Купюра номиналом в 200 AZN, фото из архива - Sputnik Azərbaycan, 1920
İQTİSADİYYAT
Sosial-iqtisadi gündəmə, maliyyə, biznes sahəsinə dair materiallar

"Çörək bol olarsa, basılmaz Vətən" - mövsümün ilk taxıl biçini başlandı

© Sputnik / Vitaliy Timkiv / Mediabanka keçidTaxıl biçini, arxiv şəkli
Taxıl biçini, arxiv şəkli - Sputnik Azərbaycan, 1920, 27.05.2023
Abunə olmaq
Mütəxəssislər ilkin məhsuldarlıq göstəricilərinin yaxşı olduğu qənaətindədirlər.
BAKI, 27 may - Sputnik. Respublika üzrə ilk taxıl biçininə Neftçala rayonundan start verilib. Azərtac xəbər verir ki, mövsümün ilk taxıl biçininə ötən gündən etibarən rayonun Xəzərkənd kəndindən başlanılıb.
Fermerlər ilk gün olmağına baxmayaraq, ilkin məhsuldarlıq göstəricilərinin yaxşı olduğunu bildiriblər.
Qeyd edək ki, Azərbaycanda 2022/2023-cü təsərrüfat ilində 1 milyon 44 min 660 hektar sahədə payızlıq taxıl əkini aparılıb. Dən üçün payızlıq əkinlərin sahəsi 2021/2022-ci təsərrüfat ili ilə müqayisədə 2,8 faiz çoxdur. Buğda əkinlərinin sahəsi isə 7,8 faiz artıb.
Payızlıq taxıl əkinlərinin 649,2 min hektarını buğda, 395,3 min hektarını arpa əkinləri, 160 hektarını çovdar əkinləri təşki edir. Bundan əlavə, ölkədə 14 min hektar sahədə xəsil və yaşıl yem üçün əkin aparılıb.
Azərbaycanın 60-dan artıq rayonunda taxıl əkilib. Payızlıq taxıl əkinləri ölkənin əkin balansının 60 faizə yaxınını təşkil edir.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Xəbər lenti
0