https://sputnik.az/20230526/ix-sinifler-ucun-azerbaycan-dili-uzre-ikinci-imtahan-ne-vaxt-kecirilecek-455283560.html
IX siniflər üçün "Azərbaycan dili" üzrə ikinci imtahan nə vaxt keçiriləcək?
IX siniflər üçün "Azərbaycan dili" üzrə ikinci imtahan nə vaxt keçiriləcək?
Sputnik Azərbaycan
Abituriyentlər qeydiyyatdan keçmək üçün tələb olunan məbləği (sistem tərəfindən avtomatik istifadəçiyə məlumat verilir) şəxsi kabinetlərindəki hesablarına... 26.05.2023, Sputnik Azərbaycan
2023-05-26T11:10+0400
2023-05-26T11:10+0400
2023-05-26T11:13+0400
imtahan
təhsil
ix sinif
azərbaycan dili
dim
abituriyentlər
https://cdnn1.img.sputnik.az/img/07e4/07/17/424512348_0:157:3081:1890_1920x0_80_0_0_cf4f3c7b3bbca350b7da060b88053ab1.jpg
BAKI, 26 may — Sputnik. 9 illik təhsil bazasında kolleclərə qəbul olmaq istəyən, lakin mayın 7-də keçirilən Azərbaycan dili (dövlət dili kimi) imtahanında iştirak etməyən və ya "qeyri-məqbul" qiymət alan abituriyentlər 5 iyun saat 23:59-dək verilən link (https://www.e-gov.az/az/services/read/3148/0?tqdk_xdm=82) vasitəsilə qeydiyyatdan keçməklə Azərbaycan dili imtahanına (ikinci cəhd) yazıla bilərlər. DİM-dən bildirilib ki, abituriyentlər qeydiyyatdan keçmək üçün tələb olunan məbləği (sistem tərəfindən avtomatik istifadəçiyə məlumat verilir) şəxsi kabinetlərindəki hesablarına əlavə etməlidirlər. "Azərbaycan dili" (dövlət dili kimi) fənni üzrə ikinci imtahan 18 iyun tarixində keçiriləcək. Xatırladaq ki, 2023-cü il mayın 7-də keçirilən Azərbaycan dili imtahanında iştirak edən, lakin orta ixtisas təhsili müəssisələrinin müsabiqəsinə qatılmayan 9-cu sinif şagirdləri ikinci imtahanda iştirak etmirlər. Onların mayın 7-də olan imtahandan topladıqları bal yekun attestasiya sənədinə yazılacaq. Yekun attestasiyası aparılmayan şagirdlər üçün isə sentyabr ayında yenidən imtahan təşkil olunacaq.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2023
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e4/07/17/424512348_174:0:2905:2048_1920x0_80_0_0_8b7492c30c78e80c4c93efabfb6c3142.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
imtahan, ix sinif, azərbaycan dili, dim, abituriyentlər
imtahan, ix sinif, azərbaycan dili, dim, abituriyentlər
IX siniflər üçün "Azərbaycan dili" üzrə ikinci imtahan nə vaxt keçiriləcək?
11:10 26.05.2023 (Yenilənib: 11:13 26.05.2023) Abituriyentlər qeydiyyatdan keçmək üçün tələb olunan məbləği (sistem tərəfindən avtomatik istifadəçiyə məlumat verilir) şəxsi kabinetlərindəki hesablarına əlavə etməlidirlər
BAKI, 26 may — Sputnik. 9 illik təhsil bazasında kolleclərə qəbul olmaq istəyən, lakin mayın 7-də keçirilən Azərbaycan dili (dövlət dili kimi) imtahanında iştirak etməyən və ya "qeyri-məqbul" qiymət alan abituriyentlər 5 iyun saat 23:59-dək verilən link (
https://www.e-gov.az/az/services/read/3148/0?tqdk_xdm=82) vasitəsilə qeydiyyatdan keçməklə Azərbaycan dili imtahanına (ikinci cəhd) yazıla bilərlər.
DİM-dən bildirilib ki, abituriyentlər qeydiyyatdan keçmək üçün tələb olunan məbləği (sistem tərəfindən avtomatik istifadəçiyə məlumat verilir) şəxsi kabinetlərindəki hesablarına əlavə etməlidirlər.
"Azərbaycan dili" (dövlət dili kimi) fənni üzrə ikinci imtahan 18 iyun tarixində keçiriləcək.
Xatırladaq ki, 2023-cü il mayın 7-də keçirilən Azərbaycan dili imtahanında iştirak edən, lakin orta ixtisas təhsili müəssisələrinin müsabiqəsinə qatılmayan 9-cu sinif şagirdləri ikinci imtahanda iştirak etmirlər. Onların mayın 7-də olan imtahandan topladıqları bal yekun attestasiya sənədinə yazılacaq.
Yekun attestasiyası aparılmayan şagirdlər üçün isə sentyabr ayında yenidən imtahan təşkil olunacaq.