SİYASƏT
Ölkənin ictimai-siyasi həyatına, xarici siyasətə, beynəlxalq siyasi gündəmə dair məqalələr

"Uca Allah Azərbaycanı və Türkiyəni qorusun!” - Mehriban Əliyeva Ərdoğanı təbrik edib

© Official website of President of Azerbaijan RepublicAzərbaycan Respublikasının birinci vitse-prezidenti Mehriban Əliyeva
Azərbaycan Respublikasının birinci vitse-prezidenti Mehriban Əliyeva - Sputnik Azərbaycan, 1920, 28.05.2023
Abunə olmaq
Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva Rəcəb Tayyib Ərdoğanın növbəti dəfə prezident seçilməsi münasibətilə paylaşım edib.
BAKI, 28 may - Sputnik. Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva Instagram hesabında Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğanın prezident seçkilərində əldə etdiyi qələbə ilə bağlı paylaşım edib.
Paylaşımda deyilir:
“Сənab Rəcəb Tayyib Ərdoğanı və əziz bacım Əminə xanımı qələbə münasibətilə səmimi-qəlbdən təbrik edirəm! Qoy xalqlarımızın qardaşlığı əbədi və sarsılmaz olsun! Bütün Türkiyə xalqına möhkəm cansağlığı, xoşbəxtlik və sülh arzu edirəm. Uca Allah Azərbaycanı və Türkiyəni qorusun!”.
Türkiyədə bu gün keçirilən ikinci tur prezident seçkilərində seçki qutularının 91,55 faizi sayılıb.
Hazırkı prezident Rəcəb Tayyib Ərdoğan 52,61 faiz səslə öndədir.
“Millət İttifaqı”nın namizədi, müxalif Cümhuriyyət Xalq Partiyasının sədri Kamal Kılıçdaroğlu isə 47,39 faiz səs toplayıb.
İki namizəd arasında 2,6 milyondan çox səs fərqi var.
Azərbaycan Prezidenti İlham Əliyev və Türkiyə Rəcəb Tayyib Ərdoğan - Sputnik Azərbaycan, 1920, 28.05.2023
SİYASƏT
Əliyev Ərdoğanı seçkidə qələbə münasibətilə təbrik edib və onu Azərbaycana dəvət edib
Xəbər lenti
0