https://sputnik.az/20230525/azerbaycan-rusiya-ve-ermenistan-bas-nazirlerinin-muavinleri-bir-hefte-sonra-gorusecekler-455276573.html
Azərbaycan, Rusiya və Ermənistan Baş nazirlərinin müavinləri bir həftə sonra görüşəcəklər
Azərbaycan, Rusiya və Ermənistan Baş nazirlərinin müavinləri bir həftə sonra görüşəcəklər
Sputnik Azərbaycan
Rusiya prezidenti Vladimir Putin deyib ki, baş nazir müavinləri indiyədək həll edilməmiş məsələləri yoluna qoyacaqlar. 25.05.2023, Sputnik Azərbaycan
2023-05-25T23:55+0400
2023-05-25T23:55+0400
2023-05-26T00:28+0400
siyasət
putin
rusiya prezidenti vladimir putin
vladimir putin
nikol paşinyan
ermənistanın baş naziri nikol paşinyan
prezident ilham əliyev
https://cdnn1.img.sputnik.az/img/07e7/05/1a/455277685_0:159:3076:1889_1920x0_80_0_0_1bdc66752b110b1462807f1fcfe7992f.jpg
BAKI, 25 may - Sputnik. Rusiya Federasiyası, Ermənistan və Azərbaycanın baş nazir müavinləri bir həftə sonra görüşəcək və Qarabağla bağlı texniki məsələləri müzakirə edəcəklər.Bunu Rusiya prezidenti Vladimir Putin bildirib. Cümə axşamı Kremldə Avrasiya İqtisadi İttifaqının sammitindən sonra Putin Azərbaycan prezidenti İlham Əliyev və Ermənistanın baş naziri Nikol Paşinyanla ikitərəfli görüşlər keçirib. Daha sonra Putin, Əliyev və Paşinyan üçtərəfli formatda Qarabağdakı vəziyyəti müzakirə ediblər. "Biz indi razılaşdıq ki, yaxın gələcəkdə, bir həftə sonra - mən həmkarlarımdan bu tarixlə bağlı razılığa gəlməyi xahiş edəcəyəm - Rusiya, Azərbaycan və Ermənistan hökumətlərinin baş nazir müavinləri görüşəcək və həll olunmamış məsələlər aradan qaldırılacaq", - Putin bildirib.Onun sözlərinə görə, bu, hələlik həll edilməmiş məsələlərin həll olunacağına ümid verir."Bir həftəyə razılaşdıq - bu gün cümə axşamıdır... Bir həftədən sonra yaxşıdır?" - Rusiya Federasiyasının prezidenti Əliyev və Paşinyanla vaxtı dəqiqləşdirib. Azərbaycan prezidenti və Ermənistanın baş naziri baş nazir müavinləri səviyyəsində görüşün bir həftədən sonra keçirilməsinə razılaşıblar.
https://sputnik.az/20230525/eliyev-pasinyan-gorusunun-yekunlarinda-iki-senedin-imzalanmasi-gozlenilir-455253833.html
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2023
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e7/05/1a/455277685_173:0:2904:2048_1920x0_80_0_0_e1e2c5cade941ecd8c726d4bbf009f4e.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
putin, rusiya prezidenti vladimir putin, vladimir putin, nikol paşinyan, ermənistanın baş naziri nikol paşinyan, prezident ilham əliyev
putin, rusiya prezidenti vladimir putin, vladimir putin, nikol paşinyan, ermənistanın baş naziri nikol paşinyan, prezident ilham əliyev
Azərbaycan, Rusiya və Ermənistan Baş nazirlərinin müavinləri bir həftə sonra görüşəcəklər
23:55 25.05.2023 (Yenilənib: 00:28 26.05.2023) Rusiya prezidenti Vladimir Putin deyib ki, baş nazir müavinləri indiyədək həll edilməmiş məsələləri yoluna qoyacaqlar.
BAKI, 25 may - Sputnik. Rusiya Federasiyası, Ermənistan və Azərbaycanın baş nazir müavinləri bir həftə sonra görüşəcək və Qarabağla bağlı texniki məsələləri müzakirə edəcəklər.
Bunu Rusiya prezidenti Vladimir Putin bildirib.
Cümə axşamı Kremldə Avrasiya İqtisadi İttifaqının sammitindən sonra Putin Azərbaycan prezidenti İlham Əliyev və Ermənistanın baş naziri Nikol Paşinyanla ikitərəfli görüşlər keçirib.
Daha sonra Putin, Əliyev və Paşinyan üçtərəfli formatda Qarabağdakı vəziyyəti müzakirə ediblər.
"Biz indi razılaşdıq ki, yaxın gələcəkdə, bir həftə sonra - mən həmkarlarımdan bu tarixlə bağlı razılığa gəlməyi xahiş edəcəyəm - Rusiya, Azərbaycan və Ermənistan hökumətlərinin baş nazir müavinləri görüşəcək və həll olunmamış məsələlər aradan qaldırılacaq", - Putin bildirib.
Onun sözlərinə görə, bu, hələlik həll edilməmiş məsələlərin həll olunacağına ümid verir.
"Bir həftəyə razılaşdıq - bu gün cümə axşamıdır... Bir həftədən sonra yaxşıdır?" - Rusiya Federasiyasının prezidenti Əliyev və Paşinyanla vaxtı dəqiqləşdirib.
Azərbaycan prezidenti və Ermənistanın baş naziri baş nazir müavinləri səviyyəsində görüşün bir həftədən sonra keçirilməsinə razılaşıblar.