https://sputnik.az/20230528/lacin-seherinde-ilk-coxmenzilli-yasayis-mehellesinin-temeli-qoyulub-455346231.html
Laçın şəhərində ilk çoxmənzilli yaşayış məhəlləsinin təməli qoyulub
Laçın şəhərində ilk çoxmənzilli yaşayış məhəlləsinin təməli qoyulub
Sputnik Azərbaycan
Yaşayış məhəlləsində ticarət obyekti, açıq idman meydançası, uşaq əyləncə və istirahət sahələrinin yaradılması nəzərdə tutulur. 28.05.2023, Sputnik Azərbaycan
2023-05-28T17:55+0400
2023-05-28T17:55+0400
2023-05-28T19:12+0400
cəmiyyət
prezident ilham əliyev
laçın
laçın rayonu
https://cdnn1.img.sputnik.az/img/07e7/05/1c/455357274_0:0:968:545_1920x0_80_0_0_1360fee7feef2ae306faaec7cd57392a.jpg
BAKI, 28 may - Sputnik. Mayın 28-də Laçın şəhərində ilk çoxmənzilli yaşayış məhəlləsinin təməli qoyulub.Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tədbirdə iştirak edib.Dövlətimizin başçısına yaşayış məhəlləsi barədə məlumat verildi.Bildirildi ki, layihələndirilən yaşayış məhəlləsi Laçın şəhərinin cənub-qərb hissəsində 16,3 hektar ərazidə planlaşdırılıb. Ərazidə müasir tipli yaşayış binaları və şəhər sakinlərinə xidmət göstərəcək idman kompleksinin inşası nəzərdə tutulub. Təklif layihəsində binaların memarlıq kompozisiya həlli və yerləşməsi ərazinin relyefi, demoqrafik tələbləri, sosial, məişət və sanitar xüsusiyyətləri nəzərə alınaraq hazırlanıb.Diqqətə çatdırıldı ki, yaşayış binaları üzrə ümumi sayı 462 olmaqla birotaqlı 45, ikiotaqlı 126, üçotaqlı 180 və dördotaqlı 108 mənzil nəzərdə tutulub. Məhəllədə 1630 nəfərin yaşaması planlaşdırılıb.Məlumat verildi ki, ərazidəki idman sağlamlıq mərkəzində müxtəlif idman növləri üzrə və üzgüçülük hovuzu ilə birlikdə iaşə obyektləri, inzibati və digər köməkçi sahələr yaradılacaq.Eyni zamanda, yaşayış məhəlləsində ticarət obyekti, açıq idman meydançası, uşaq əyləncə və istirahət sahələrinin yaradılması nəzərdə tutulur.Dövlətimizin başçısı yaşayış məhəlləsinin təməlini qoydu.X X XPrezident İlham Əliyev, həmçinin son tamamlanma işləri aparılan idman kompleksi ilə tanış oldu.Qeyd edək ki, ölkəmizin hər bir guşəsində yaradılan, ən müasir avadanlıqla təchiz edilən bu cür idman infrastrukturu gənclərin idmanın müxtəlif növlərinə marağını artırmaqla yanaşı, əhalinin sağlam həyat tərzi keçirməsinə də hərtərəfli töhfə verir.Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
https://sputnik.az/20230528/prezident-lham-eliyeve-lacin-seherinin-bas-plani-teqdim-olunub-455346499.html
laçın rayonu
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2023
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e7/05/1c/455357274_6:0:898:669_1920x0_80_0_0_118e4e0f7a6a6f59951a60b6de60d23f.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
prezident ilham əliyev, laçın, laçın rayonu
prezident ilham əliyev, laçın, laçın rayonu
Laçın şəhərində ilk çoxmənzilli yaşayış məhəlləsinin təməli qoyulub
17:55 28.05.2023 (Yenilənib: 19:12 28.05.2023) Yaşayış məhəlləsində ticarət obyekti, açıq idman meydançası, uşaq əyləncə və istirahət sahələrinin yaradılması nəzərdə tutulur.
BAKI, 28 may - Sputnik. Mayın 28-də Laçın şəhərində ilk çoxmənzilli yaşayış məhəlləsinin təməli qoyulub.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tədbirdə iştirak edib.
Dövlətimizin başçısına yaşayış məhəlləsi barədə məlumat verildi.
Bildirildi ki, layihələndirilən yaşayış məhəlləsi Laçın şəhərinin cənub-qərb hissəsində 16,3 hektar ərazidə planlaşdırılıb. Ərazidə müasir tipli yaşayış binaları və şəhər sakinlərinə xidmət göstərəcək idman kompleksinin inşası nəzərdə tutulub. Təklif layihəsində binaların memarlıq kompozisiya həlli və yerləşməsi ərazinin relyefi, demoqrafik tələbləri, sosial, məişət və sanitar xüsusiyyətləri nəzərə alınaraq hazırlanıb.
Diqqətə çatdırıldı ki, yaşayış binaları üzrə ümumi sayı 462 olmaqla birotaqlı 45, ikiotaqlı 126, üçotaqlı 180 və dördotaqlı 108 mənzil nəzərdə tutulub. Məhəllədə 1630 nəfərin yaşaması planlaşdırılıb.
Məlumat verildi ki, ərazidəki idman sağlamlıq mərkəzində müxtəlif idman növləri üzrə və üzgüçülük hovuzu ilə birlikdə iaşə obyektləri, inzibati və digər köməkçi sahələr yaradılacaq.
Eyni zamanda, yaşayış məhəlləsində ticarət obyekti, açıq idman meydançası, uşaq əyləncə və istirahət sahələrinin yaradılması nəzərdə tutulur.
Dövlətimizin başçısı yaşayış məhəlləsinin təməlini qoydu.
Prezident İlham Əliyev, həmçinin son tamamlanma işləri aparılan idman kompleksi ilə tanış oldu.
Qeyd edək ki, ölkəmizin hər bir guşəsində yaradılan, ən müasir avadanlıqla təchiz edilən bu cür idman infrastrukturu gənclərin idmanın müxtəlif növlərinə marağını artırmaqla yanaşı, əhalinin sağlam həyat tərzi keçirməsinə də hərtərəfli töhfə verir.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.