CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

"Starlink" Azərbaycana nə vəd edir?

© AFP 2024 / YASUYOSHI CHIBA Starlink peyk şəbəkəsinin antenası
 Starlink peyk şəbəkəsinin antenası - Sputnik Azərbaycan, 1920, 27.05.2023
Abunə olmaq
"Starlink" Azərbaycanı peyk üzərindən daha sürətli şəbəkə ilə təmin edəcək.
BAKI, 12 may — Sputnik. Ötən ilin noyabrın 1-də ABŞ-ın “Space X” şirkətinə məxsus “Starlink" peyk şəbəkə provayderinin törəməsi olan - “Starlink Azerbaijan” MMC ölkəmizdə qeydiyyatdan keçib. Bununla bağlı "Azərkosmos" ilə şirkət arasında müqavilə imzalanıb.
"Starlink" nədir və bunun ölkəmiz üçün əsas üstünlükləri nədir?
Öncə qısaca da olsa "Starlink" və onun Azərbaycan üçün əhəmiyyəti haqda:
“Space X” şirkətinin 2015-ci ildə yaratdığı “Starlink” peyk şəbəkəsi ilə yer kürəsinin hər bir nöqtəsini internetlə təmin etməyi hədəfləyir. Şirkət 2018-ci ildən orbitə peyklər buraxır. Belə ki, adıçəkilən şirkət indiyədək 4000-dən çox peyki orbitə yola salıb.
“SpaceX”ın prezidenti və əməliyyatlar üzrə baş direktoru Qvin Şotvel Azərbaycana səfəri çərçivəsində bildirib ki, “Starlink” peyk şəbəkəsi Azərbaycanda korporativ sektorda və dənizdə dəstəklənəcək.
Lakin “Starlink” peyk şəbəkə xidmətləri dənizdən başqa, quruda, dəmir yollarında və digər nəqliyyat xətlərində, ucqar ərazilərdəki iş və məlumat mərkəzlərində, bir sözlə, kifayət qədər internet əhatəsi olmayan ərazilərdəki istifadəçilər tərəfindən də istifadə oluna bilər.
Süni intellekt nə deyir?
Bu gün dünyanın bütün data məlumatlarını özündə cəmləyən süni intellekt - "Chat GPT4" sorğumuza cavab olaraq bildirib ki, 53 ölkədə 1 milyon 500-dən çox istifadəçiyə xidmət göstərən "Starlink" bunun üçün ən yaxın Yer orbitindən istifadə edir və müştərilərini daha keyfiyyətli, sürətli şəbəkə ilə təmin edir.
© Sputnik / Юрий Абрамочкин / Mediabanka keçidPeyk anteni, arxiv şəkli
Спутниковая антенна в Крыму - Sputnik Azərbaycan, 1920, 27.05.2023
Peyk anteni, arxiv şəkli
Xidmət haqları nə qədər olacaq?
"Caht GPT4" toplanan rəsmi məlumatlara əsasən bildirir ki, xidmət haqları ölkələrə görə dəyişir:

"Məsələn, ABŞ kimi ölkələrdə əhali qrupu üçün aylıq abunə haqqı 99 dollardan başlayır. Qeyri-əhali qrupu üçün isə bu məğləğ dəfələrlə yüksəkdir".

Azərbaycanda bir sıra sahələrdə "Starlink" xüsusi ilə faydalı olacaq
İKT üzrə ekspert Elvin Abbasov Sputnik Azərbaycan-a açıqlamasında bildirib ki, ölkəmizdə, xüsusən də dövlət sektoruna aid müxtəlif əlçatmaz ərazilərdə bu şəbəkədən istifadə etmək mümkün olacaq:
"Dövlət sektoruna aid bəzi ərazilər var ki, onlar kənd-kəsəkdən uzaqdır. Dağın ortasında, yaxud da hansısa bir ərazidə müəyyən bir fəaliyyətin avtomatlaşdırılması üçün fiberoptik xəttin çəkilməsi çox böyük investisiya tələb edir. Təbii ki, belə olan halda "Starlink"dən faydalanmaq daha məntiqlidir. Bu həm də xərclərin azalması deməkdir.

"Bu tip peyk xidmətləri bir çox dövlət qurumlarında, hərbi hissələrdə daha geniş istifadə oluna bilər. Bundan başqa, hərbi hissələrin bir-biri ilə əlaqələndirilməsində, hərbi hissə avadanlıqlarının avtomatlaşdırmasında "Starlink" böyük rol oynayacaq. Nəticə etibarılə beşinci nəsil silahlar bir-biri ilə əlaqə yaratmış olacaq", - deyə ekspert əlavə edib.

E.Abbasov qeyd edir ki, xüsusən də rəqəmsal tərəqqilərin baş verdiyi özəl sektorlarda avtomatlaşmanın bu peyk şəbəkəsi vasitəsilə reallaşdırıılması səmərəlidir.
Bəs, əhaliyə xidmət göstərən sahələrdə necə, "Starlink"dən istifadə mümkündürmü?
Ekspert qeyd edir ki, nəqliyyat sektorunda "Starlink"ə keçid olarsa, qatarda, ümumilikdə yol nəqliyyatında şəbəkə xidməti daha əlçatan olacaq:
"Dövlət qurumları bu işdə maraqlı olsalar, birbaşa müqavilə ilə "Starlink" peyk şəbəkə xidmətini əldə edəcəklər. Düşünürəm ki, bu proses tədricən reallaşacaq".
Ekspertin qənaətinə görə, qurumlar öz hesablamalarını nəzərdən keçirsələr, büdcələrini analiz etsələr, bu xidmətin onlar üçün daha da səmərəli olduğunu düşünsələr və bu halda "Starlink" peyk şəbəkə ximdətinə keçid edərlər.
© AFP 2024 / OLIVIER DOULIERYSosial şəbəkələrin loqoları, arxiv şəkli
Логотипы приложений для социальных сетей на смартфоне, фото из архива - Sputnik Azərbaycan, 1920, 27.05.2023
Sosial şəbəkələrin loqoları, arxiv şəkli
İKT ekspertinin proqnozuna görə, əhaliyə xidmət edən qurumlar arasında ilk olaraq daha böyük büdcəsi olan "Azərbaycan Dəmiryolları" Qapalı Səhmdar Cəmiyyəti bu peyk xidmətindən yararlanacaq:
"Yəni, təkcə sərnişinlər üçün deyil, həmçinin qurum özü üçün də əlçatanlığı artıracaq. Qatarların cari vəziyyətinin öyrənilməsi, xətalarla bağlı məlumatların avtomatik, digər məlumatların isə avtomatlaşdırılaraq, emal olunaraq ötürülməsi üçün də "Starlink"dən istifadə mümkündür. Bununla həm avtomatlaşmanı, həm də xidmətin həcmini artırmaq mümkün olacaq. Nəticə etibarilə xidmətlərin yüksəldilməsi müştərilərin say artımına müsbət təsir edəcək".
"Hətta hava nəqliyyatında da "Starlink" şəbəkə xidmətindən istifadə etmək olar", - deyə o vurğulayıb.
Ekspert qeyd edir ki, əhaliyə xidmət göstərən qurumlar "Stralink" peyk şəbəkəsindən istifadədə çox maraqlı olacaqlar.
Bəs bu, həmin xidmət sahələrində qiymət artımına səbəb olacaqmı?
Ekspert belə hesab edir ki, bu amil qiymət artımına səbəb olmayacaq:

"Adi bir misal çəkim... Baxın, bu gün dövlət qurumları milyonlarla vəsait xərcləyib rəqəmsallaşmaya keçsələr də, xidmət haqqını qaldırmırlar. Sadəcə olaraq öz xidmətlərini yaxşılaşdırırlar. Öz xidmətinin yaxşılaşdırmaq dövlətin hər bir qurumunun borcudur, bunun vətəndaşın cibinə girməklə əlaqəsi yoxdur".

Bəs, "Starlink" yerli provayderlərin bazasını çökdürəcəkmi?
E.Abbasov bildirir ki, "Starlink" provayderlərin bazarının çökməsinə səbəb ola bilməz, çünki hər ikisinin ayrıca müştəri kateqoriyası olacaq:
"Nəqliyyat və digər xidmət sahələrindən başqa, gəmidə, açıq sahələrin ortasında, aqroparklarda, hərbi hissələrdə, melorasiya və su təsərrüfatına aid sahələrdə bu bahalı və yüksək keyfiyyətli xidmətə ehtiyac olacaq".

"Yəni evdə, ofisdə fiberotpikdən istifadə edən bir müştəri bundan qat-qat baha olan "Starlink"ə maraq göstərməyəcək. Bu absurddur. Bu xidmətin öz alıcıları, müştəriləri olacaq", - deyə o əlavə edib.

CC0 / Dlohner / ServerServer
Сервер - Sputnik Azərbaycan, 1920, 27.05.2023
Server
Əsas məsələ - avadanlıq və xidmət qiymətləri nə qədərdir?
Ekspert qeyd edir ki, qiymətlər xidmətə görə fərqlidir:
"Xüsusən də biznes sahəsində aylıq və illik abuna haqları, avadanlıqların qiyməti daha yüksəkdir. Məsələn, ev üçün "Starlink" üqəbuledici qurğusunun qiyməti 599 dollardan başlayır. Dəniz və sayahət üçün istifadə olunanbu qəbildən avadanlıqların qiyməti isə 2 min 500 dollardan başlayır".

"Xidmətlərə gəldikdə, ev üçün ən aşağı aylıq abunə haqqı 99 dollardan başlayır. Biznes sahəsində isə aylıq abunə haqları daha yüksəkdir", - deyə o əlavə edib

Adıçəkilən xidmətin əsas üstünlüyü isə şəbəkə xidmətinin yüksək sürətdə olmasıdır:
"Ən aşağı sürət 25 mb-dir. Ev üçün şəbəkənin sürəti 220 mb-dən başlayır, biznes sektorları üçün bu rəqəm daha yüksəkdir".
Qeyd edək ki, "Starlink"ə keçid könüllü şəkildə olacaq.
Yerli provayderlər bu yenilikdən xəbərdardırmı?
Bir neçə yerli provayderlə əlaqə saxlasaq da, onlar hələ ki "Starlink"in Azərbaycanda planları və fəaliyyəti barədə məlumatlı olmadıqlarını bildiriblər.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Xəbər lenti
0