https://sputnik.az/20230526/azerbaycanla-ermenistan-arasinda-serhedi-kecme-proseduru-muzakire-edilecek-455277275.html
Azərbaycanla Ermənistan arasında sərhədi keçmə proseduru müzakirə ediləcək
Azərbaycanla Ermənistan arasında sərhədi keçmə proseduru müzakirə ediləcək
Sputnik Azərbaycan
Rusiya Baş nazirinin müavini Aleksey Overçuk deyib ki, Azərbaycan, Ermənistan və Rusiya baş nazirlərinin müavinləri bir həftə sonra Moskvada sərhəd və gömrük... 26.05.2023, Sputnik Azərbaycan
2023-05-26T00:18+0400
2023-05-26T00:18+0400
2023-05-26T10:07+0400
rusiya
putin
rusiya prezidenti vladimir putin
vladimir putin
aleksey overçuk
ermənistanın baş naziri nikol paşinyan
nikol paşinyan
prezident ilham əliyev
https://cdnn1.img.sputnik.az/img/07e6/04/1a/441452591_0:104:2000:1229_1920x0_80_0_0_5179a97bcdb6c393413aec231f19ca17.jpg
BAKI, 26 may - Sputnik. Rusiya Federasiyası baş nazirinin müavini Aleksey Overçuk Ermənistanla Azərbaycan arasında hansı texniki həll olunmamış məsələlərin qaldığını açıqlayıb.Üçtərəfli işçi qrupun rusiyalı həmsədri bildirib ki, bunlar texniki, lakin çox vacib detallardır."Söhbət Azərbaycanla Ermənistan arasında sərhədi keçmə prosedurundan gedir. Sərhəd və gömrük nəzarəti necə aparılacaq. Bu, baş nazirin müavinlərinin bir həftə sonra Moskvada müzakirə edəcəyi suallardır", - deyə Overçuk bildirib.Rusiya Federasiyası, Ermənistan və Azərbaycanın baş nazir müavinləri bir həftə sonra görüşəcək və Qarabağla bağlı texniki məsələləri müzakirə edəcəklər.Bunu Rusiya prezidenti Vladimir Putin Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın Baş naziri Nikol Paşinyanla mayın 25-də Moskvada keçirdikləri zirvə görüşündə bildirib. "Biz indi razılaşdıq ki, yaxın gələcəkdə, bir həftə sonra - mən həmkarlarımdan bu tarixlə bağlı razılığa gəlməyi xahiş edəcəyəm - Rusiya, Azərbaycan və Ermənistan hökumətlərinin baş nazir müavinləri görüşəcək və həll olunmamış məsələlər aradan qaldırılacaq", - Putin deyib.Onun sözlərinə görə, bu, hələlik həll edilməmiş məsələlərin həll olunacağına ümid verir."Bir həftəyə razılaşdıq - bu gün cümə axşamıdır... Bir həftədən sonra yaxşıdır?" - Rusiya Federasiyasının prezidenti Əliyev və Paşinyanla vaxtı dəqiqləşdirib.Azərbaycan prezidenti və Ermənistanın baş naziri baş nazir müavinləri səviyyəsində görüşün bir həftədən sonra keçirilməsinə razılaşıblar.
https://sputnik.az/20230525/azerbaycan-rusiya-ve-ermenistan-bas-nazirlerinin-muavinleri-bir-hefte-sonra-gorusecekler-455276573.html
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2023
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e6/04/1a/441452591_112:0:1889:1333_1920x0_80_0_0_54354c3aade5b637a7f2a83fa7cd4072.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
putin, rusiya prezidenti vladimir putin, vladimir putin, aleksey overçuk, ermənistanın baş naziri nikol paşinyan, nikol paşinyan, prezident ilham əliyev
putin, rusiya prezidenti vladimir putin, vladimir putin, aleksey overçuk, ermənistanın baş naziri nikol paşinyan, nikol paşinyan, prezident ilham əliyev
Azərbaycanla Ermənistan arasında sərhədi keçmə proseduru müzakirə ediləcək
00:18 26.05.2023 (Yenilənib: 10:07 26.05.2023) Rusiya Baş nazirinin müavini Aleksey Overçuk deyib ki, Azərbaycan, Ermənistan və Rusiya baş nazirlərinin müavinləri bir həftə sonra Moskvada sərhəd və gömrük nəzarəti ilə bağlı detalları danışacaqlar.
BAKI, 26 may - Sputnik. Rusiya Federasiyası baş nazirinin müavini Aleksey Overçuk Ermənistanla Azərbaycan arasında hansı texniki həll olunmamış məsələlərin qaldığını açıqlayıb.
Üçtərəfli işçi qrupun rusiyalı həmsədri bildirib ki, bunlar texniki, lakin çox vacib detallardır.
"Söhbət Azərbaycanla Ermənistan arasında sərhədi keçmə prosedurundan gedir. Sərhəd və gömrük nəzarəti necə aparılacaq. Bu, baş nazirin müavinlərinin bir həftə sonra Moskvada müzakirə edəcəyi suallardır", - deyə Overçuk bildirib.
Rusiya Federasiyası, Ermənistan və Azərbaycanın baş nazir müavinləri bir həftə sonra görüşəcək və Qarabağla bağlı texniki məsələləri müzakirə edəcəklər.
Bunu Rusiya prezidenti Vladimir Putin Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın Baş naziri Nikol Paşinyanla mayın 25-də Moskvada keçirdikləri zirvə görüşündə bildirib.
"Biz indi razılaşdıq ki, yaxın gələcəkdə, bir həftə sonra - mən həmkarlarımdan bu tarixlə bağlı razılığa gəlməyi xahiş edəcəyəm - Rusiya, Azərbaycan və Ermənistan hökumətlərinin baş nazir müavinləri görüşəcək və həll olunmamış məsələlər aradan qaldırılacaq", - Putin deyib.
Onun sözlərinə görə, bu, hələlik həll edilməmiş məsələlərin həll olunacağına ümid verir.
"Bir həftəyə razılaşdıq - bu gün cümə axşamıdır... Bir həftədən sonra yaxşıdır?" - Rusiya Federasiyasının prezidenti Əliyev və Paşinyanla vaxtı dəqiqləşdirib.
Azərbaycan prezidenti və Ermənistanın baş naziri baş nazir müavinləri səviyyəsində görüşün bir həftədən sonra keçirilməsinə razılaşıblar.