https://sputnik.az/20230528/putin-erdogani-tebrik-edib--455360983.html
Putin Ərdoğanı təbrik edib
Putin Ərdoğanı təbrik edib
Sputnik Azərbaycan
Rusiya prezidenti bildirib ki, ikitərəfli, regional və beynəlxalq gündəmdəki aktual məsələlər üzrə konstruktiv dialoqu davam etdirməyə hazırdır. 28.05.2023, Sputnik Azərbaycan
2023-05-28T23:09+0400
2023-05-28T23:09+0400
2023-05-29T10:30+0400
rusiya
rəcəb tayyip ərdoğan
türkiyə prezidenti rəcəb tayyib ərdoğan
rusiya prezidenti vladimir putin
vladimir putin
https://cdnn1.img.sputnik.az/img/42281/00/422810043_0:0:2511:1412_1920x0_80_0_0_72d48b2a208f56f3c1b1f21fa189809c.jpg
BAKI, 28 may - Sputnik. Rusiya prezidenti Vladimir Putin Türkiyənin hazırkı prezidenti Rəcəb Tayyib Ərdoğanı yenidən prezident seçilməsi münasibətilə təbrik edib.Bu barədə Kremlin mətbuat xidməti məlumat yayıb.Putinin təbrik teleqramında deyilir: “Hörmətli cənab Ərdoğan, əziz dostum, yenidən prezident seçilməyiniz münasibətilə səmimi təbriklərimi qəbul edin".Vladimir Putin təbrikində türkiyəli həmkarının Rusiya-Türkiyə münasibətlərinin möhkəmlənməsinə şəxsi töhfəsini də qeyd edib, həmçinin tərəflər arasında konstruktiv dialoqu davam etdirməyə hazır olduğunu bildirib."Rusiya-Türkiyə dostluq münasibətlərinin, müxtəlif sahələrdə qarşılıqlı faydalı əməkdaşlığın möhkəmlənməsinə verdiyiniz şəxsi töhfənizi yüksək qiymətləndiririk. İkitərəfli, regional və beynəlxalq gündəmdəki aktual məsələlər üzrə konstruktiv dialoqumuzu davam etdirməyə hazır olduğumuzu təsdiq etmək istərdim", - Putinin teleqramında deyilir.Məlumatlara görə, Qətər əmiri, Özbəkistan prezidenti, Macarıstan və Liviya baş nazirləri Türkiyənin hazırkı dövlət başçısını təbrik ediblər.Türkiyə prezident seçkilərinin ikinci turunda seçki qutularının 99,99% açılıb. Türkiyə Ali Seçki Komissiyasının (YSK) sədri Ahmet Yener jurnalistlərə açıqlamasında bildirib ki, Rəcəb Tayyib Ərdoğan seçicilərin 52,14%-nin səsini qazanaraq Türkiyə prezidenti seçilib.Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
https://sputnik.az/20230528/turkiyede-secki-qutularinin-91-faizi-acilib-lider-melum-olub-455358730.html
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2023
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/42281/00/422810043_0:0:2511:1884_1920x0_80_0_0_d958f51d494f7087523a7be76168c99c.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
rəcəb tayyip ərdoğan, türkiyə prezidenti rəcəb tayyib ərdoğan, rusiya prezidenti vladimir putin, vladimir putin
rəcəb tayyip ərdoğan, türkiyə prezidenti rəcəb tayyib ərdoğan, rusiya prezidenti vladimir putin, vladimir putin
Putin Ərdoğanı təbrik edib
23:09 28.05.2023 (Yenilənib: 10:30 29.05.2023) Rusiya prezidenti bildirib ki, ikitərəfli, regional və beynəlxalq gündəmdəki aktual məsələlər üzrə konstruktiv dialoqu davam etdirməyə hazırdır.
BAKI, 28 may - Sputnik. Rusiya prezidenti Vladimir Putin Türkiyənin hazırkı prezidenti Rəcəb Tayyib Ərdoğanı yenidən prezident seçilməsi münasibətilə təbrik edib.
Bu barədə Kremlin mətbuat xidməti məlumat yayıb.
Putinin təbrik teleqramında deyilir:
“Hörmətli cənab Ərdoğan, əziz dostum, yenidən prezident seçilməyiniz münasibətilə səmimi təbriklərimi qəbul edin".
Vladimir Putin təbrikində türkiyəli həmkarının Rusiya-Türkiyə münasibətlərinin möhkəmlənməsinə şəxsi töhfəsini də qeyd edib, həmçinin tərəflər arasında konstruktiv dialoqu davam etdirməyə hazır olduğunu bildirib.
"Rusiya-Türkiyə dostluq münasibətlərinin, müxtəlif sahələrdə qarşılıqlı faydalı əməkdaşlığın möhkəmlənməsinə verdiyiniz şəxsi töhfənizi yüksək qiymətləndiririk. İkitərəfli, regional və beynəlxalq gündəmdəki aktual məsələlər üzrə konstruktiv dialoqumuzu davam etdirməyə hazır olduğumuzu təsdiq etmək istərdim", - Putinin teleqramında deyilir.
Məlumatlara görə, Qətər əmiri, Özbəkistan prezidenti, Macarıstan və Liviya baş nazirləri Türkiyənin hazırkı dövlət başçısını təbrik ediblər.
Türkiyə prezident seçkilərinin ikinci turunda seçki qutularının 99,99% açılıb. Türkiyə Ali Seçki Komissiyasının (YSK) sədri Ahmet Yener jurnalistlərə açıqlamasında bildirib ki, Rəcəb Tayyib Ərdoğan seçicilərin 52,14%-nin səsini qazanaraq Türkiyə prezidenti seçilib.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.