https://sputnik.az/20230528/turkiyede-seckilerin-tehlukesizliyini-600-mine-yaxin-insan-temin-edir-455337639.html
Türkiyədə seçkilərin təhlükəsizliyini 600 minə yaxın insan təmin edir
Türkiyədə seçkilərin təhlükəsizliyini 600 minə yaxın insan təmin edir
Sputnik Azərbaycan
Sosial şəbəkələrdə cinayət əməli kimi tanınan yazılar yerləşdirən, postlar paylaşan şəxslərlə bağlı dərhal məhkəmə və inzibati işlərə başlanılacaq. 28.05.2023, Sputnik Azərbaycan
2023-05-28T12:18+0400
2023-05-28T12:18+0400
2023-05-28T12:48+0400
dünya xəbərləri
türkiyədə seçkilər
ərdoğan
rəcəb tayyip ərdoğan
kamal kılıçdaroğlu
https://cdnn1.img.sputnik.az/img/07e7/05/0f/454850938_0:92:3312:1955_1920x0_80_0_0_8de387acbbe7847eda19dc5945c01066.jpg
BAKI, 28 may - Sputnik. Türkiyədə prezident seçkilərinin ikinci turunun təhlükəsizliyini 600 minə yaxın insan, 73 helikopter, 8 təyyarə və 61 pilotsuz uçuş aparatı (PUA) təmin edir.Bu gün Türkiyədə prezident seçkilərinin ikinci turu keçirilir. Hazırkı dövlət başçısı Tayyib Ərdoğan və müxalifətin vahid namizədi Kamal Kılıçdaroğlu mübarizə aparır. "Prezident seçkilərinin ikinci turunun hər hansı insidentsiz keçirilməsi və təhlükəsizliyin təmin edilməsi məqsədilə Daxili İşlər Nazirliyi ölkə ərazisində ayıq-sayıqdır. 324 409 polis, 193 879 jandarm, 2 640 sahil mühafizəsi olmaqla ümumilikdə 596 765 nəfər seçkinin gedişində təhlükəsizliyin təmin edilməsi işinə cəlb olunub. Türkiyə daxilində seçkilərin keçirildiyi məntəqələrin təhlükəsizliyi üçün müvafiq yerlərə 58 min 648 mühafizəçi və 17 min 189 könüllü mühafizəçi yerləşdirilib. Bundan əlavə, 73 helikopter, 8 təyyarə, 61 pilotsuz uçuş aparatı, 244 qayıq vəzifəsini yerinə yetirir.Bildirilir ki, sosial media platformalarında mümkün dezinformasiyaların monitorinqi, “seçkilərdə qanun pozuntuları” və “təxribat xarakterli yazılara” nəzarət etmək üçün “informasiya cinayətləri ilə mübarizə qrupları” təyin edilib. “Sosial şəbəkələrdə cinayət əməli kimi tanınan yazılar yerləşdirən, postlar paylaşan şəxslərlə bağlı dərhal məhkəmə və inzibati işlərə başlanılacaq”, - nəşr yazıb. Mümkün elektrik kəsilməsi zamanı generatorlar və buna bənzər enerji mənbələri və işıqlandırma sistemləri lazım olduqda müvafiq qurumlarla razılaşdırılmaqla işlək vəziyyətdə olacaq. “İctimai yerlərdə, turizm zonalarında, hava limanlarında, dəniz limanlarında, avtovağzallarda, dəmiryol vağzallarında, bazarlarda, ticarət mərkəzlərində, bazarlarda, metrolarda və insanların sıx toplaşdığı digər yerlərdə baş verə biləcək etiraz aksiyalarına qarşı da tədbirlər görüləcək”, - məlumatda deyilir. Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
https://sputnik.az/20230528/turkiyede-prezident-seckilerinin-ii-turu-kecirilir-455336410.html
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2023
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e7/05/0f/454850938_292:0:3021:2047_1920x0_80_0_0_29571b1200cab39dd97c7e1e9037d0e7.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
türkiyədə seçkilər, ərdoğan, rəcəb tayyip ərdoğan, kamal kılıçdaroğlu
türkiyədə seçkilər, ərdoğan, rəcəb tayyip ərdoğan, kamal kılıçdaroğlu
Türkiyədə seçkilərin təhlükəsizliyini 600 minə yaxın insan təmin edir
12:18 28.05.2023 (Yenilənib: 12:48 28.05.2023) Sosial şəbəkələrdə cinayət əməli kimi tanınan yazılar yerləşdirən, postlar paylaşan şəxslərlə bağlı dərhal məhkəmə və inzibati işlərə başlanılacaq.
BAKI, 28 may - Sputnik. Türkiyədə prezident seçkilərinin ikinci turunun təhlükəsizliyini 600 minə yaxın insan, 73 helikopter, 8 təyyarə və 61 pilotsuz uçuş aparatı (PUA) təmin edir.
Bu gün Türkiyədə prezident seçkilərinin ikinci turu keçirilir. Hazırkı dövlət başçısı Tayyib Ərdoğan və müxalifətin vahid namizədi Kamal Kılıçdaroğlu mübarizə aparır.
"Prezident seçkilərinin ikinci turunun hər hansı insidentsiz keçirilməsi və təhlükəsizliyin təmin edilməsi məqsədilə Daxili İşlər Nazirliyi ölkə ərazisində ayıq-sayıqdır. 324 409 polis, 193 879 jandarm, 2 640 sahil mühafizəsi olmaqla ümumilikdə 596 765 nəfər seçkinin gedişində təhlükəsizliyin təmin edilməsi işinə cəlb olunub. Türkiyə daxilində seçkilərin keçirildiyi məntəqələrin təhlükəsizliyi üçün müvafiq yerlərə 58 min 648 mühafizəçi və 17 min 189 könüllü mühafizəçi yerləşdirilib. Bundan əlavə, 73 helikopter, 8 təyyarə, 61 pilotsuz uçuş aparatı, 244 qayıq vəzifəsini yerinə yetirir.
Bildirilir ki, sosial media platformalarında mümkün dezinformasiyaların monitorinqi, “seçkilərdə qanun pozuntuları” və “təxribat xarakterli yazılara” nəzarət etmək üçün “informasiya cinayətləri ilə mübarizə qrupları” təyin edilib.
“Sosial şəbəkələrdə cinayət əməli kimi tanınan yazılar yerləşdirən, postlar paylaşan şəxslərlə bağlı dərhal məhkəmə və inzibati işlərə başlanılacaq”, - nəşr yazıb.
Mümkün elektrik kəsilməsi zamanı generatorlar və buna bənzər enerji mənbələri və işıqlandırma sistemləri lazım olduqda müvafiq qurumlarla razılaşdırılmaqla işlək vəziyyətdə olacaq.
“İctimai yerlərdə, turizm zonalarında, hava limanlarında, dəniz limanlarında, avtovağzallarda, dəmiryol vağzallarında, bazarlarda, ticarət mərkəzlərində, bazarlarda, metrolarda və insanların sıx toplaşdığı digər yerlərdə baş verə biləcək etiraz aksiyalarına qarşı da tədbirlər görüləcək”, - məlumatda deyilir.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.