https://sputnik.az/20230526/azeriqaz-binalarin-tustu-bacalarinin-temizlenmesinin-son-tarixini-aciqlayib-455293993.html
"Azəriqaz" binaların tüstü bacalarının təmizlənməsinin son tarixini açıqlayıb
"Azəriqaz" binaların tüstü bacalarının təmizlənməsinin son tarixini açıqlayıb
Sputnik Azərbaycan
İlkin Behbudovun sözlərinə görə, ölkə başçısının təsdiq etdiyi "Qaz təsərrüfatı haqqında" Qanuna və "Tüstü bacalarının istismarı haqqında" qaydalara əsasən... 26.05.2023, Sputnik Azərbaycan
2023-05-26T15:00+0400
2023-05-26T15:00+0400
2023-05-26T15:00+0400
"azəriqaz"
cəmiyyət
"azəriqaz" ib
"azəriqaz" istehsalat birliyi
https://cdnn1.img.sputnik.az/img/42318/27/423182705_0:0:3002:1690_1920x0_80_0_0_31a2d1131c691aa912b4234200ef6d13.jpg
BAKI, 26 may — Sputnik. İyulun 1-dək Azərbaycanda mülkiyyət hüququndan asılı olmayaraq bütün binaların tüstü bacalarının təmizliyi həyata keçirilməlidir. Bunu bu gün Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) "Azəriqaz" İstehsalat Birliyinin Sağlamlıq, əməyin təhlükəsizliyi, ətraf mühitin mühafizəsi və keyfiyyətə nəzarət şöbəsinin rəisi İlkin Behbudov bu gün keçirilən "Açıq qapı" aksiyasında bildirib. Onun sözlərinə görə, ölkə başçısının təsdiq etdiyi "Qaz təsərrüfatı haqqında" Qanuna və "Tüstü bacalarının istismarı haqqında" qaydalara əsasən, tüstü bacalarının təmizliyi iyulun 1-dək həyata keçirilməlidir: "Qarşıda bir ay vaxt var. Bu, qaydalara uyğun olaraq, qaz paylayıcı xidməti göstərən qurum tərəfindən noyabrın 1-dək yoxlanılmalıdır. Bu gün əhalinin, dövlət mənzil fondunun balansında olan binalar, dövlət orqanlarının fondunda və mənzil mülkiyyətçilərinin idarəetməsində olan binalar mövcuddur. Həmçinin, ümumi korporativ idarəetmədə olan binalar var. Bütün bu cür binaların sahibləri hər il iyulun 1-dək tüstü bacalarının təmizliyini həyata keçirməlidirlər və qaz paylayıcı tərəfindən həyata keçiriləcək yoxlamalara hazır olmalıdırlar. Çünki, bu, qış mövsümünə qədər çatdırılmasa, sonra bunu etmək mümkün olmayacaq". İ.Behbudov qeyd edib ki, həmin qurumlar aidiyyəti podratçı təşkilatlara və ya bu sahə ilə məşğul olan müvafiq dövlət qurumlarına müraciət etməli, tüstü bacalarının mütləq şəkildə təmizlənməsi təşkil olunmalıdır.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2023
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/42318/27/423182705_256:0:2915:1994_1920x0_80_0_0_61d07d41b3fc31676331372a0fed96a0.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
"azəriqaz", "azəriqaz" ib, "azəriqaz" istehsalat birliyi
"azəriqaz", "azəriqaz" ib, "azəriqaz" istehsalat birliyi
"Azəriqaz" binaların tüstü bacalarının təmizlənməsinin son tarixini açıqlayıb
İlkin Behbudovun sözlərinə görə, ölkə başçısının təsdiq etdiyi "Qaz təsərrüfatı haqqında" Qanuna və "Tüstü bacalarının istismarı haqqında" qaydalara əsasən, tüstü bacalarının təmizliyi iyulun 1-dək həyata keçirilməlidir
BAKI, 26 may — Sputnik. İyulun 1-dək Azərbaycanda mülkiyyət hüququndan asılı olmayaraq bütün binaların tüstü bacalarının təmizliyi həyata keçirilməlidir. Bunu bu gün Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) "Azəriqaz" İstehsalat Birliyinin Sağlamlıq, əməyin təhlükəsizliyi, ətraf mühitin mühafizəsi və keyfiyyətə nəzarət şöbəsinin rəisi İlkin Behbudov bu gün keçirilən "Açıq qapı" aksiyasında bildirib.
Onun sözlərinə görə, ölkə başçısının təsdiq etdiyi "Qaz təsərrüfatı haqqında" Qanuna və "Tüstü bacalarının istismarı haqqında" qaydalara əsasən, tüstü bacalarının təmizliyi iyulun 1-dək həyata keçirilməlidir: "Qarşıda bir ay vaxt var. Bu, qaydalara uyğun olaraq, qaz paylayıcı xidməti göstərən qurum tərəfindən noyabrın 1-dək yoxlanılmalıdır. Bu gün əhalinin, dövlət mənzil fondunun balansında olan binalar, dövlət orqanlarının fondunda və mənzil mülkiyyətçilərinin idarəetməsində olan binalar mövcuddur. Həmçinin, ümumi korporativ idarəetmədə olan binalar var. Bütün bu cür binaların sahibləri hər il iyulun 1-dək tüstü bacalarının təmizliyini həyata keçirməlidirlər və qaz paylayıcı tərəfindən həyata keçiriləcək yoxlamalara hazır olmalıdırlar. Çünki, bu, qış mövsümünə qədər çatdırılmasa, sonra bunu etmək mümkün olmayacaq".
İ.Behbudov qeyd edib ki, həmin qurumlar aidiyyəti podratçı təşkilatlara və ya bu sahə ilə məşğul olan müvafiq dövlət qurumlarına müraciət etməli, tüstü bacalarının mütləq şəkildə təmizlənməsi təşkil olunmalıdır.