Dövlət Bayrağı meydanı - Sputnik Azərbaycan, 1920
AZƏRBAYCAN XƏBƏRLƏRİ
Azərbaycana dair ən son xəbərlər və aktual məqalələr

Astarada kiçik Antalyanı necə yaratmalı? Ekspertlərdən təkliflər

© Sputnik / Rahim MuradovAstara rayonu Siyaku kənd ərazi nümayəndəliyinə daxil olan bir neçə kəndlərdə sitrus ağacları naməlum səbəblərdən qurumağa başlayıb
Astara rayonu Siyaku kənd ərazi nümayəndəliyinə daxil olan bir neçə kəndlərdə sitrus ağacları naməlum səbəblərdən qurumağa başlayıb - Sputnik Azərbaycan, 1920, 28.05.2023
Abunə olmaq
Astara subtropik bitkiləri, mətbəxi, çayı, düyüsü ilə də cəlbedicidir. Orada sitrus meyvələri vadisi var, bu da turistlərə bir başqa zövq bəxş edir.
BAKI, 28 may — Sputnik. Astarada Antalyanın kiçik modelini yaratmaq olar. Bunu turizm üzrə ekspert Ceyhun Aşurov deputat Rəşad Mahmudovun Azərbaycanın cənub bölgəsində turizmin inkişafı üçün Antalya modelindən istifadə olunacağı barədə fikrini şərh edərkən deyib.
Xatırladaq ki, Rəşad Mahmudov artıq bu məsələ iulə bağlı ikitərəfli danışıqların başladığını bildirib.
"İlkin mərhələdə türkiyəli iş adamları Astara şəhərinə dəvət olunacaq. Hətta Antalyanın ən böyük bələdiyyələrindən olan - Kəpəz bələdiyyəsi ilə qardaş şəhər anlaşmasının imzalanması nəzərdə tutulur", - deyən R.Mahmudov vurğulayıb ki, ilk olaraq regiondakı bələdiyyələrin iş mexanizmi öyrəniləcək, Antalya iş adamları Astaraya investisiya qoymaqla turizmin inkişafına töhfə vermiş olacaqlar.
AK partili millət vəkili İbrahim Hətəmtaş isə deyib ki, iyul ayında Kəpəz bələdiyyəsinin nümayəndə heyəti Astaraya səfər planlaşdırılır. Səfərin əsas məqsədi Antalya modelinin Astarada tətbiqi və qardaşlaşmış şəhər sazişinin imzalanmasıdır.
Turizm üzrə ekspert Əziz Şirinov Sputnik Azəbaycan-a bildirib ki, cənub bölgəsi Azərbaycanın mirvarisi, kəşf olunmamış cənnətidir. Bu bölgəyə nə qədər investisiya yatırılsa, nəticə bir o qədər gözəl olacaq. Çünki bölgədə infrastruktur, müasir hotellər, restoran şəbəkələri var. Azərbaycanın ikinci ən böyük bulvarı da Astarada yerləşir. Dənizkənarı istirahət mərkəzlərindən də potensial olaraq istifadə etmək olar. Antalya miqyasında olmasa belə, burada turistləri cənubda qarşılayıb yola salmaq üçün geniş imkanlar var.
"Astara subtropik bitkiləri, mətbəxi, çayı, düyüsü ilə də cəlbedicidir. Orada sitrus meyvələri vadisi var, bu da turistlərə bir başqa zövq bəxş edir. Subtropik ərazilərimiz olan Astara, Masallı istisu ilə zəngindir. Bu bölgə öz mətbəxi ilə də YUNESCO-nun mədəni irsinə daxil edilib", - deyə o, əlavə edib.
Ekspert qeyd edir ki, Türkiyə vaxtı ilə Şəkini qardaş şəhər elan etmişdi, indi də cənubu qardaş şəhər adlandırsa, gözəl olardı: "Türkiyə modelindən istifadə edərək turizmi daha da inkişaf etdirə bilərik".
Turizm üzrə digər ekspert Ceyhun Aşurov isə Sputnik Azərbaycan-a bildirib ki, yəqin Antalya ilə Astara bələdiyyələri arasında qardaşlıq memorandumunun bağlanılması nəzərdə tutulur.
"Astara dənizkənarı olduğu üçün burada da sahilboyu Antalya modelindən istifadə etmək olar. Burada yeni turizm infrastrukturu, hotellərin salınmasından söhbət gedir. Türkiyəli iş adamlarının bura investisiya qoyması gözəl olardı", - deyə o, əlavə edib.
Ekspert qeyd edir ki, ümumiyyətlə, son bir neçə ildir ki, cənub bölgəsi turizm nöqteyi-nəzərindən aktivləşib, burada yeni hotellər tikilib. Ona görə də, Antalyanın kiçik modelini Astarada yaratmaq olar.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Xəbər lenti
0