SİYASƏT
Ölkənin ictimai-siyasi həyatına, xarici siyasətə, beynəlxalq siyasi gündəmə dair məqalələr

Rəcəb Tayyib Ərdoğan: Bu gün Türkiyə qazandı, Azərbaycan qazandı, Qarabağ qazandı - VİDEO

© Official website of President of Azerbaijan RepublicAzərbaycan Prezidenti İlham Əliyev və Türkiyə Rəcəb Tayyib Ərdoğan
Azərbaycan Prezidenti İlham Əliyev və Türkiyə Rəcəb Tayyib Ərdoğan
 - Sputnik Azərbaycan, 1920, 28.05.2023
Abunə olmaq
Rəcəb Tayyib Ərdoğan Kısıklı meydanındakı çıxışı zamanı deyib ki, "İlham Əliyev qardaşım Türkiyəyə gəlib qələbimizi qeyd etməyə hər an hazır olduğunu bildirib"
BAKI, 28 may - Sputnik. Azərbaycan Prezidenti İlham Əliyev qardaşım mənə zəng edərək, hər an Türkiyəyə səfər etməyə hazır olduğunu bildirib.
Cümhur İttifaqının namizədi Rəcəb Tayyib Ərdoğan İstanbulda, Üsküdardakı Kısıklı meydanında ölkə vətəndaşlarına müraciətində deyib.
Rəcəb Tayyib Ərdoğan Türkiyə prezident seçkilərinin ikinci turunun bitdiyini və bunun demokratiyanın qələbəsi olduğunu qeyd edib.
O qeyd edib ki, Azərbaycan, Özbəkistan, Liviya və digər ölkə başçıları qələbəni Türkiyə lideri ilə birlikdə qeyd etməyə hazır olduqlarını vurğulayıblar.
Türkiyədə keçirilən ikinci tur prezident seçkilərində seçki qutularının 91,55 faizi sayılıb.
Hazırkı prezident Rəcəb Tayyib Ərdoğan 52,61 faiz səslə öndədir.
“Millət İttifaqı”nın namizədi, müxalif Cümhuriyyət Xalq Partiyasının sədri Kamal Kılıçdaroğlu isə 47,39 faiz səs toplayıb.
İki namizəd arasında 2,6 milyondan çox səs fərqi var.
Xəbər lenti
0