SİYASƏT
Ölkənin ictimai-siyasi həyatına, xarici siyasətə, beynəlxalq siyasi gündəmə dair məqalələr

Dövlət Departamenti: Bakı və İrəvanı mübahisəli məsələləri həll etməyə təşviq edirik

© MARK WILSON / GETTY IMAGES NORTH AMERICA / Getty Images via AFP Dövlət Departamenti
 Dövlət Departamenti - Sputnik Azərbaycan, 1920, 26.05.2023
Abunə olmaq
ABŞ-ın vasitəçiliyi ilə Ermənistan və Azərbaycan nümayəndələri arasında yeni yüksək səviyyəli görüşlərin nəzərdə tutulub-tutulmaması ilə bağlı suala cavabda bildirilib ki, hələlik yeni görüşlər nəzərdə tutulmayıb.
BAKI, 26 may — Sputnik. ABŞ Dövlət Departamenti İrəvan və Bakını qalan mübahisəli məsələlərdə razılığa gəlməyə təşviq etməkdə davam edir. Bunu ABŞ Dövlət Departamentinin sözçüsü Metyu Miller brifinqdə deyib.
Miller qeyd edib ki, iki ölkə liderləri arasında danışıqların sonuncu raundu Moskvada baş tutub, lakin ABŞ üçün danışıqlar prioritet olaraq qalır.
O xatırladıb ki, ABŞ dövlət katibi Entoni Blinken mayın əvvəlində Vaşinqtonda hər iki tərəfin nümayəndələri ilə görüşüb, danışıqlar Brüsseldə davam etdirilib və ABŞ onları dəstəkləməkdə davam edir.
"Əvvəlcə qeyd edildiyi kimi, biz yaxın gələcəkdə tərəflər arasında razılığın əldə oluna biləcəyinə inanırıq və tərəfləri birgə işləməyə təşviq etməyə davam edirik", - Miller deyib.
O, ABŞ-ın vasitəçiliyi ilə Ermənistan və Azərbaycan nümayəndələri arasında yeni yüksək səviyyəli görüşlərin nəzərdə tutulub-tutulmaması ilə bağlı suala cavabında bildirib ki, hələlik yeni görüşlər nəzərdə tutulmayıb.
Xatırladaq ki, mayın 25-də Moskvada Ermənistan, Rusiya Federasiyası və Azərbaycan liderləri - Nikol Paşinyan, Vladimir Putin və İlham Əliyev arasında üçtərəfli danışıqlar olub.
Xəbər lenti
0