https://sputnik.az/20230529/azerbaycan-rusiya-ticaret-dovriyyesi-5-mlrd-dollara-catacaq--455304284.html
Azərbaycan-Rusiya ticarət dövriyyəsi 5 mlrd dollara çatacaq?
Azərbaycan-Rusiya ticarət dövriyyəsi 5 mlrd dollara çatacaq?
Sputnik Azərbaycan
Rusiya Azərbaycanın qeyri-neft ixracatında ən böyük ticarət tərəfdaşı olaraq qalmaqdadır. 29.05.2023, Sputnik Azərbaycan
2023-05-29T21:26+0400
2023-05-29T21:26+0400
2023-05-29T16:46+0400
dollar
iqtisadiyyat
ticarət
ticarət dövriyyəsi
rusiya
https://cdnn1.img.sputnik.az/img/07e5/04/1e/426827260_0:320:3072:2048_1920x0_80_0_0_b5c4c51ccecbbda3ce8e5a9734043625.jpg
BAKI, 29 may — Sputnik. Rusiya Baş nazirinin müavini Aleksey Overçuk bu il Rusiya ilə Azərbaycanın ticarət dövriyyəsini 5 milyard dollara çatdırmağı planlaşdırdığını söyləyib. "Rusiya ilə Azərbaycan arasında ticarət dövriyyəsi durmadan artır. Bu il də yaxşı artım templəri müşahidə olunur. Buna görə də bu il Azərbaycanla Rusiya arasında ticarət dövriyyəsinin 5 milyard ABŞ dollarına çata biləcəyini gözləyirik", - A.Overçuk bildirib. Bəs maraqlıdır, ekspertlər bu barədə nə düşünürlər, tərəflər arasında ticarət dövriyyəsinin daha da artırılması üçün potensial varmı? Milli Məclisin deputatı Vüqar Bayramov Sputnik Azərbaycan-a bildirib ki, yaxın dövr üçün Rusiya ilə Azərbaycan arasında ticarət dövriyyəsinin 5 milyard dollara çatdırılması realdır və bunun üçün potensial var. Rusiya ilə Azərbaycan arasında ticarət dövriyyəsi 3 milyard dollardan çoxdur. Son illər Rusiya ilə Azərbaycan arasında qeyri-neft ixracatında da əməkdaşlığın gücləndiyini müşahidə edirik. Artıq ardıcıl olaraq son illər Rusiya Azərbaycanın qeyri-neft ixracatında ən böyük ticarət tərəfdaşı olaraq qalmaqdadır. Azərbaycanın qeyri-neft ixracatının üçdə biri Rusiya bazarına yönəlib. Artıq Azərbaycanın 2022-ci ilin ümumi qeyri-neft ixracatı 3 milyard dollardan çox olub və bu artdıqca Rusiyanın dəyər ifadəsində də qeyri-neft ixracatımızda payı artır. "Rusiya bazarına xüsusən ixrac imkanlarımız da genişlənir. Ona görə də Rusiyadan yalnız idxalı deyil, həm də Rusiyaya ixracatı artırmaqla ticarət dövriyyəsinin yüksəlməsinə nail ola bilərik", - deyə deputat əlavə edib. İqtisadçı-ekspert Xalid Kərimli də Sputnik Azərbaycan-a deyib ki, Azərbaycanla Rusiya arasında ticarət dövriyyəsi 5 milyard dollara çatdırıla bilər və bunun üçün potensial var: "Xüsusən də Rusiyanın Avropa İttifaqı ilə ticarət əlaqələrinin getdikcə məhdudlaşdırılması Rusiyanın digər bazarlara yönəlməsinə gətirib çıxardır. Azərbaycanın Rusiya ilə idxal-ixrac imkanlarının artırılması hər iki ölkənin maraqlarına uyğundur". Ticarət dövriyyəsində artım davam edir Qeyd edək ki, Azərbaycan ilə Rusiya arasında ticarət dövriyyəsində artım davam edir. Azərbaycanın Dövlət Gömrük Komitəsinin məlumatına əsasən, 2023-cü ilin yanvar-aprel aylarında Azərbaycan ilə Rusiya arasında ticarət dövriyyəsi 1 milyard 387 milyon 220 min dollar təşkil edib. Bu, 2022-ci ilin yanvar-aprel ayları ilə müqayisədə 55,2 faiz çoxdur. Hesabat dövründə Azərbaycanın bütün xarici ticarət dövriyyəsinin 7,76 faizi Rusiya ilə ticarət əməliyyatlarının payına düşüb və Rusiya Azərbaycanın üçüncü xarici ticarət tərəfdaşı olub. Azərbaycan ən çox Rusiyadan mallar idxal edib Bu il Azərbaycan ən çox Rusiyadan mallar idxal edib və idxalda kəskin artım müşahidə edilir. Belə ki, bu ilin 4 ayında Rusiyadan ölkəmizə 1 milyard 37 milyon 744 min dollarlıq məhsullar gətirilib. Bu, 2022-ci ilin eyni dövrü ilə müqayisədə 49,4 faiz çox deməkdir. Bu ilin 4 ayında Azərbaycanın ümumi idxalının 20 faizə yaxını Rusiyanın payına düşüb. Rusiyaya ixrac da artıb Azərbaycanın Rusiyaya ixracında da kəskin artım müşahidə edilir. Cari ilin 4 ayında Azərbaycanın Rusiyaya ixracı 349 milyon 476 min dollar təşkil edib. Bu, 2022-ci ilin yanvar-aprel ayları ilə müqayisədə 75,7 faiz artım deməkdir. Xatırladaq ki, 2022-ci ildə Azərbaycan ilə Rusiya arasında ticarət dövriyyəsi 3 milyard 710 milyon 240 min dollar təşkil edib. Bu, 2021-ci illə müqayisədə 23,8 faiz çoxdur. Ötən il də Azərbaycan ən çox Rusiyadan mallar idxal edib. Belə ki, keçən il Rusiyadan ölkəmizə 2 milyard 734 milyon 783 min dollarlıq məhsul gətirilib. Bu, 2021-ci illə müqayisədə 31,8 faiz çox deməkdir. Keçən il Azərbaycanın Rusiyaya ixracı isə 975 milyon 456 min dollar təşkil edib. Bu da 2021-ci illə müqayisədə 6 faiz çoxdur.Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2023
Xalid Məmmədov
https://cdnn1.img.sputnik.az/img/07e5/06/10/427232791_167:-1:1127:960_100x100_80_0_0_3163a67afe6eda2fe28ebb5d0ec95939.jpg
Xalid Məmmədov
https://cdnn1.img.sputnik.az/img/07e5/06/10/427232791_167:-1:1127:960_100x100_80_0_0_3163a67afe6eda2fe28ebb5d0ec95939.jpg
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e5/04/1e/426827260_341:0:3072:2048_1920x0_80_0_0_1c979a9f302f05ca949567cc4af0aa51.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
Xalid Məmmədov
https://cdnn1.img.sputnik.az/img/07e5/06/10/427232791_167:-1:1127:960_100x100_80_0_0_3163a67afe6eda2fe28ebb5d0ec95939.jpg
dollar, ticarət, ticarət dövriyyəsi, rusiya
dollar, ticarət, ticarət dövriyyəsi, rusiya
Azərbaycan-Rusiya ticarət dövriyyəsi 5 mlrd dollara çatacaq?
Rusiya Azərbaycanın qeyri-neft ixracatında ən böyük ticarət tərəfdaşı olaraq qalmaqdadır.
BAKI, 29 may — Sputnik. Rusiya Baş nazirinin müavini Aleksey Overçuk bu il Rusiya ilə Azərbaycanın ticarət dövriyyəsini 5 milyard dollara çatdırmağı planlaşdırdığını söyləyib.
"Rusiya ilə Azərbaycan arasında ticarət dövriyyəsi durmadan artır. Bu il də yaxşı artım templəri müşahidə olunur. Buna görə də bu il Azərbaycanla Rusiya arasında ticarət dövriyyəsinin 5 milyard ABŞ dollarına çata biləcəyini gözləyirik", - A.Overçuk bildirib.
Bəs maraqlıdır, ekspertlər bu barədə nə düşünürlər, tərəflər arasında ticarət dövriyyəsinin daha da artırılması üçün potensial varmı?
Milli Məclisin deputatı Vüqar Bayramov Sputnik Azərbaycan-a bildirib ki, yaxın dövr üçün Rusiya ilə Azərbaycan arasında ticarət dövriyyəsinin 5 milyard dollara çatdırılması realdır və bunun üçün potensial var. Rusiya ilə Azərbaycan arasında ticarət dövriyyəsi 3 milyard dollardan çoxdur. Son illər Rusiya ilə Azərbaycan arasında qeyri-neft ixracatında da əməkdaşlığın gücləndiyini müşahidə edirik. Artıq ardıcıl olaraq son illər Rusiya Azərbaycanın qeyri-neft ixracatında ən böyük ticarət tərəfdaşı olaraq qalmaqdadır. Azərbaycanın qeyri-neft ixracatının üçdə biri Rusiya bazarına yönəlib. Artıq Azərbaycanın 2022-ci ilin ümumi qeyri-neft ixracatı 3 milyard dollardan çox olub və bu artdıqca Rusiyanın dəyər ifadəsində də qeyri-neft ixracatımızda payı artır.
"Rusiya bazarına xüsusən ixrac imkanlarımız da genişlənir. Ona görə də Rusiyadan yalnız idxalı deyil, həm də Rusiyaya ixracatı artırmaqla ticarət dövriyyəsinin yüksəlməsinə nail ola bilərik", - deyə deputat əlavə edib.
İqtisadçı-ekspert Xalid Kərimli də Sputnik Azərbaycan-a deyib ki, Azərbaycanla Rusiya arasında ticarət dövriyyəsi 5 milyard dollara çatdırıla bilər və bunun üçün potensial var: "Xüsusən də Rusiyanın Avropa İttifaqı ilə ticarət əlaqələrinin getdikcə məhdudlaşdırılması Rusiyanın digər bazarlara yönəlməsinə gətirib çıxardır. Azərbaycanın Rusiya ilə idxal-ixrac imkanlarının artırılması hər iki ölkənin maraqlarına uyğundur".
Ticarət dövriyyəsində artım davam edir
Qeyd edək ki, Azərbaycan ilə Rusiya arasında ticarət dövriyyəsində artım davam edir. Azərbaycanın Dövlət Gömrük Komitəsinin məlumatına əsasən, 2023-cü ilin yanvar-aprel aylarında Azərbaycan ilə Rusiya arasında ticarət dövriyyəsi 1 milyard 387 milyon 220 min dollar təşkil edib. Bu, 2022-ci ilin yanvar-aprel ayları ilə müqayisədə 55,2 faiz çoxdur. Hesabat dövründə Azərbaycanın bütün xarici ticarət dövriyyəsinin 7,76 faizi Rusiya ilə ticarət əməliyyatlarının payına düşüb və Rusiya Azərbaycanın üçüncü xarici ticarət tərəfdaşı olub.
Azərbaycan ən çox Rusiyadan mallar idxal edib
Bu il Azərbaycan ən çox Rusiyadan mallar idxal edib və idxalda kəskin artım müşahidə edilir. Belə ki, bu ilin 4 ayında Rusiyadan ölkəmizə 1 milyard 37 milyon 744 min dollarlıq məhsullar gətirilib. Bu, 2022-ci ilin eyni dövrü ilə müqayisədə 49,4 faiz çox deməkdir. Bu ilin 4 ayında Azərbaycanın ümumi idxalının 20 faizə yaxını Rusiyanın payına düşüb.
Azərbaycanın Rusiyaya ixracında da kəskin artım müşahidə edilir. Cari ilin 4 ayında Azərbaycanın Rusiyaya ixracı 349 milyon 476 min dollar təşkil edib. Bu, 2022-ci ilin yanvar-aprel ayları ilə müqayisədə 75,7 faiz artım deməkdir.
Xatırladaq ki, 2022-ci ildə Azərbaycan ilə Rusiya arasında ticarət dövriyyəsi 3 milyard 710 milyon 240 min dollar təşkil edib. Bu, 2021-ci illə müqayisədə 23,8 faiz çoxdur. Ötən il də Azərbaycan ən çox Rusiyadan mallar idxal edib. Belə ki, keçən il Rusiyadan ölkəmizə 2 milyard 734 milyon 783 min dollarlıq məhsul gətirilib. Bu, 2021-ci illə müqayisədə 31,8 faiz çox deməkdir. Keçən il Azərbaycanın Rusiyaya ixracı isə 975 milyon 456 min dollar təşkil edib. Bu da 2021-ci illə müqayisədə 6 faiz çoxdur.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.