https://sputnik.az/20230528/turkiyede-seckiler-zamani-her-hansi-neqativ-hadise-bas-vermeyib-455348900.html
Türkiyədə seçkilər zamanı hər hansı neqativ hadisə baş verməyib
Türkiyədə seçkilər zamanı hər hansı neqativ hadisə baş verməyib
Sputnik Azərbaycan
Türkiyə Mərkəzi Seçki Komissiyasının sədri Ahmet Yener səsvermə prosesində xidməti olan hər kəsə, həmçinin seçicilərə təşəkkür edib. 28.05.2023, Sputnik Azərbaycan
2023-05-28T18:55+0400
2023-05-28T18:55+0400
2023-05-28T19:13+0400
dünya xəbərləri
türkiyə
türkiyədə seçkilər
rəcəb tayyip ərdoğan
chp lideri kamal kılıçdaroğlu
https://cdnn1.img.sputnik.az/img/07e7/05/1c/455352929_0:160:3072:1888_1920x0_80_0_0_cf3eb555c0dacd499d14dce3a5cbc4f3.jpg
BAKI, 28 may - Sputnik. “Səsvermə vaxtında hansısa neqativ hadisə baş verməyib”.Bunu Türkiyə Mərkəzi Seçki Komissiyasının sədri Ahmet Yener deyib.O, səsvermə prosesində xidməti olan hər kəsə, həmçinin seçicilərə təşəkkür edib: “Nəticənin millətimiz və dövlətimiz üçün xeyirli olmasını arzu edirəm”.Türkiyədə prezident seçkilərinin ikinci turu üzrə səsvermə başa çatıb.Yerli vaxtla saat 17:00-da ölkədə bütün seçki məntəqələrində səsvermə yekunlaşıb və məntəqələr bağlanıb.Xatırladaq ki, mayın 14-də baş tutan seçkilərdə prezidentliyə namizədlərdən heç biri 50 %-dən çox səs toplamadığı üçün bu gün səsvermənin ikinci turu keçirilib. Türkiyə tarixində ilk dəfədir ki, prezident seçkiləri ikinci tura qalır.Prezident vəzifəsi uğrunda 2 namizəd mübarizə aparıb. Bunlar “Cümhur İttifaqı”nın namizədi, hakim Ədalət və İnkişaf Partiyasının sədri, hazırkı dövlət başçısı Rəcəb Tayyib Ərdoğan və “Millət İttifaqı”nın namizədi, müxalif Cümhuriyyət Xalq Partiyasının sədri Kamal Kılıçdaroğludur.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2023
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e7/05/1c/455352929_171:0:2902:2048_1920x0_80_0_0_a680d565078ebe5dc60f4c99cb5af97c.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
türkiyə, türkiyədə seçkilər, rəcəb tayyip ərdoğan, chp lideri kamal kılıçdaroğlu
türkiyə, türkiyədə seçkilər, rəcəb tayyip ərdoğan, chp lideri kamal kılıçdaroğlu
Türkiyədə seçkilər zamanı hər hansı neqativ hadisə baş verməyib
18:55 28.05.2023 (Yenilənib: 19:13 28.05.2023) Türkiyə Mərkəzi Seçki Komissiyasının sədri Ahmet Yener səsvermə prosesində xidməti olan hər kəsə, həmçinin seçicilərə təşəkkür edib.
BAKI, 28 may - Sputnik. “Səsvermə vaxtında hansısa neqativ hadisə baş verməyib”.
Bunu Türkiyə Mərkəzi Seçki Komissiyasının sədri Ahmet Yener deyib.
O, səsvermə prosesində xidməti olan hər kəsə, həmçinin seçicilərə təşəkkür edib: “Nəticənin millətimiz və dövlətimiz üçün xeyirli olmasını arzu edirəm”.
Türkiyədə prezident seçkilərinin ikinci turu üzrə səsvermə başa çatıb.
Yerli vaxtla saat 17:00-da ölkədə bütün seçki məntəqələrində səsvermə yekunlaşıb və məntəqələr bağlanıb.
Xatırladaq ki, mayın 14-də baş tutan seçkilərdə prezidentliyə namizədlərdən heç biri 50 %-dən çox səs toplamadığı üçün bu gün səsvermənin ikinci turu keçirilib. Türkiyə tarixində ilk dəfədir ki, prezident seçkiləri ikinci tura qalır.
Prezident vəzifəsi uğrunda 2 namizəd mübarizə aparıb. Bunlar “Cümhur İttifaqı”nın namizədi, hakim Ədalət və İnkişaf Partiyasının sədri, hazırkı dövlət başçısı Rəcəb Tayyib Ərdoğan və “Millət İttifaqı”nın namizədi, müxalif Cümhuriyyət Xalq Partiyasının sədri Kamal Kılıçdaroğludur.