SİYASƏT
Ölkənin ictimai-siyasi həyatına, xarici siyasətə, beynəlxalq siyasi gündəmə dair məqalələr

İlham Əliyev: Müstəqil Azərbaycan dövləti istənilən nəticəni əldə etməyə qadirdir

© Official website of President of Azerbaijan Republicİlham Əliyev Kəlbəcər rayonuna səfər edib
İlham Əliyev Kəlbəcər rayonuna səfər edib - Sputnik Azərbaycan, 1920, 28.05.2023
Abunə olmaq
Azərbaycan Prezidenti İlham Əliyev mayın 28-də Laçın sakinləri ilə görüşdə deyib ki, Laçın şəhərinin yeni siması müstəqilliyimizin nə qədər güclü olmasını bir daha göstərir.
BAKI, 28 may - Sputnik. Bu gün ikiqat bayramdır. Çünki bu gün Laçın şəhərinin sakinləri uzun fasilədən sonra öz doğma şəhərinə qayıdıblar və bu münasibətlə həm sizi, həm də bütün Azərbaycan xalqını təbrik etmək istəyirəm.
Bu fikri Azərbaycan Prezidenti İlham Əliyev mayın 28-də Laçında bu rayondan olan sakinlərlə görüşdə bildirib.
Bu görüşün 28 May tarixində təşkil edilməsinin böyük rəmzi mənası olduğunu vurğulayan dövlətimizin başçısı deyib:
“Bu gün müstəqil Azərbaycan dövləti həm dünya miqyasında öz mövqelərini kifayət qədər möhkəmləndirib, eyni zamanda, bu gün müstəqil Azərbaycan dövləti istənilən nəticəni əldə etməyə qadirdir”.
Prezident qeyd edib ki, bu gün yeni Laçın şəhərinin yeni siması müstəqilliyimizin nə qədər güclü olmasını bir daha göstərir.
"Çünki cəmi 7-8 ay ərzində şəhərin böyük hissəsi tamamilə yenidən qurulub və sizin sərəncamınıza verilir. İlk 20 ailə artıq dünəndən Laçında yerləşibdir və iyun ayının sonuna qədər əlavə bir çox ailələr gələcək. Beləliklə, birinci mərhələdə Laçında 4 minə yaxın, bəlkə də çox insan yaşayacaqdır" - İlham Əliyev deyib.
Bütövlükdə 7-8 ay ərzində 700 binanın inşa edildiyini vurğulayan Azərbaycan Prezidenti bildirib ki, onlardan 620-si fərdi yaşayış binası, 9 çoxmənzilli bina və orada 144 mənzil hazırlanıb.
"Beləliklə, artıq 764 ailə Laçın şəhərində yaşaya bilər. Amma bu, hələ tam proqramımız deyil. Laçın şəhərinin Baş planı hazırlanıb və bu gün təqdim ediləcək. Laçın şəhərində ikinci mərhələdə görüləcək işlərlə bağlı bizim çox dəqiq təsəvvürümüz var və beləliklə, hesab edirəm ki, ilin sonuna qədər daha çox insan Laçında yaşaya biləcək”, - Əliyev əlavə edib.
Xəbər lenti
0