SİYASƏT
Ölkənin ictimai-siyasi həyatına, xarici siyasətə, beynəlxalq siyasi gündəmə dair məqalələr

Paşinyan Ərdoğanı prezident seçkilərində qələbəsi münasibəti ilə təbrik edib

© AFP 2023 / DMITRY ASTAKHOVNikol Paşinyan
Nikol Paşinyan - Sputnik Azərbaycan, 1920, 28.05.2023
Abunə olmaq
Paşinyan Ermənistan və Türkiyə arasında münasibətlərin tam şəkildə normallaşacağına ümid edir.
BAKI, 28 may - Sputnik. Ermənistanın Baş naziri Nikol Paşinyan Rəcəb Tayyib Ərdoğanı prezident seçkilərində qələbəsi münasibəti ilə təbrik edib.
Bu barədə Paşinyan "Twitter"də bildirib.
O, Ermənistan və Türkiyə arasında münasibətlərin tam şəkildə normallaşacağına ümid etdiyini bildirib.
Bu gün Türkiyədə prezident seçkilərinin II turu olub. Seçki qutularının 99,99% açılıb. Türkiyə Ali Seçki Komissiyasının sədri Ahmet Yener bildirib ki, Rəcəb Tayyib Ərdoğan seçicilərin 52,14%-nin səsini qazanaraq Türkiyə prezidenti seçilib.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Xəbər lenti
0