Dövlət Bayrağı meydanı - Sputnik Azərbaycan, 1920
AZƏRBAYCAN XƏBƏRLƏRİ
Azərbaycana dair ən son xəbərlər və aktual məqalələr

Prezident Böyük Britaniya Baş nazirinin Azərbaycan üzrə ticarət elçisini qəbul edib

© Official website of President of Azerbaijan RepublicPrezident İlham Əliyev Böyük Britaniya Baş nazirinin Azərbaycan üzrə ticarət elçisini qəbul edib
Prezident İlham Əliyev Böyük Britaniya Baş nazirinin Azərbaycan üzrə ticarət elçisini qəbul edib
 - Sputnik Azərbaycan, 1920, 29.05.2023
Abunə olmaq
Söhbət zamanı iki ölkə arasında uzun illər Azərbaycan ilə BP arasında səmərəli əməkdaşlığın həyata keçirildiyi vurğulanıb.
BAKI, 29 may - Sputnik. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mayın 29-da Böyük Britaniya Baş nazirinin Azərbaycan üzrə ticarət elçisi Baronessa Emma Nikolsonu qəbul edib. Bu barədə Azərtac xəbər verir.
Baronessa Emma Nikolson Bakı Enerji Həftəsi ilə bağlı Böyük Britaniyanın Baş naziri Rişi Sunakın məktubunu dövlətimizin başçısına təqdim edib. Prezident İlham Əliyev məktuba görə minnətdarlığını bildirib.
Söhbət zamanı ölkələrimiz arasında ikitərəfli münasibətlərin uğurla inkişaf etdiyi qeyd olunub, energetika, neft-qaz sektorunda əməkdaşlığa toxunulub, uzun illər Azərbaycan ilə BP arasında səmərəli əməkdaşlığın həyata keçirildiyi vurğulanıb, bu xüsusda Cənub Qaz Dəhlizinin icrasının önəmi qeyd edilib.
Görüşdə Baronessa Emma Nikolsonun Bakı Enerji Həftəsində iştirak edəcəyi məmnunluqla vurğulanıb.
Söhbət zamanı ticarət, kiçik və orta biznes, sosial layihələrin həyata keçirilməsi, humanitar əlaqələr, qadın hüquqlarının qorunması sahəsində təcrübə mübadiləsi və digər məsələlər müzakirə olunub.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Xəbər lenti
0