https://sputnik.az/20230529/azerbaycanin-kend-teserrufatinda-istehsal-artib---detallar-455316778.html
Azərbaycanın kənd təsərrüfatında istehsal artıb - DETALLAR
Azərbaycanın kənd təsərrüfatında istehsal artıb - DETALLAR
Sputnik Azərbaycan
2023-cü ilin yanvar-aprel aylarında quş əti də daxil olmaqla diri çəkidə 187,3 min ton ət, 697,6 min ton süd, 726,5 milyon ədəd yumurta və 2,1 min ton yun... 29.05.2023, Sputnik Azərbaycan
2023-05-29T21:55+0400
2023-05-29T21:55+0400
2023-05-29T16:47+0400
kənd təsərrüfatı
iqtisadiyyat
istehsal
azərbaycan
manat
bitki
https://cdnn1.img.sputnik.az/img/07e6/06/09/442736091_0:67:1280:787_1920x0_80_0_0_66685252c9dc972fdcdc03fcfc8be864.jpg
BAKI, 27 may - Sputnik. Cari ilin yanvar-aprel aylarında Azərbaycanda kənd təsərrüfatının ümumi məhsulunun faktiki qiymətlərlə dəyəri 1 milyard 961,5 milyon manat təşkil edib. Onun da 1 milyard 796,2 milyon manatı heyvandarlıq, 165,3 milyon manatı bitkiçilik məhsullarının payına düşür. Bu barədə Dövlət Statistika Komitəsindən Sputnik Azərbaycan-a məlumat verilib. Əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə kənd təsərrüfatının istehsalı 3,5 faiz, o cümlədən heyvandarlıq məhsulları üzrə 3,5 faiz, bitkiçilik məhsulları üzrə 3,2 faiz artıb. Bitkiçilik Ölkədə yaz-tarla işləri aparılır və 2023-cü ilin yanvar-aprel aylarında 266,8 min hektar sahədə və ya 2022-ci ilin eyni dövrü ilə müqayisədə 12,8 faiz az yazlıq bitkilərin səpini aparılıb. Bu dövrdə 44,0 min hektar sahədə dənlilər və dənli paxlalı bitkilər (ondan 20,5 min hektarı dən üçün qarğıdalı), 45,9 min hektar sahədə kartof, 42,9 min hektar sahədə tərəvəz, 10,8 min hektar sahədə bostan bitkiləri, 72,2 min hektar sahədə pambıq, 7,7 min hektar sahədə dən üçün günəbaxan, 4,3 min hektar sahədə şəkər çuğunduru, 1,2 min hektar sahədə tütün, 36,6 min hektar sahədə çoxillik otlar, 1,0 min hektar sahədə birillik otlar və 0,2 min hektar sahədə sair yazlıq bitkilər əkilib. Təsərrüfatlarda yanvar-aprel aylarında 128,3 min ton tərəvəz və 50,3 min ton kartof istehsal olunub. Keçən ilin yanvar-aprel ayları ilə müqayisədə tərəvəz istehsalı 0,6 faiz, kartof istehsalı 9,5 faiz artıb. Heyvandarlıq 2023-cü ilin yanvar-aprel aylarında quş əti də daxil olmaqla diri çəkidə 187,3 min ton ət, 697,6 min ton süd, 726,5 milyon ədəd yumurta və 2,1 min ton yun istehsal edilib. 2022-ci ilin müvafiq dövrünə nisbətən ət istehsalı 3,1 faiz, süd istehsalı 1,8 faiz, yumurta istehsalı 13,0 faiz artıb, yun istehsalı isə 4,3 faiz azalıb.Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
azərbaycan
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2023
Xalid Məmmədov
https://cdnn1.img.sputnik.az/img/07e5/06/10/427232791_167:-1:1127:960_100x100_80_0_0_3163a67afe6eda2fe28ebb5d0ec95939.jpg
Xalid Məmmədov
https://cdnn1.img.sputnik.az/img/07e5/06/10/427232791_167:-1:1127:960_100x100_80_0_0_3163a67afe6eda2fe28ebb5d0ec95939.jpg
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e6/06/09/442736091_72:0:1209:853_1920x0_80_0_0_034c4bc3de03e078cb97edacfb51a39a.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
Xalid Məmmədov
https://cdnn1.img.sputnik.az/img/07e5/06/10/427232791_167:-1:1127:960_100x100_80_0_0_3163a67afe6eda2fe28ebb5d0ec95939.jpg
kənd təsərrüfatı, istehsal, azərbaycan, manat, bitki
kənd təsərrüfatı, istehsal, azərbaycan, manat, bitki
Azərbaycanın kənd təsərrüfatında istehsal artıb - DETALLAR
2023-cü ilin yanvar-aprel aylarında quş əti də daxil olmaqla diri çəkidə 187,3 min ton ət, 697,6 min ton süd, 726,5 milyon ədəd yumurta və 2,1 min ton yun istehsal edilib.
BAKI, 27 may - Sputnik. Cari ilin yanvar-aprel aylarında Azərbaycanda kənd təsərrüfatının ümumi məhsulunun faktiki qiymətlərlə dəyəri 1 milyard 961,5 milyon manat təşkil edib. Onun da 1 milyard 796,2 milyon manatı heyvandarlıq, 165,3 milyon manatı bitkiçilik məhsullarının payına düşür.
Bu barədə Dövlət Statistika Komitəsindən Sputnik Azərbaycan-a məlumat verilib.
Əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə kənd təsərrüfatının istehsalı 3,5 faiz, o cümlədən heyvandarlıq məhsulları üzrə 3,5 faiz, bitkiçilik məhsulları üzrə 3,2 faiz artıb.
Ölkədə yaz-tarla işləri aparılır və 2023-cü ilin yanvar-aprel aylarında 266,8 min hektar sahədə və ya 2022-ci ilin eyni dövrü ilə müqayisədə 12,8 faiz az yazlıq bitkilərin səpini aparılıb. Bu dövrdə 44,0 min hektar sahədə dənlilər və dənli paxlalı bitkilər (ondan 20,5 min hektarı dən üçün qarğıdalı), 45,9 min hektar sahədə kartof, 42,9 min hektar sahədə tərəvəz, 10,8 min hektar sahədə bostan bitkiləri, 72,2 min hektar sahədə pambıq, 7,7 min hektar sahədə dən üçün günəbaxan, 4,3 min hektar sahədə şəkər çuğunduru, 1,2 min hektar sahədə tütün, 36,6 min hektar sahədə çoxillik otlar, 1,0 min hektar sahədə birillik otlar və 0,2 min hektar sahədə sair yazlıq bitkilər əkilib.
Təsərrüfatlarda yanvar-aprel aylarında 128,3 min ton tərəvəz və 50,3 min ton kartof istehsal olunub. Keçən ilin yanvar-aprel ayları ilə müqayisədə tərəvəz istehsalı 0,6 faiz, kartof istehsalı 9,5 faiz artıb.
2023-cü ilin yanvar-aprel aylarında quş əti də daxil olmaqla diri çəkidə 187,3 min ton ət, 697,6 min ton süd, 726,5 milyon ədəd yumurta və 2,1 min ton yun istehsal edilib. 2022-ci ilin müvafiq dövrünə nisbətən ət istehsalı 3,1 faiz, süd istehsalı 1,8 faiz, yumurta istehsalı 13,0 faiz artıb, yun istehsalı isə 4,3 faiz azalıb.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.