SİYASƏT
Ölkənin ictimai-siyasi həyatına, xarici siyasətə, beynəlxalq siyasi gündəmə dair məqalələr

Azərbaycanın ən yaşlı seçicisinin neçə yaşı var?

© Sputnik / Murad OrujovAzərbaycanda seçkilər, arxiv şəkli
Azərbaycanda seçkilər, arxiv şəkli - Sputnik Azərbaycan, 1920, 26.05.2023
Abunə olmaq
MSK sədri bildirib ki, ən yaşlı kişi seçici isə 108 yaşındadır. Həmin şəxs isə 1915-ci il təvəllüdlü İbrahimov Hilal İsa oğludur
BAKI, 26 may — Sputnik. Azərbaycanın ən yaşlı seçicisinin yaşı məlum olub. Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov qurumun bu gün keçirilən iclasında deyib ki, ölkədə ən yaşlı seçicisi Ağdaş rayon sakini, 1900-cü il təvəllüdlü Nəbiyeva Bari Şamı qızıdır və onun 123 yaşı var.
MSK sədri bildirib ki, ən yaşlı kişi seçici isə 108 yaşındadır. Həmin şəxs isə 1915-ci il təvəllüdlü İbrahimov Hilal İsa oğludur.
Qeyd edək ki, seçki qanunvericiliyinin tələblərinə əsasən bu ilin yanvarın əvvəllərindən etibarən ölkə üzrə vahid seçicilər siyahısının dəqiqləşdirilməsinə start verilib, ardıcıl, sistemli və intensiv şəkildə aparılan genişmiqyaslı və əhatəli prosesdən sonra cari il üçün seçici siyahılarının hazırlanması başa çatıb.
Xəbər lenti
0