CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Bayram günlərində Milli parklarda hava necə olacaq - Proqnoz

© AR Ministry of Ecology and Natural ResourcesGöygöl Milli Parkı, arxiv şəkli
Göygöl Milli Parkı, arxiv şəkli - Sputnik Azərbaycan, 1920, 27.05.2023
Abunə olmaq
Göygöl Milli Parkında fasilələrlə yağış yağacağı, şimşək çaxacağı, dolu düşəcəyi ehtimalı var. Bəs qalan parklarda? Bu barədə materialımızda oxuyun.
BAKI, 27 may - Sputnik. İstirahət və bayram günlərində - mayın 27-29-da milli parklarda gözlənilən hava şəraiti açıqlanıb.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə, Samur–Yalama Milli Parkında istirahət günlərində hava əsasən yağmursuz keçsə də, gündüz saatlarında qısamüddətli yağış yağacağı gözlənilir. Gecə və səhər duman olacaq. Şərq küləyi əsəcək. Havanın temperaturu gecə 10-15°, gündüz 20-25° isti təşkil edəcək.
Altıağac Milli Parkında havanın əsasən yağmursuz keçəcəyi, lakin gündüz saatlarında arabir yağış yağacağı gözlənilir. Gecə və səhər duman olacaq, Şərq küləyi əsəcək. Havanın temperaturunun gecə 13-17°, gündüz 22-26° isti olacağı proqnozlaşdırılır.
Ağgöl Milli Parkında havanın sabit, mülayim, əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin mayın 28-i gecəyə doğru bəzi yerlərdə arabir yağış yağacağı ehtimalı var. Gecə və səhər duman olacaq, Şərq küləyi əsəcək. Havanın temperaturunun gecə 14-19°, gündüz 27-32° isti olacağı ehtimal edilir.
Qızılağac Milli Parkında hava şəraitinin sabit, əsasən yağmursuz keçəcəyi gözlənilir. Gecə və səhər duman olacaq. Şərq küləyi əsəcək. Havanın temperaturu gecə 16-19°, gündüz 25-30° isti olacaq.
© Photo : AZƏRTACQızılağac Milli Parkı, arxiv şəkli
Heydər Əliyev Fondunun vitse-prezidenti Qızılağac Milli Parkına səfər edib - Sputnik Azərbaycan, 1920, 27.05.2023
Qızılağac Milli Parkı, arxiv şəkli
Göygöl Milli Parkında fasilələrlə yağış yağacağı gözlənilir. Şimşək çaxacağı, dolu düşəcəyi ehtimalı var. Gecə və səhər duman olacaq, Şərq küləyi əsəcək. Havanın temperaturu gecə 10-12°, gündüz 19-22° isti olacaq.
Şirvan Milli Parkında havanın sabit, mülayim, əsasən yağmursuz keçəcəyi gözlənilir. Gecə və səhər duman olacaq. Şərq küləyi əsəcək. Havanın temperaturu gecə 14-19°, gündüz 27-32° isti təşkil edəcək.
© Sputnik / Irade JELILHirkan Milli Parkı
Hirkan Milli Parkı - Sputnik Azərbaycan, 1920, 27.05.2023
Hirkan Milli Parkı
Hirkan Milli Parkında hava şəraiti əsasən yağmursuz keçəcək. Lakin gündüz saatlarında arabir yağış yağacağı gözlənilir. Gecə və səhər duman olacaq. Şərq küləyi əsəcək. Havanın temperaturunun gecə 16-19°, gündüz 25-30° isti olacağı proqnozlaşdırılır.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Xəbər lenti
0