https://sputnik.az/20230526/pasinyan-44-gunluk-muharibeni-arasdiran-komissiyanin-qarsisina-cixacaq-455303883.html
Paşinyan 44 günlük müharibəni araşdıran komissiyanın qarşısına çıxacaq
Paşinyan 44 günlük müharibəni araşdıran komissiyanın qarşısına çıxacaq
Sputnik Azərbaycan
Ermənistan parlamentinin müdafiə və təhlükəsizlik komissiyasının rəhbəri bildirib ki, bu, bütün xalqa, siyasi qüvvələrə açıq olacaq. 26.05.2023, Sputnik Azərbaycan
2023-05-26T18:25+0400
2023-05-26T18:25+0400
2023-05-26T18:25+0400
ermənistanın baş naziri nikol paşinyan
dünya xəbərləri
komissiya
https://cdnn1.img.sputnik.az/img/07e7/05/1a/455277663_0:160:3072:1888_1920x0_80_0_0_9433ddd5f859e55a3801425f6ca4cbaa.jpg
BAKI, 26 may — Sputnik. Ermənistanın Baş naziri Nikol Paşinyan iyunda 44 günlük müharibənin səbəb və şəraitini araşdıracaq komissiya qarşısına çıxacaq. Bunu news.am-a müsahibəsində Ermənistan parlamentinin müdafiə və təhlükəsizlik komissiyasının rəhbəri Andranik Köçəryan deyib. "Bilirsiniz ki, baş nazirin bu barədə istəyi var və o, iyunda komissiya qarşısına çıxacaq. İstintaq komissiyası çərçivəsində bir çox suallara cavab veriləcək və bu, bütün xalqa, siyasi qüvvələrə açıq olacaq", - Köçəryan deyib. Onun sözlərinə görə, müharibədə məğlubiyyətin səbəblərini anlamaq lazımdır və bu məqsədlə komissiya yaradılıb. Qeyd edək ki, bir müddət əvvəl Ermənistan Nazirlər Kabinetinin rəhbəri Nikol Paşinyan Praqada erməni icmasının nümayəndələri ilə görüşündə 44 günlük müharibənin səbəb və şəraitini araşdırmaq üçün yaxın vaxtlarda komissiya qarşısına çıxacağını bildirmişdi. O qeyd edib ki, cəmiyyətin bilməli olduğu və siyasi gələcək üçün vacib olan çoxlu məlumata malikdir. Komissiya hakim "Vətəndaş Müqavilə fraksiyasının təşəbbüsü ilə 2022-ci ilin fevralında yaradılıb. Komissiyanın fəaliyyəti çərçivəsində deputatlar onun iclaslarına 2020-ci il müharibəsindən əvvəlki və müharibə dövründə ölkənin müdafiə və xarici siyasətinə məsul şəxsləri dəvət ediblər. Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargahının hazırkı rəhbəri Edvard Asryan, keçmiş qərargah rəisi Onik Qasparyan, keçmiş xarici işlər naziri Vardan Oskanyan, Baş Qərargahın keçmiş rəhbəri Movses Akopyan və keçmiş rəis müavini Tiran Xaçatryan, keçmiş xarici işlər naziri Zöhrab Mnatsakanyan Ermənistanın keçmiş müdafiə naziri David Tonoyanla əməkdaşlığa razılıq veriblər. Mayın 3-də məlum olub ki, Ermənistan parlamentinin 44 günlük müharibənin şəraitini araşdırmaq üzrə müvəqqəti komissiyasının fəaliyyəti daha 6 ay uzadılacaq.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2023
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e7/05/1a/455277663_171:0:2902:2048_1920x0_80_0_0_2d90ae94fb7830e51e74397614ae79fa.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
ermənistanın baş naziri nikol paşinyan, komissiya
ermənistanın baş naziri nikol paşinyan, komissiya
Paşinyan 44 günlük müharibəni araşdıran komissiyanın qarşısına çıxacaq
Ermənistan parlamentinin müdafiə və təhlükəsizlik komissiyasının rəhbəri bildirib ki, bu, bütün xalqa, siyasi qüvvələrə açıq olacaq.
BAKI, 26 may — Sputnik. Ermənistanın Baş naziri Nikol Paşinyan iyunda 44 günlük müharibənin səbəb və şəraitini araşdıracaq komissiya qarşısına çıxacaq. Bunu news.am-a müsahibəsində Ermənistan parlamentinin müdafiə və təhlükəsizlik komissiyasının rəhbəri Andranik Köçəryan deyib.
"Bilirsiniz ki, baş nazirin bu barədə istəyi var və o, iyunda komissiya qarşısına çıxacaq. İstintaq komissiyası çərçivəsində bir çox suallara cavab veriləcək və bu, bütün xalqa, siyasi qüvvələrə açıq olacaq", - Köçəryan deyib.
Onun sözlərinə görə, müharibədə məğlubiyyətin səbəblərini anlamaq lazımdır və bu məqsədlə komissiya yaradılıb.
Qeyd edək ki, bir müddət əvvəl Ermənistan Nazirlər Kabinetinin rəhbəri Nikol Paşinyan Praqada erməni icmasının nümayəndələri ilə görüşündə 44 günlük müharibənin səbəb və şəraitini araşdırmaq üçün yaxın vaxtlarda komissiya qarşısına çıxacağını bildirmişdi. O qeyd edib ki, cəmiyyətin bilməli olduğu və siyasi gələcək üçün vacib olan çoxlu məlumata malikdir.
Komissiya hakim "Vətəndaş Müqavilə fraksiyasının təşəbbüsü ilə 2022-ci ilin fevralında yaradılıb. Komissiyanın fəaliyyəti çərçivəsində deputatlar onun iclaslarına 2020-ci il müharibəsindən əvvəlki və müharibə dövründə ölkənin müdafiə və xarici siyasətinə məsul şəxsləri dəvət ediblər. Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargahının hazırkı rəhbəri Edvard Asryan, keçmiş qərargah rəisi Onik Qasparyan, keçmiş xarici işlər naziri Vardan Oskanyan, Baş Qərargahın keçmiş rəhbəri Movses Akopyan və keçmiş rəis müavini Tiran Xaçatryan, keçmiş xarici işlər naziri Zöhrab Mnatsakanyan Ermənistanın keçmiş müdafiə naziri David Tonoyanla əməkdaşlığa razılıq veriblər. Mayın 3-də məlum olub ki, Ermənistan parlamentinin 44 günlük müharibənin şəraitini araşdırmaq üzrə müvəqqəti komissiyasının fəaliyyəti daha 6 ay uzadılacaq.