https://sputnik.az/20230527/prezidentin-ab-in-iclasinda-istiraki-uzv-olkelerle-emekdasliqda-yeni-imkanlar-yaradir-455320716.html
Prezidentin AİB-in iclasında iştirakı üzv ölkələrlə əməkdaşlıqda yeni imkanlar yaradır
Prezidentin AİB-in iclasında iştirakı üzv ölkələrlə əməkdaşlıqda yeni imkanlar yaradır
Sputnik Azərbaycan
Politoloqun qənaətinə görə, Azərbaycanın mövcud imkanları olmadan Uzaq Şərqdən başlayaraq beynəlxalq ticarət yollarını təsəvvür etmək mümkün deyil. 27.05.2023, Sputnik Azərbaycan
2023-05-27T23:43+0400
2023-05-27T23:43+0400
2023-05-27T23:43+0400
siyasət
prezident ilham əliyev
avrasiya iqtisadi ittifaqı
azərbaycan
https://cdnn1.img.sputnik.az/img/07e7/05/19/455259094_0:63:1200:738_1920x0_80_0_0_ea08b7a84415e7327ffc5e0440cae1ec.jpg
BAKI, 27 may - Sputnik. Bu gün ölkəmiz bir çox nüfuzlu və beynəlxalq təşkilatlarda təmsil olunur, hətta onlara rəhbərlik edir və ya hansısa təşkilatların fəaliyyəti ilə yaxından tanış olmaq, üzvləri ilə qarşılıqlı siyasi və iqtisadi əlaqələrin olması səbəbi ilə tədbirlərində müşahidəçi və qonaq qismində iştirak edir. Belə beynəlxalq təşkilatlardan biri də Avrasiya İqtisadi Birliyidir. Bu Birlik özündə Rusiya Federasiyasını, Mərkəzi Asiya ölkələrini, Belarusu və Ermənistanı birləşdirən iqtisadi siyasi təşkilatdır. Şübhəsiz ki, Azərbaycanın Ermənistan istisna olmaqla, bu təşkilata üzv ölkələrlə istər siyasi, istərsə də iqtisadi əlaqələrinin mövcudluğu təşkilatın ölkəmizlə əməkdaşlıqda maraqlı olmasının göstəricisidir. Məhz bu səbəbdən Prezident İlham Əliyevin təşkilatın Moskvada keçirilən növbəti toplantısına qonaq qismində dəvət edilməsi bu əlaqələrin inkişafı və Azərbaycanın təşkilata üzv ölkələrlə əməkdaşlığının artırılması istiqamətində müzakirələrin və danışıqların aparılması üçün yeni imkanlar yaradır.Bu fikirləri Azərtac-a açıqlamasında siyasi şərhçi Anar Sarıyev söyləyib.O qeyd edib ki, Ermənistanın 30 ilik işğalçılıq siyasəti və Azərbaycanın uğurlu beynəlxalq diplomatiyası nəticəsində düşmən ölkə regionda və bütün beynəlxalq platformalarda iqtisadi uğursuzluğa düçar olub. 2020-ci ildə ərazi bütövlüyümüzü bərpa edərək layiqli Qələbə qazandıq. Məğlub olmasına rəğmən erməni tərəfinə sülh təklif etdik. Onlar bu sülhdən yararlanmalı, itirməkdə olduqları dövlətçiliklərini xilas etmək və iqtisadi tənəzzülün qarşısını almaq üçün yeganə çıxış yolu olan sülh çağırışına əməl etməlidirlər. Bunu onlar və onların nüfuzlu havadarları da yaxşı bilirlər.Onun sözlərinə görə, beynəlxalq yükdaşımalarında Azərbaycanın coğrafi mövqeyi və illər ərzində ölkəmizdə yaradılan infrastruktur imkanları ölkəmizi bu sahədə daha cəlbedici və əvəzedilməz partnyora çevirir. Uzaq şərqdən başlayaraq beynəlxalq ticarət yollarının ayrılmaz tərkib hissəsi kimi, Azərbaycanın mövcud imkanları olmadan bu nəqliyyat dəhlizlərini təsəvvür etmək mümkün deyil. İstər Xəzər dənizdə yaradılan limanlar və yükdaşımaları üçün formalaşdırılan logistika şəraiti, xüsusilə yükdaşıma gəmilərinin imkanları, həmçinin hava nəqliyyatında mövcud infrastruktur və hava filoteiası bunların əyani sübutudur. Azərbaycan hazırda regionda ən böyük hava yükdaşıma imkanlarına malik ölkədir. İl ərzində 500 min ton yükdaşıma qabiliyyətindədir:“Dövlətimizin başçısı Avrasiya İqtisadi Birliyində çıxışı zamanı Azərbaycanın istər enerji imkanları, istərsə də tranzit və logistika imkanları barədə bildirdiyi fikirlər çox önəmli idi. Ölkəmizin “Şimal–Cənub” və “Şərq-Qərb” nəqliyyat dəhlizlərinin imkanları vasitəsilə regionun logistika mərkəzinə çevrilməsi təkcə Azərbaycan üçün deyil, region və ona qonşu olan ölkələr üçün də yeni imkanlar və iqtisadi tərəqqi yaradır. Bütün bunlar ölkəmizdə davamlı inkişafın və dayanıqlı iqtisadiyyatın göstəricisidir. Ölkəmizin iqtisadi göstəriciləri onu deməyə əsas verir ki, biz iqtisadiyyatın şaxələndirilməsinə və inkişafına nail olmuşuq. Qeyri-neft sektorunun payının hər il müsbət dinamika ilə artması onu deməyə əsas verir ki, ölkə iqtisadiyyatının neftdən asılılığı azalır və biz bunlara xarici tərəflərin iştirakı olmadan nail olmuşuq".Politoloq onu da deyib ki, Azərbaycanın güclü iqtisadiyyatı onun vətəndaşlarının sosial-iqtisadi şəraitinin yaxşılaşdırılmasına, işğaldan azad edilmiş ərazilərin bərpa edilməsinə və həmin ərazilərdə yeni iqtisadi investisiya proqramlarının həyata keçirilməsinə imkanlar yaradır.Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
azərbaycan
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2023
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e7/05/19/455259094_67:0:1134:800_1920x0_80_0_0_b3074971b0691d37897cfa74c6830238.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
prezident ilham əliyev, avrasiya iqtisadi ittifaqı, azərbaycan
prezident ilham əliyev, avrasiya iqtisadi ittifaqı, azərbaycan
Prezidentin AİB-in iclasında iştirakı üzv ölkələrlə əməkdaşlıqda yeni imkanlar yaradır
Politoloqun qənaətinə görə, Azərbaycanın mövcud imkanları olmadan Uzaq Şərqdən başlayaraq beynəlxalq ticarət yollarını təsəvvür etmək mümkün deyil.
BAKI, 27 may - Sputnik. Bu gün ölkəmiz bir çox nüfuzlu və beynəlxalq təşkilatlarda təmsil olunur, hətta onlara rəhbərlik edir və ya hansısa təşkilatların fəaliyyəti ilə yaxından tanış olmaq, üzvləri ilə qarşılıqlı siyasi və iqtisadi əlaqələrin olması səbəbi ilə tədbirlərində müşahidəçi və qonaq qismində iştirak edir. Belə beynəlxalq təşkilatlardan biri də Avrasiya İqtisadi Birliyidir. Bu Birlik özündə Rusiya Federasiyasını, Mərkəzi Asiya ölkələrini, Belarusu və Ermənistanı birləşdirən iqtisadi siyasi təşkilatdır. Şübhəsiz ki, Azərbaycanın Ermənistan istisna olmaqla, bu təşkilata üzv ölkələrlə istər siyasi, istərsə də iqtisadi əlaqələrinin mövcudluğu təşkilatın ölkəmizlə əməkdaşlıqda maraqlı olmasının göstəricisidir. Məhz bu səbəbdən Prezident İlham Əliyevin təşkilatın Moskvada keçirilən növbəti toplantısına qonaq qismində dəvət edilməsi bu əlaqələrin inkişafı və Azərbaycanın təşkilata üzv ölkələrlə əməkdaşlığının artırılması istiqamətində müzakirələrin və danışıqların aparılması üçün yeni imkanlar yaradır.
Bu fikirləri Azərtac-a açıqlamasında siyasi şərhçi Anar Sarıyev söyləyib.
O qeyd edib ki, Ermənistanın 30 ilik işğalçılıq siyasəti və Azərbaycanın uğurlu beynəlxalq diplomatiyası nəticəsində düşmən ölkə regionda və bütün beynəlxalq platformalarda iqtisadi uğursuzluğa düçar olub. 2020-ci ildə ərazi bütövlüyümüzü bərpa edərək layiqli Qələbə qazandıq. Məğlub olmasına rəğmən erməni tərəfinə sülh təklif etdik. Onlar bu sülhdən yararlanmalı, itirməkdə olduqları dövlətçiliklərini xilas etmək və iqtisadi tənəzzülün qarşısını almaq üçün yeganə çıxış yolu olan sülh çağırışına əməl etməlidirlər. Bunu onlar və onların nüfuzlu havadarları da yaxşı bilirlər.
“Dünyada gedən son geosiyasi transformasiyalar nəticəsində müxtəlif güc mərkəzləri xüsusilə enerji təhlükəsizliyi və yeni, daha təhlükəsiz ticarət marşrutlarına xüsusi önəm verirlər. Həmin ticarət marşrutlarının mövcudluğu və logistika imkanları Azərbaycanı həmin mərkəzlər üçün dayanıqlı və davamlı partnyora çevirir. Ölkəmiz son illərdə xüsusilə Avropanın enerji təhlükəsizliyi konsepsiyasında önəmli partnyorlardan birinə çevrilib. İstər TAP, istərsə də Bakı-Tbilisi-Ceyhan və digər boru xətləri, yaradılan yeni enerji dəhlizləri ölkəmizin partnyorlarına təqdim etdiyi imkanlardır. Bu səbəbdəndir ki, keçən il Azərbaycan və Avropa İttifaqı arasında enerji sahəsində Strateji Tərəfdaşlıq Memorandumu imzalanmış və ötən il ölkəmiz Avropa İttifaqına 17 milyard kubmetr qaz ixrac etmişdir. Artıq bu il həmin göstəricinin 20 milyard kubmetrə çatacağı gözlənilir. Əlbəttə bu, əldə olunmuş böyük nailiyyətdir, həmdə ölkəmizin beynəlxalq aləmdə olan nüfuzunun bariz göstəricisidir”, - deyə siyasi şərhçi vurğulayıb.
Onun sözlərinə görə, beynəlxalq yükdaşımalarında Azərbaycanın coğrafi mövqeyi və illər ərzində ölkəmizdə yaradılan infrastruktur imkanları ölkəmizi bu sahədə daha cəlbedici və əvəzedilməz partnyora çevirir. Uzaq şərqdən başlayaraq beynəlxalq ticarət yollarının ayrılmaz tərkib hissəsi kimi, Azərbaycanın mövcud imkanları olmadan bu nəqliyyat dəhlizlərini təsəvvür etmək mümkün deyil. İstər Xəzər dənizdə yaradılan limanlar və yükdaşımaları üçün formalaşdırılan logistika şəraiti, xüsusilə yükdaşıma gəmilərinin imkanları, həmçinin hava nəqliyyatında mövcud infrastruktur və hava filoteiası bunların əyani sübutudur. Azərbaycan hazırda regionda ən böyük hava yükdaşıma imkanlarına malik ölkədir. İl ərzində 500 min ton yükdaşıma qabiliyyətindədir:
“Dövlətimizin başçısı Avrasiya İqtisadi Birliyində çıxışı zamanı Azərbaycanın istər enerji imkanları, istərsə də tranzit və logistika imkanları barədə bildirdiyi fikirlər çox önəmli idi. Ölkəmizin “Şimal–Cənub” və “Şərq-Qərb” nəqliyyat dəhlizlərinin imkanları vasitəsilə regionun logistika mərkəzinə çevrilməsi təkcə Azərbaycan üçün deyil, region və ona qonşu olan ölkələr üçün də yeni imkanlar və iqtisadi tərəqqi yaradır. Bütün bunlar ölkəmizdə davamlı inkişafın və dayanıqlı iqtisadiyyatın göstəricisidir. Ölkəmizin iqtisadi göstəriciləri onu deməyə əsas verir ki, biz iqtisadiyyatın şaxələndirilməsinə və inkişafına nail olmuşuq. Qeyri-neft sektorunun payının hər il müsbət dinamika ilə artması onu deməyə əsas verir ki, ölkə iqtisadiyyatının neftdən asılılığı azalır və biz bunlara xarici tərəflərin iştirakı olmadan nail olmuşuq".
Politoloq onu da deyib ki, Azərbaycanın güclü iqtisadiyyatı onun vətəndaşlarının sosial-iqtisadi şəraitinin yaxşılaşdırılmasına, işğaldan azad edilmiş ərazilərin bərpa edilməsinə və həmin ərazilərdə yeni iqtisadi investisiya proqramlarının həyata keçirilməsinə imkanlar yaradır.
"Bütün bu iqtisadi göstəricilər özü-özlüyündə yeni iqtisadi reallıqdır, yeni imkan və fürsətlərdir”, - deyə Anar Sarıyev vurğulayıb.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.