https://sputnik.az/20230529/qalib-olan-turk-milletcileri-ataturkculer-turk-milleti-ve-turk-dunyasidir---sinan-ogan-455361973.html
"Qalib olan türk millətçiləri, atatürkçülər, türk milləti və türk dünyasıdır" - Sinan Oğan
"Qalib olan türk millətçiləri, atatürkçülər, türk milləti və türk dünyasıdır" - Sinan Oğan
Sputnik Azərbaycan
Sinan Oğan qeyd edib ki, "məğlublar linç mədəniyyəti və terrora bağlı olanlar və onlara güvənənlər" olub. 29.05.2023, Sputnik Azərbaycan
2023-05-29T00:11+0400
2023-05-29T00:11+0400
2023-05-29T00:13+0400
dünya xəbərləri
rəcəb tayyip ərdoğan
türkiyə prezidenti rəcəb tayyib ərdoğan
sinan oğan
https://cdnn1.img.sputnik.az/img/07e7/04/1c/454221504_0:0:2688:1512_1920x0_80_0_0_45f0349d49a5c51b98983fd448a6afab.jpg
BAKI, 29 may - Sputnik. "Qalib olan türk millətçiləri, atatürkçülər, türk milləti və türk dünyasıdır".Bunu Türkiyədə birinci turda prezidentliyə namizəd olan "ATA ittifaq"ın namizədi Sinan Oğan "Twitter"də yazıb.“İndi yeni bir dövr başlayır, qalib türk millətçiləri, Atatürkçülər, türk milləti və türk dünyası, uduzan isə linç mədəniyyəti və terrora bağlı olanlar və onlara güvənənlər oldu”, - Sinan Oğan bildirib.O qeyd edib ki, Prezident seçkiləri prosesi başa çatıb."Bu nəticəyə görə birinci turda dəstəyini əsirgəməyən seçicilərimiz ikinci turda da bizi dəstəkləməyə davam edərək Türkiyənin sabitliyinə səs verdilər. Seçicilərimiz bu səslərin Sinan Oğana verilmədiyini deyənlərin coşqusundan əl çəkdilər, bizə güvəndilər və böyük ölçüdə yerimizi seçdilər. Buradan plana sadiq qalan bütün vətəndaşlarıma minnətdarlığımı bildirmək istəyirəm” - Sinan Oğan vurğulayıb.Türkiyənin Mərkəzi Seçki Komissiyasının (YSK) sədri Əhməd Yener prezident seçkilərinin ikinci turunu nəticələri ilə bağlı açıqlama verib.O, Rəcəb Tayyib Ərdoğanın prezident seçildiyi bildirib. Onun sözlərinə görə, Ərdoğan 52,14, Kamal Kılıçdaroğlu isə 47,86% səs qazanıb.Yener hələ sayılmayan səslərin nəticəyə təsir etməyəcəyini vurğulayıb.Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2023
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e7/04/1c/454221504_0:0:2688:2016_1920x0_80_0_0_3bfe7ddf104a94f9857945bf8c85044f.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
rəcəb tayyip ərdoğan, türkiyə prezidenti rəcəb tayyib ərdoğan, sinan oğan
rəcəb tayyip ərdoğan, türkiyə prezidenti rəcəb tayyib ərdoğan, sinan oğan
"Qalib olan türk millətçiləri, atatürkçülər, türk milləti və türk dünyasıdır" - Sinan Oğan
00:11 29.05.2023 (Yenilənib: 00:13 29.05.2023) Sinan Oğan qeyd edib ki, "məğlublar linç mədəniyyəti və terrora bağlı olanlar və onlara güvənənlər" olub.
BAKI, 29 may - Sputnik. "Qalib olan türk millətçiləri, atatürkçülər, türk milləti və türk dünyasıdır".
Bunu Türkiyədə birinci turda prezidentliyə namizəd olan "ATA ittifaq"ın namizədi Sinan Oğan "Twitter"də yazıb.
“İndi yeni bir dövr başlayır, qalib türk millətçiləri, Atatürkçülər, türk milləti və türk dünyası, uduzan isə linç mədəniyyəti və terrora bağlı olanlar və onlara güvənənlər oldu”, - Sinan Oğan bildirib.
O qeyd edib ki, Prezident seçkiləri prosesi başa çatıb.
"Bu nəticəyə görə birinci turda dəstəyini əsirgəməyən seçicilərimiz ikinci turda da bizi dəstəkləməyə davam edərək Türkiyənin sabitliyinə səs verdilər. Seçicilərimiz bu səslərin Sinan Oğana verilmədiyini deyənlərin coşqusundan əl çəkdilər, bizə güvəndilər və böyük ölçüdə yerimizi seçdilər. Buradan plana sadiq qalan bütün vətəndaşlarıma minnətdarlığımı bildirmək istəyirəm” - Sinan Oğan vurğulayıb.
Türkiyənin Mərkəzi Seçki Komissiyasının (YSK) sədri Əhməd Yener prezident seçkilərinin ikinci turunu nəticələri ilə bağlı açıqlama verib.
O, Rəcəb Tayyib Ərdoğanın prezident seçildiyi bildirib. Onun sözlərinə görə, Ərdoğan 52,14, Kamal Kılıçdaroğlu isə 47,86% səs qazanıb.
Yener hələ sayılmayan səslərin nəticəyə təsir etməyəcəyini vurğulayıb.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.