https://sputnik.az/20230528/turkiyede-secki-qutularinin-91-faizi-acilib-lider-melum-olub-455358730.html
Ərdoğan növbəti dəfə Türkiyə prezidenti seçilib
Ərdoğan növbəti dəfə Türkiyə prezidenti seçilib
Sputnik Azərbaycan
Türkiyə Ali Seçki Komissiyasının (YSK) sədri Ahmet Yener deyib ki, Rəcəb Tayyib Ərdoğan seçicilərin 52,14%-nin səsini qazanıb. 28.05.2023, Sputnik Azərbaycan
2023-05-28T22:50+0400
2023-05-28T22:50+0400
2023-05-29T00:14+0400
dünya xəbərləri
türkiyədə seçkilər
rəcəb tayyip ərdoğan
türkiyə prezidenti rəcəb tayyib ərdoğan
chp lideri kamal kılıçdaroğlu
https://cdnn1.img.sputnik.az/img/07e7/04/1c/454221339_0:160:3072:1888_1920x0_80_0_0_72fe36c0caef4b5d7739093249236fd5.jpg
BAKI, 28 may - Sputnik. Türkiyənin Mərkəzi Seçki Komissiyasının (YSK) sədri Əhməd Yener prezident seçkilərinin ikinci turunu nəticələri ilə bağlı açıqlama verib.O, Rəcəb Tayyib Ərdoğanın prezident seçildiyi bildirib. Onun sözlərinə görə, Ərdoğan 52,14, Kamal Kılıçdaroğlu isə 47,86% səs qazanıb.Yener hələ sayılmayan səslərin nəticəyə təsir etməyəcəyini vurğulayıb.***Türkiyə prezident seçkilərinin ikinci turunda seçki qutularının 99,99% açılıb.Bu barədə Türkiyə Ali Seçki Komissiyasının (YSK) sədri Ahmet Yener jurnalistlərə açıqlamasında bildirib.O, qeyd edib ki, Rəcəb Tayyib Ərdoğan seçicilərin 51,92%-nin səsini qazanaraq Türkiyə prezidenti seçilib.***Türkiyədə keçirilən ikinci tur prezident seçkilərində seçki qutularının 91,55 faizi sayılıb.Hazırkı prezident Rəcəb Tayyib Ərdoğan 52,61 faiz səslə öndədir.“Millət İttifaqı”nın namizədi, müxalif Cümhuriyyət Xalq Partiyasının sədri Kamal Kılıçdaroğlu isə 47,39 faiz səs toplayıb.İki namizəd arasında 2,6 milyondan çox səs fərqi var.20:00Türkiyədə keçirilən ikinci tur prezident seçkilərində seçki qutularının 82,64 faizi sayılıb.Prezident Rəcəb Tayyib Ərdoğan 53,41 faiz səslə öndədir. “Millət İttifaqı”nın namizədi, müxalif Cümhuriyyət Xalq Partiyasının sədri Kamal Kılıçdaroğlu isə 46,59 faiz səs toplayıb.19:30Türkiyədə keçirilən ikinci tur prezident seçkilərində səsvermə bülletenlərinin 55 faizi sayılıb.Prezident Rəcəb Tayyib Ərdoğan 55,80 faiz səslə öndədir.“Millət İttifaqı”nın namizədi, müxalif Cümhuriyyət Xalq Partiyasının sədri Kamal Kılıçdaroğlu isə 44,20 faiz səs toplayıb.19:15Türkiyə Yüksək Seçim Qurumu ikinci tur prezident seçkilərinin ilkin nəticələrinin yayımlanması ilə bağlı qadağanı aradan qaldırdıqdan sonra səsvermənin nəticələri açıqlanmağa başlayıb.İlkin nəticələrə görə, Rəcəb Tayyib Ərdoğan 57,09 faiz, Kamal Kılıçdaroğlu 42,91 faiz səs.İndiyədək seçki qutularının 42,78 faizi açılıb. Səslərin sayılması prosesi davam edir.19:00Türkiyədə keçirilən ikinci tur prezident seçkilərinin ilkin nəticələri açıqlanıb. Səsvermə bülletenlərinin 21,05 faizinin işlənməsinin nəticələrinə görə, hazırkı prezident Rəcəb Tayyib Ərdoğan 60,07 faiz səs qazanıb.“Millət İttifaqı”nın namizədi, müxalif Cümhuriyyət Xalq Partiyasının sədri Kamal Kılıçdaroğlu isə 39,3 faiz səs toplayıb.Xatırladaq ki, mayın 14-də baş tutan seçkilərdə prezidentliyə namizədlərdən heç biri 50 %-dən çox səs toplamadığı üçün bu gün səsvermənin ikinci turu keçirilib. Türkiyə tarixində ilk dəfədir ki, prezident seçkiləri ikinci tura qalır.Prezident vəzifəsi uğrunda 2 namizəd mübarizə aparıb. Bunlar “Cümhur İttifaqı”nın namizədi, hakim Ədalət və İnkişaf Partiyasının sədri, hazırkı dövlət başçısı Rəcəb Tayyib Ərdoğan və “Millət İttifaqı”nın namizədi, müxalif Cümhuriyyət Xalq Partiyasının sədri Kamal Kılıçdaroğludur.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2023
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e7/04/1c/454221339_171:0:2902:2048_1920x0_80_0_0_94b1a36189926a5b45569b63fe68d5e1.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
türkiyədə seçkilər, rəcəb tayyip ərdoğan, türkiyə prezidenti rəcəb tayyib ərdoğan, chp lideri kamal kılıçdaroğlu
türkiyədə seçkilər, rəcəb tayyip ərdoğan, türkiyə prezidenti rəcəb tayyib ərdoğan, chp lideri kamal kılıçdaroğlu
Ərdoğan növbəti dəfə Türkiyə prezidenti seçilib
22:50 28.05.2023 (Yenilənib: 00:14 29.05.2023) Türkiyə Ali Seçki Komissiyasının (YSK) sədri Ahmet Yener deyib ki, Rəcəb Tayyib Ərdoğan seçicilərin 52,14%-nin səsini qazanıb.
BAKI, 28 may - Sputnik. Türkiyənin Mərkəzi Seçki Komissiyasının (YSK) sədri Əhməd Yener prezident seçkilərinin ikinci turunu nəticələri ilə bağlı açıqlama verib.
O, Rəcəb Tayyib Ərdoğanın prezident seçildiyi bildirib. Onun sözlərinə görə, Ərdoğan 52,14, Kamal Kılıçdaroğlu isə 47,86% səs qazanıb.
Yener hələ sayılmayan səslərin nəticəyə təsir etməyəcəyini vurğulayıb.
Türkiyə prezident seçkilərinin ikinci turunda seçki qutularının 99,99% açılıb.
Bu barədə Türkiyə Ali Seçki Komissiyasının (YSK) sədri Ahmet Yener jurnalistlərə açıqlamasında bildirib.
O, qeyd edib ki, Rəcəb Tayyib Ərdoğan seçicilərin 51,92%-nin səsini qazanaraq Türkiyə prezidenti seçilib.
Türkiyədə keçirilən ikinci tur prezident seçkilərində seçki qutularının 91,55 faizi sayılıb.
Hazırkı prezident Rəcəb Tayyib Ərdoğan 52,61 faiz səslə öndədir.
“Millət İttifaqı”nın namizədi, müxalif Cümhuriyyət Xalq Partiyasının sədri Kamal Kılıçdaroğlu isə 47,39 faiz səs toplayıb.
İki namizəd arasında 2,6 milyondan çox səs fərqi var.
Türkiyədə keçirilən ikinci tur prezident seçkilərində seçki qutularının 82,64 faizi sayılıb.
Prezident Rəcəb Tayyib Ərdoğan 53,41 faiz səslə öndədir. “Millət İttifaqı”nın namizədi, müxalif Cümhuriyyət Xalq Partiyasının sədri Kamal Kılıçdaroğlu isə 46,59 faiz səs toplayıb.
Türkiyədə keçirilən ikinci tur prezident seçkilərində səsvermə bülletenlərinin 55 faizi sayılıb.
Prezident Rəcəb Tayyib Ərdoğan 55,80 faiz səslə öndədir.
“Millət İttifaqı”nın namizədi, müxalif Cümhuriyyət Xalq Partiyasının sədri Kamal Kılıçdaroğlu isə 44,20 faiz səs toplayıb.
Türkiyə Yüksək Seçim Qurumu ikinci tur prezident seçkilərinin ilkin nəticələrinin yayımlanması ilə bağlı qadağanı aradan qaldırdıqdan sonra səsvermənin nəticələri açıqlanmağa başlayıb.
İlkin nəticələrə görə, Rəcəb Tayyib Ərdoğan 57,09 faiz, Kamal Kılıçdaroğlu 42,91 faiz səs.
İndiyədək seçki qutularının 42,78 faizi açılıb. Səslərin sayılması prosesi davam edir.
Türkiyədə keçirilən ikinci tur prezident seçkilərinin ilkin nəticələri açıqlanıb. Səsvermə bülletenlərinin 21,05 faizinin işlənməsinin nəticələrinə görə, hazırkı prezident Rəcəb Tayyib Ərdoğan 60,07 faiz səs qazanıb.
“Millət İttifaqı”nın namizədi, müxalif Cümhuriyyət Xalq Partiyasının sədri Kamal Kılıçdaroğlu isə 39,3 faiz səs toplayıb.
Xatırladaq ki, mayın 14-də baş tutan seçkilərdə prezidentliyə namizədlərdən heç biri 50 %-dən çox səs toplamadığı üçün bu gün səsvermənin ikinci turu keçirilib. Türkiyə tarixində ilk dəfədir ki, prezident seçkiləri ikinci tura qalır.
Prezident vəzifəsi uğrunda 2 namizəd mübarizə aparıb. Bunlar “Cümhur İttifaqı”nın namizədi, hakim Ədalət və İnkişaf Partiyasının sədri, hazırkı dövlət başçısı Rəcəb Tayyib Ərdoğan və “Millət İttifaqı”nın namizədi, müxalif Cümhuriyyət Xalq Partiyasının sədri Kamal Kılıçdaroğludur.