Dövlət Bayrağı meydanı - Sputnik Azərbaycan, 1920
AZƏRBAYCAN XƏBƏRLƏRİ
Azərbaycana dair ən son xəbərlər və aktual məqalələr

Azərbaycan üçün Rusiya ilə tərəfdaşlığın aydın perspektivi var - Polad Bülbüloğlu

© Sputnik / Murad OrujovPolad Bülbüloğlu, arxiv şəkli
Polad Bülbüloğlu, arxiv şəkli - Sputnik Azərbaycan, 1920, 27.05.2023
Abunə olmaq
Rusiya xarici işlər nazirinin müavini Mixail Qaluzin Azərbaycanın iqtisadi və sosial sahədə böyük uğurlar əldə etdiyini və beynəlxalq gündəmdə bir çox mühüm məsələlərin həllində fəal rol oynadığını dilə gətirib.
BAKI, 27 may - Sputnik. “Ermənistan sülh istəmir və dövlətlərarası münasibətlərin normallaşması prosesini süni surətdə ləngidir”. APA xəbər verir ki, bunu Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlu 28 May-Müstəqillik Günü münaisbəti ilə keçirilən qəbulda çıxışında bildirib.
Səfir qeyd edib ki, regiondakı hazırkı vəziyyət, Ermənistanın siyasi rəhbərliyinin ritorika və narrativləri qonşularımız sülh istəmədiyinə və dövlətlərarası münasibətlərin normallaşması prosesini süni surətdə ləngitdiyinə bizi inandırır:

“Ermənistanın danışıqlar imitasiya praktikasından istifadə edərək revanşist ideyaları ilə yaşamaqda davam etdiyini, üzərinə götürdüyü öhdəlikləri vicdanla yerinə yetirmək əvəzinə, təxribatlara əl atdığını təəssüflə dərk etmək olar. Bundan başqa, İrəvan ərazilərin minalanması prosesini davam etdirərək, təbii sərvətlərimizin qanunsuz çıxarılmasını həyata keçirməklə, öz silahlı birləşmələrini Azərbaycanın suveren ərazisindən çıxarmamaqla regionda sabitlik və təhlükəsizliyə yeni təhlükə yaradır".

Polad Bülbüloğlu onu da vurğulayıb ki, Azərbaycan Rusiyanın və şəxsən Rusiya Prezidenti Vladimir Putinin Ermənistan-Azərbaycan münaqişəsinin həllində, münaqişədən sonrakı nizamlanma səylərində vasitəçilik rolunu yüksək qiymətləndirir.

“Bu gün Rusiya, Ermənistanla münasibətləri normallaşdırmaq yollarını tapmaqda bizim mühüm tərəfdaşımız olmağa davam edir... Mənim ölkəm üçün Rusiya ilə tərəfdaşlığın aydın, proqnozlaşdırıla bilən və məqsədyönlü strateji perspektivi var. Bunun üçün liderlərimizin böyük potensialı və iradəsi var”, - deyə səfir əlavə edib.

Əlaqələr yüksələn xətt üzrə inkişaf edir
Öz növbəsində, Rusiya xarici işlər nazirinin müavini Mixail Qaluzin qəbulda çıxışı zamanı Azərbaycanın iqtisadi və sosial sahədə böyük uğurlar əldə etdiyini, dünya miqyasında layiqli nüfuza malik olduğunu, beynəlxalq gündəmdə bir çox mühüm məsələlərin həllində fəal rol oynadığını qeyd edib.
© Sputnik / Пресс-служба МИД РФ / Mediabanka keçidMixail Qaluzin
Михаил Галузин  - Sputnik Azərbaycan, 1920, 27.05.2023
Mixail Qaluzin

“Rusiya və Azərbaycan xalqlarını mehriban qonşuluq, dostluq və qarşılıqlı hörmət ənənələri bağlayır. Ölkələrimiz arasında bütün sahələrdə əlaqələr yüksələn xətlə inkişaf edir”, - deyə RF xarici işlər nazirinin müavini vurğulayıb və əlavə edib ki, buna iki ölkə liderləri arasında etibarlı dialoq kömək edir.

Onun sözlərinə görə, hökumət xətti ilə ölkələr arasında fəal iş aparılır, ticarət-iqtisadi, investisiya, nəqliyyat və logistika sahələrində əməkdaşlıq genişlənir. Bundan əlavə, parlamentlərarası əməkdaşlıq, regionlararası əlaqələr inkişaf edir.
Moskva bəyannaməsi
Rusiyalı diplomat xatırladıb ki, 2022-ci ilin fevralında iki ölkə liderləri Moskvada müttəfiqlik əməkdaşlığı haqqında bəyannamə imzalayıblar.

“Çətin beynəlxalq vəziyyət bu sənədin imzalanmasının vaxtında və vacibliyini təsdiqləyir. Bu, xüsusilə, xarici işlər nazirliklərimizin fəaliyyətinin sıx əlaqələndirilməsini, MDB çərçivəsində, eləcə də regional və beynəlxalq platformalarda fəal əməkdaşlığı təmin edir”, - Qaluzin qeyd edib.

Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Xəbər lenti
0