https://sputnik.az/20230527/milli-meclisin-novbedenkenar-sessiyasi-kecirilecek-455315568.html
Milli Məclisin növbədənkənar sessiyası keçiriləcək
Milli Məclisin növbədənkənar sessiyası keçiriləcək
Sputnik Azərbaycan
Milli Məclisin Daxili Nizamnaməsinə əsasən, spiker 42 deputatın tələbi əsasında parlamentin növbədənkənar sessiyasını çağırır. 27.05.2023, Sputnik Azərbaycan
2023-05-27T21:44+0400
2023-05-27T21:44+0400
2023-05-27T21:44+0400
milli məclis
siyasət
növbədənkənar iclas
deputat
https://cdnn1.img.sputnik.az/img/40373/62/403736279_0:94:1800:1107_1920x0_80_0_0_9d515802b568d4ae5c3595bcfa088764.jpg
BAKI, 27 may-Sputnik. Milli Məclisin növbədənkənar sessiyası keçiriləcək. Sputnik Azərbaycan xəbər verir ki, Milli Məclisin Daxili Nizamnaməsinə əsasən, spiker 42 deputatın tələbi əsasında parlamentin növbədənkənar sessiyasını çağırır. Artıq deputatlar müvafiq qaydada müraciət ediblər. Qeyd edək ki, Milli Məclis hər il yaz və payız sessiyalarına yığılır. Yaz sessiyası fevralın 1-də başlayır və mayın 31-dək davam edir. Fevralın 1-i istirahət, səsvermə, iş günü hesab edilməyən bayram gününə düşərsə, sessiya həmin gündən sonra gələn birinci iş günü öz işinə başlayır. Milli Məclisin Daxili Nizamnaməsinə əsasən, tətil dövründə qanunverici orqanın növbədənkənar sessiyası çağırıldıqda parlamentin tətili növbədənkənar sessiyanın keçirildiyi müddətə dayandırılır və deputatlar həmin müddətə məzuniyyətdən geri çağırılırlar. Mayın 31-də Milli Məclisin yaz sessiyası çərçivəsində son iclası keçiriləcək və gündəliyə 14 məsələ daxil edilib. Xatırladaq ki, keçən il iyunun 17-də Milli Məclisin növbədənkənar sessiyasının ilk iclası keçirilib və qanun layihələri müzakirəyə çıxarılıb.Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2023
Xalid Məmmədov
https://cdnn1.img.sputnik.az/img/07e5/06/10/427232791_167:-1:1127:960_100x100_80_0_0_3163a67afe6eda2fe28ebb5d0ec95939.jpg
Xalid Məmmədov
https://cdnn1.img.sputnik.az/img/07e5/06/10/427232791_167:-1:1127:960_100x100_80_0_0_3163a67afe6eda2fe28ebb5d0ec95939.jpg
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/40373/62/403736279_100:0:1700:1200_1920x0_80_0_0_24b630132639f675c43e32d3348517df.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
Xalid Məmmədov
https://cdnn1.img.sputnik.az/img/07e5/06/10/427232791_167:-1:1127:960_100x100_80_0_0_3163a67afe6eda2fe28ebb5d0ec95939.jpg
milli məclis, növbədənkənar iclas, deputat
milli məclis, növbədənkənar iclas, deputat
Milli Məclisin növbədənkənar sessiyası keçiriləcək
Milli Məclisin Daxili Nizamnaməsinə əsasən, spiker 42 deputatın tələbi əsasında parlamentin növbədənkənar sessiyasını çağırır.
BAKI, 27 may-Sputnik. Milli Məclisin növbədənkənar sessiyası keçiriləcək. Sputnik Azərbaycan xəbər verir ki, Milli Məclisin Daxili Nizamnaməsinə əsasən, spiker 42 deputatın tələbi əsasında parlamentin növbədənkənar sessiyasını çağırır.
Artıq deputatlar müvafiq qaydada müraciət ediblər.
Qeyd edək ki, Milli Məclis hər il yaz və payız sessiyalarına yığılır. Yaz sessiyası fevralın 1-də başlayır və mayın 31-dək davam edir. Fevralın 1-i istirahət, səsvermə, iş günü hesab edilməyən bayram gününə düşərsə, sessiya həmin gündən sonra gələn birinci iş günü öz işinə başlayır.
Milli Məclisin Daxili Nizamnaməsinə əsasən, tətil dövründə qanunverici orqanın növbədənkənar sessiyası çağırıldıqda parlamentin tətili növbədənkənar sessiyanın keçirildiyi müddətə dayandırılır və deputatlar həmin müddətə məzuniyyətdən geri çağırılırlar.
Mayın 31-də Milli Məclisin yaz sessiyası çərçivəsində son iclası keçiriləcək və gündəliyə 14 məsələ daxil edilib.
Xatırladaq ki, keçən il iyunun 17-də Milli Məclisin növbədənkənar sessiyasının ilk iclası keçirilib və qanun layihələri müzakirəyə çıxarılıb.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.