Azərbaycan, Qazaxıstan və Ukraynadan olan dizaynerlər öz geyim kolleksiyalarını tamaşaçılara təqdim ediblər. Bakıda Daş Salnamələr Muzeyində “Azerbaijan Fashion Week”in 14-cü mövsümü uğurla keçirilib. Qonaqların diqqətinə Azərbaycan və xarici dizaynerlərin kolleksiyaları təqdim olunub. Layihənin məqsədi müxtəlif ölkələrdən olan istedadlı modelyerləri bir araya gətirmək və onların işlərini nümayiş etdirmək üçün platforma yaratmaqdır. Üç gün ərzində əməkdar incəsənət xadimi Gülnarə Xəlilova, Naz Maer, Aleksey Çjen, Lariya, Səyya, Ny Gyul, Saltanat Bektabanovadan “AUGUST”, Akram Sadıqjanovdan “SADAKR”, Kseniya Volkovadav “Green Dot Atelier” və başqaları öz işlərini tamaşaçılara nümayiş etdiriblər. Hər mövsüm “Azerbaijan Fashion Week” və “Kazakhstan Fashion Week”nin baş prodüseri Sayat Dossıbayev stilistikası və vizual obrazları onun moda baxışına bənzəyən müxtəlif brendlərlə əməkdaşlıq təşkil edir. Bu mövsüm dizayner Aliyə Yusupova ilə əməkdaşlığının nəticəsi “Atelier Artisan by Youniq” şousu olub. Burada kapüşonlu və transformer- sviterlərdən ibarət müasir cəsarətli kolleksiya olub. 14-cü mövsüm çərçivəsində panel müzakirələri, mühazirələr və ustad dərsləri də təşkil olunub. İxtisaslaşdırılmış universitetlərin məzunları və dizayner olmaq istəyənlər bayerlərlə, sosial şəbəkələrdə təbliğatçı mütəxəssislərlə, eləcə də uğurlarının sirlərini bölüşən təcrübəli yerli və xarici kuturyerlərlə görüşüblər. “Azerbaijan Fashion Week” ildə iki dəfə - may və noyabr aylarında keçirilir. Layihənin əsas məqsədi Azərbaycanda inkişaf edən moda sənayesinin populyarlaşdırılması və istedadlı dizaynerlərin işlərinin nümayişi üçün şərait yaratmaqdır.
Azərbaycan, Qazaxıstan və Ukraynadan olan dizaynerlər öz geyim kolleksiyalarını tamaşaçılara təqdim ediblər.
Azərbaycan, Qazaxıstan və Ukraynadan olan dizaynerlər öz geyim kolleksiyalarını tamaşaçılara təqdim ediblər.
Bakıda Daş Salnamələr Muzeyində “Azerbaijan Fashion Week”in 14-cü mövsümü uğurla keçirilib.
Qonaqların diqqətinə Azərbaycan və xarici dizaynerlərin kolleksiyaları təqdim olunub. Layihənin məqsədi müxtəlif ölkələrdən olan istedadlı modelyerləri bir araya gətirmək və onların işlərini nümayiş etdirmək üçün platforma yaratmaqdır.
Üç gün ərzində əməkdar incəsənət xadimi Gülnarə Xəlilova, Naz Maer, Aleksey Çjen, Lariya, Səyya, Ny Gyul, Saltanat Bektabanovadan “AUGUST”, Akram Sadıqjanovdan “SADAKR”, Kseniya Volkovadav “Green Dot Atelier” və başqaları öz işlərini tamaşaçılara nümayiş etdiriblər.
Model “Azerbaijan Fashion Week” kolleksiyasının nümayişi zamanı.
Hər mövsüm “Azerbaijan Fashion Week” və “Kazakhstan Fashion Week”nin baş prodüseri Sayat Dossıbayev stilistikası və vizual obrazları onun moda baxışına bənzəyən müxtəlif brendlərlə əməkdaşlıq təşkil edir. Bu mövsüm dizayner Aliyə Yusupova ilə əməkdaşlığının nəticəsi “Atelier Artisan by Youniq” şousu olub. Burada kapüşonlu və transformer- sviterlərdən ibarət müasir cəsarətli kolleksiya olub.
14-cü mövsüm çərçivəsində panel müzakirələri, mühazirələr və ustad dərsləri də təşkil olunub. İxtisaslaşdırılmış universitetlərin məzunları və dizayner olmaq istəyənlər bayerlərlə, sosial şəbəkələrdə təbliğatçı mütəxəssislərlə, eləcə də uğurlarının sirlərini bölüşən təcrübəli yerli və xarici kuturyerlərlə görüşüblər.
“Azerbaijan Fashion Week” ildə iki dəfə - may və noyabr aylarında keçirilir. Layihənin əsas məqsədi Azərbaycanda inkişaf edən moda sənayesinin populyarlaşdırılması və istedadlı dizaynerlərin işlərinin nümayişi üçün şərait yaratmaqdır.