”, - o bildirib.
G.Xaydarşinanın sözlərinə görə, vergi-büdcə stimullaşdırılması fonunda ümumi tələbin genişlənməsi inflyasiya riskləri yaratmaqda davam edir: “AMB ilin sonu üçün fevral ayında təqdim etdiyi inflyasiya proqnozunu dəstəkləyir və inflyasiyanın illik ifadədə 8 %-dək zəifləməsini gözlənildiyini açıqlayıb”.
Dünya Bankının hesablamalarına görə, Azərbaycanda orta illik inflyasiyanın 2023-cü ildə 8,5 %, 2024-cü ildə isə 6,2 % olacağı gözlənilir.
2022-ci ilin yekunlarına görə, Azərbaycanda orta illik inflyasiya 13,9 %, ötən ilin dekabrında isə illik ifadədə 14,4 % təşkil edib.