Yeni təcili tibbi yardım avtomobilləri  - Sputnik Azərbaycan, 1920
SƏHİYYƏ
Tibb sahəsinə, xəstəliklərə, sağlamlıq mövzusuna dair materiallar

Maqnit qasırğaları zamanı qəhvədən imtina tövsiyə olunur

© Sputnik / Murad OrujovQəhvə, arxiv şəkli
Qəhvə, arxiv şəkli - Sputnik Azərbaycan, 1920, 29.05.2023
Abunə olmaq
Həkim daha təmiz su içməyi və duz qəbulunu minimuma endirməyi məsləhət bilir.
BAKI, 29 may — Sputnik. Maqnit fırtınaları zamanı daha az tünd çay və qəhvə içməli, həmçinin avtomobil idarə etməyi dayandırmalısınız.
"RİA Novosti" agentliyinə müsahibəsində müvafiq tövsiyələri Moskva Səhiyyə Departamentinin mütəxəssisi Andrey Tyajelnikov verib.
Mütəxəssisin sözlərinə görə, bu içkiləri bitki çayları və ya dəmləmələri ilə əvəz etmək olar.
Bundan əlavə, maqnit fırtınaları zamanı menyuya daha çox tərəvəz, meyvə, göyərti, lif əlavə edərək, qızardılmış və nişastalı qidaların istehlakını məhdudlaşdırmaq, yeyilənlərin miqdarını azaltmaq və keyfiyyətini artırmaq lazımdır.
Həkim daha təmiz su içməyi və duz qəbulunu minimuma endirməyi tövsiyə edib. Çünki duz bədəndən mayenin çıxarılmasına mane, təzyiqin qalxmasına isə səbəb olur.
Daha əvvəl həkim-terapevt Yekaterina Mixeyeva diqqət ona çəkib ki, xoruldayan insanların qəzaya düşmə riski daha çoxdur, qızdırma və ya yüksək təzyiqdə avtomobil idarə etmək də qəzaya səbəb ola bilər.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Xəbər lenti
0