https://sputnik.az/20230527/cinin-33-teyyare-ve-10-gemisi-tayvana-yaxinlasib-455325101.html
Çinin 33 təyyarə və 10 gəmisi Tayvana yaxınlaşıb
Çinin 33 təyyarə və 10 gəmisi Tayvana yaxınlaşıb
Sputnik Azərbaycan
Qeyd olunur ki, 12 təyyarə adanın cənub-qərb və cənub-şərqdəki hava hücumundan müdafiə identifikasiya zonasına daxil olub. 27.05.2023, Sputnik Azərbaycan
2023-05-27T15:21+0400
2023-05-27T15:21+0400
2023-05-27T15:21+0400
dünya xəbərləri
tayvan
çin
təyyarə
gəmi
https://cdnn1.img.sputnik.az/img/41686/91/416869150_0:62:1001:625_1920x0_80_0_0_6548fa446e6cfa9c3d2288030c662f83.jpg
BAKI, 27 may - Sputnik. Tayvan silahlı qüvvələri son sutkada adaya yaxınlaşan Çin ordusunun 33 təyyarə və 10 gəmisini qeydə alıb. Bu barədə Tayvan Müdafiə Nazirliyi açıqlama yayıb. Qeyd olunur ki, 12 təyyarə adanın cənub-qərb və cənub-şərqdəki hava hücumundan müdafiə identifikasiya zonasına daxil olub. Xatırladaq ki, Çin hakimiyyəti Vaşinqtonun Tayvan siyasətini qəbuledilməz hesab edir və Birləşmiş Ştatları bu məsələdə qırmızı xətti keçməməyə çağırır. Bu barədə ÇXR xarici işlər naziri Tsin Qan ABŞ-ın Çindəki səfiri Nikolas Bernslə may ayında keçirilən görüşündə deyib. Onun sözlərinə görə, Pekin bir tərəfdən dialoqun dəstəkləndiyi, digər tərəfdən isə Çinə qarşı təzyiqin göstərildiyi siyasətlə barışmaq niyyətində deyil. “Vaşinqton “vahid Çin” prinsipinə hörmət etməli, Tayvanın müstəqilliyini tələb edən separatçı elementləri dəstəkləməməli və onlara yardım etməməlidir”, - deyə nazir əlavə edib. Çində vətəndaş müharibəsində məğlub olan Çan Kayşinin rəhbərlik etdiyi Qomindan ordusunun sığındığı Tayvan 1949-cu ildən müstəqil administrasiya tərəfindən idarə olunur. O vaxtdan bəri ada kommunist hakimiyyətindən öncəki Çin Respublikasının bayrağını və bəzi atributlarını qoruyur. Rəsmi Pekin isə hesab edir ki, Tayvan ÇXR-in əyalətlərindən biridir.Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
tayvan
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2023
Xalid Məmmədov
https://cdnn1.img.sputnik.az/img/07e5/06/10/427232791_167:-1:1127:960_100x100_80_0_0_3163a67afe6eda2fe28ebb5d0ec95939.jpg
Xalid Məmmədov
https://cdnn1.img.sputnik.az/img/07e5/06/10/427232791_167:-1:1127:960_100x100_80_0_0_3163a67afe6eda2fe28ebb5d0ec95939.jpg
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/41686/91/416869150_43:0:920:658_1920x0_80_0_0_44604b40c0acc63c8ac97ea47c31edbe.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
Xalid Məmmədov
https://cdnn1.img.sputnik.az/img/07e5/06/10/427232791_167:-1:1127:960_100x100_80_0_0_3163a67afe6eda2fe28ebb5d0ec95939.jpg
tayvan, çin, təyyarə, gəmi
tayvan, çin, təyyarə, gəmi
Çinin 33 təyyarə və 10 gəmisi Tayvana yaxınlaşıb
Qeyd olunur ki, 12 təyyarə adanın cənub-qərb və cənub-şərqdəki hava hücumundan müdafiə identifikasiya zonasına daxil olub.
BAKI, 27 may - Sputnik. Tayvan silahlı qüvvələri son sutkada adaya yaxınlaşan Çin ordusunun 33 təyyarə və 10 gəmisini qeydə alıb.
Bu barədə Tayvan Müdafiə Nazirliyi açıqlama yayıb.
Qeyd olunur ki, 12 təyyarə adanın cənub-qərb və cənub-şərqdəki hava hücumundan müdafiə identifikasiya zonasına daxil olub.
Xatırladaq ki, Çin hakimiyyəti Vaşinqtonun Tayvan siyasətini qəbuledilməz hesab edir və Birləşmiş Ştatları bu məsələdə qırmızı xətti keçməməyə çağırır.
Bu barədə ÇXR xarici işlər naziri Tsin Qan ABŞ-ın Çindəki səfiri Nikolas Bernslə may ayında keçirilən görüşündə deyib.
“ABŞ Çinlə münasibətlərdə qırmızı xətti nəzərə almalı, ölkəmizin suverenliyi, təhlükəsizliyi və inkişaf maraqlarına hörmət etməlidir. Burada ilk növbədə Tayvan problemindən söhbət gedir”, - deyə Tsin Qan bildirib.
Onun sözlərinə görə, Pekin bir tərəfdən dialoqun dəstəkləndiyi, digər tərəfdən isə Çinə qarşı təzyiqin göstərildiyi siyasətlə barışmaq niyyətində deyil. “Vaşinqton “vahid Çin” prinsipinə hörmət etməli, Tayvanın müstəqilliyini tələb edən separatçı elementləri dəstəkləməməli və onlara yardım etməməlidir”, - deyə nazir əlavə edib.
Çində vətəndaş müharibəsində məğlub olan Çan Kayşinin rəhbərlik etdiyi Qomindan ordusunun sığındığı Tayvan 1949-cu ildən müstəqil administrasiya tərəfindən idarə olunur. O vaxtdan bəri ada kommunist hakimiyyətindən öncəki Çin Respublikasının bayrağını və bəzi atributlarını qoruyur. Rəsmi Pekin isə hesab edir ki, Tayvan ÇXR-in əyalətlərindən biridir.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.