https://sputnik.az/20230528/yuz-bes-illik-serefli-tarix-azerbaycan-xalq-cumhuriyyeti-455304934.html
Yüz beş illik şərəfli tarix: Azərbaycan Xalq Cümhuriyyəti
Yüz beş illik şərəfli tarix: Azərbaycan Xalq Cümhuriyyəti
Sputnik Azərbaycan
1918-ci il mayın 28-də Azərbaycan Xalq Cümhuriyyətinin elan edilməsi Azərbaycan xalqı üçün əlamətdar hadisə olub. İlk respublikanın formalaşmasının əsas... 28.05.2023, Sputnik Azərbaycan
2023-05-28T11:20+0400
2023-05-28T11:20+0400
2023-05-28T11:20+0400
infoqrafika
28 may
müstəqillik günü
https://cdnn1.img.sputnik.az/img/07e7/05/1a/455288585_0:0:268:152_1920x0_80_0_0_dedfc4151f0456c62e494d33866e4daf.png
Azərbaycan Xalq Cümhuriyyəti (AXC) müsəlman Şərqində ilk parlamentli dövlət kimi tarixə düşüb, Azərbaycan xalqının dövlətçiliyinin formalaşmasında mühüm rol oynayıb. AXC parlamentinin qəbul etdiyi İstiqlal Bəyannaməsi respublikanın bütün xalqlarına suveren hüquqlar verib. "Azərbaycan Xalq Cümhuriyyəti öz hüdudları daxilində milliyyətindən, dinindən, sosial vəziyyətindən və cinsindən asılı olmayaraq, bütün vətəndaşlarının mülki və siyasi hüquqlarını təmin edir", - Bəyannamənin dördüncü bəndində deyilir. Azərbaycan dili ölkədə rəsmi dil elan edilib (sənədlərdə türk dili kimi qeyd olunur), respublikanın dövlət bayrağı, himni və gerbi təsdiq edilib. Bundan əlavə, AXC Şərqdə ilk dəfə onlara səsvermə hüququ verməklə qadın bərabərliyinin əsasını qoyub. 1919-cu ildə Azərbaycan nümayəndə heyəti AXC-in müstəqilliyini tanımaq məqsədi ilə Paris Sülh Konfransına yollanır. 1920-ci ilin yanvarında danışıqların yekunlarına əsasən, nümayəndə heyətinin rəhbəri, Respublika Parlamentinin sədri Əlimərdan-bəy Topçubaşova respublikanın rəsmi tanınması haqqında konfransın rəsmi sənədi təqdim edilib. AXC-in formalaşma və inkişafı dövrü çətin daxili və xarici siyasi şəraitdə keçsə də, o zaman Bakı hərbi sistemdə və iqtisadiyyatda islahatlara nail ola bilib. Bununla da hakimiyyət neft sənayesini ağır vəziyyətdən çıxarıb, Azərbaycan Dövlət Bankını təsis edib, milli pul nişanlarını dövriyyəyə buraxıb. Respublika Azərbaycan xalqının təhsilinin, milli mədəniyyətinin, ədəbiyyatının və incəsənətinin inkişafına verdiyi töhfələrlə də yadda qalıb. AXC Azərbaycan dövlətçilik tarixində və xalqın parlament mədəniyyətində dərin və zəngin iz qoyub. Azərbaycan Respublikası Milli Məclisinin 2021-ci il oktyabrın 15-də qəbul etdiyi "Müstəqillik günü haqqında" qanuna əsasən, bu il mayın 28-i Azərbaycanda ilk dəfə Respublika Günü kimi deyil, Müstəqillik Günü kimi qeyd olunur. Onun qəbulu ilə 28 May - Respublika Günü və 18 oktyabr - Dövlət Müstəqilliyi Günü adları dəyişdirilib. Mayın 28-i Müstəqillik günü, oktyabrın 18-i isə Müstəqilliyin Bərpası Günü elan edilib.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2023
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e7/05/1a/455288249_0:0:269:202_1920x0_80_0_0_6489609545e4bb8f105917a3aa2255b7.pngSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
инфографика, 28 may, müstəqillik günü
инфографика, 28 may, müstəqillik günü
Yüz beş illik şərəfli tarix: Azərbaycan Xalq Cümhuriyyəti
1918-ci il mayın 28-də Azərbaycan Xalq Cümhuriyyətinin elan edilməsi Azərbaycan xalqı üçün əlamətdar hadisə olub. İlk respublikanın formalaşmasının əsas mərhələləri barədə daha ətraflı Sputnik Azərbaycan-ın infoqrafikasında.
Azərbaycan Xalq Cümhuriyyəti (AXC) müsəlman Şərqində ilk parlamentli dövlət kimi tarixə düşüb, Azərbaycan xalqının dövlətçiliyinin formalaşmasında mühüm rol oynayıb.
AXC parlamentinin qəbul etdiyi İstiqlal Bəyannaməsi respublikanın bütün xalqlarına suveren hüquqlar verib.
"Azərbaycan Xalq Cümhuriyyəti öz hüdudları daxilində milliyyətindən, dinindən, sosial vəziyyətindən və cinsindən asılı olmayaraq, bütün vətəndaşlarının mülki və siyasi hüquqlarını təmin edir", - Bəyannamənin dördüncü bəndində deyilir.
Azərbaycan dili ölkədə rəsmi dil elan edilib (sənədlərdə türk dili kimi qeyd olunur), respublikanın dövlət bayrağı, himni və gerbi təsdiq edilib.
Bundan əlavə, AXC Şərqdə ilk dəfə onlara səsvermə hüququ verməklə qadın bərabərliyinin əsasını qoyub.
1919-cu ildə Azərbaycan nümayəndə heyəti AXC-in müstəqilliyini tanımaq məqsədi ilə Paris Sülh Konfransına yollanır. 1920-ci ilin yanvarında danışıqların yekunlarına əsasən, nümayəndə heyətinin rəhbəri, Respublika Parlamentinin sədri Əlimərdan-bəy Topçubaşova respublikanın rəsmi tanınması haqqında konfransın rəsmi sənədi təqdim edilib.
AXC-in formalaşma və inkişafı dövrü çətin daxili və xarici siyasi şəraitdə keçsə də, o zaman Bakı hərbi sistemdə və iqtisadiyyatda islahatlara nail ola bilib. Bununla da hakimiyyət neft sənayesini ağır vəziyyətdən çıxarıb, Azərbaycan Dövlət Bankını təsis edib, milli pul nişanlarını dövriyyəyə buraxıb.
Respublika Azərbaycan xalqının təhsilinin, milli mədəniyyətinin, ədəbiyyatının və incəsənətinin inkişafına verdiyi töhfələrlə də yadda qalıb.
AXC Azərbaycan dövlətçilik tarixində və xalqın parlament mədəniyyətində dərin və zəngin iz qoyub.
Azərbaycan Respublikası Milli Məclisinin 2021-ci il oktyabrın 15-də qəbul etdiyi "Müstəqillik günü haqqında" qanuna əsasən, bu il mayın 28-i Azərbaycanda ilk dəfə Respublika Günü kimi deyil, Müstəqillik Günü kimi qeyd olunur.
Onun qəbulu ilə 28 May - Respublika Günü və 18 oktyabr - Dövlət Müstəqilliyi Günü adları dəyişdirilib. Mayın 28-i Müstəqillik günü, oktyabrın 18-i isə Müstəqilliyin Bərpası Günü elan edilib.