https://sputnik.az/20230529/lham-eliyev-dunya-taekvondo-federasiyasinin-prezidentini-qebul-edib-455366600.html
İlham Əliyev Dünya Taekvondo Federasiyasının prezidentini qəbul edib
İlham Əliyev Dünya Taekvondo Federasiyasının prezidentini qəbul edib
Sputnik Azərbaycan
Söhbət zamanı taekvondo üzrə XXVI dünya çempionatının Bakıda keçirilməsinin önəmi vurğulanıb, Azərbaycanda idmanın inkişafına yüksək dövlət qayğısının... 29.05.2023, Sputnik Azərbaycan
2023-05-29T12:01+0400
2023-05-29T12:01+0400
2023-05-29T12:01+0400
heydər əliyev ili
azərbaycan
prezident ilham əliyev
taekvondo federasiyası
https://cdnn1.img.sputnik.az/img/07e7/05/1d/455366304_0:111:923:630_1920x0_80_0_0_bf7801848b3f77ce38f7cd53200f53f0.jpg
BAKI, 29 may - Sputnik. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mayın 29-da Dünya Taekvondo Federasiyasının prezidenti Çunqvon Çunu qəbul edib. Bu barədə Azərtac xəbər yayıb.Dövlətimizin başçısı Çunqvon Çu ilə görüşlərini məmnunluqla xatırlayaraq, Dünya Taekvondo Federasiyasının 50 illiyi münasibətilə təbriklərini çatdırıb.Görüşdə taekvondo üzrə XXVI dünya çempionatının Bakıda keçirilməsinin önəmi vurğulanıb.Çunqvon Çu bu tədbirin yüksək səviyyədə təşkil olunduğunu məmnunluqla bildirərək qeyd edib ki, 144 ölkənin nümayəndəsinin iştirakı ilə keçirilən bu idman yarışı taekvondo tarixində ən böyük çempionatdır. Qonaq bu çempionatın Ulu Öndər Heydər Əliyevin anadan olmasının 100 illiyinin qeyd olunduğu dövrə təsadüf etməsinin rəmzi məna daşıdığını vurğulayıb.Çunqvon Çu rəhbərlik etdiyi federasiyanın Azərbaycan Taekvondo Federasiyası ilə uzun illər uğurlu əməkdaşlıq həyata keçirdiyini deyib.Söhbət zamanı Azərbaycanda idmanın inkişafına yüksək dövlət qayğısının göstərildiyi qeyd olunub, ölkəmizin dünyanın mötəbər idman yarışlarına uğurla ev sahibliyi etməsinin əhəmiyyəti bildirilib.Dövlətimizin başçısı Bakı ilə yanaşı, rayonlarımızda da müasir idman komplekslərinin fəaliyyət göstərdiyini deyib, işğaldan azad edilmiş ərazilərimizdə də geniş idman infrastrukturunun yaradılacağını vurğulayıb.Görüşdə ölkəmizdə taekvondoya olan maraq qeyd edilib, 2016-cı ildə Rio-de-Janeyroda keçirilən Olimpiya Oyunlarında idmançımızın qızıl medal qazandığı xatırlanıb.Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
azərbaycan
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2023
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e7/05/1d/455366304_83:0:923:630_1920x0_80_0_0_8165c11ebea763b04b2a9472af7fe9c5.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
azərbaycan, prezident ilham əliyev, taekvondo federasiyası
azərbaycan, prezident ilham əliyev, taekvondo federasiyası
İlham Əliyev Dünya Taekvondo Federasiyasının prezidentini qəbul edib
Söhbət zamanı taekvondo üzrə XXVI dünya çempionatının Bakıda keçirilməsinin önəmi vurğulanıb, Azərbaycanda idmanın inkişafına yüksək dövlət qayğısının göstərildiyi qeyd olunub.
BAKI, 29 may - Sputnik. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mayın 29-da Dünya Taekvondo Federasiyasının prezidenti Çunqvon Çunu qəbul edib. Bu barədə Azərtac xəbər yayıb.
Dövlətimizin başçısı Çunqvon Çu ilə görüşlərini məmnunluqla xatırlayaraq, Dünya Taekvondo Federasiyasının 50 illiyi münasibətilə təbriklərini çatdırıb.
Görüşdə taekvondo üzrə XXVI dünya çempionatının Bakıda keçirilməsinin önəmi vurğulanıb.
Çunqvon Çu bu tədbirin yüksək səviyyədə təşkil olunduğunu məmnunluqla bildirərək qeyd edib ki, 144 ölkənin nümayəndəsinin iştirakı ilə keçirilən bu idman yarışı taekvondo tarixində ən böyük çempionatdır. Qonaq bu çempionatın Ulu Öndər Heydər Əliyevin anadan olmasının 100 illiyinin qeyd olunduğu dövrə təsadüf etməsinin rəmzi məna daşıdığını vurğulayıb.
Çunqvon Çu rəhbərlik etdiyi federasiyanın Azərbaycan Taekvondo Federasiyası ilə uzun illər uğurlu əməkdaşlıq həyata keçirdiyini deyib.
Söhbət zamanı Azərbaycanda idmanın inkişafına yüksək dövlət qayğısının göstərildiyi qeyd olunub, ölkəmizin dünyanın mötəbər idman yarışlarına uğurla ev sahibliyi etməsinin əhəmiyyəti bildirilib.
Dövlətimizin başçısı Bakı ilə yanaşı, rayonlarımızda da müasir idman komplekslərinin fəaliyyət göstərdiyini deyib, işğaldan azad edilmiş ərazilərimizdə də geniş idman infrastrukturunun yaradılacağını vurğulayıb.
Görüşdə ölkəmizdə taekvondoya olan maraq qeyd edilib, 2016-cı ildə Rio-de-Janeyroda keçirilən Olimpiya Oyunlarında idmançımızın qızıl medal qazandığı xatırlanıb.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.