CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Azərbaycanda ən yüksək və ən aşağı pensiya harada verilir? Siyahı, Məbləğ

© Sputnik / Murad OrujovAzərbaycan manatı, arxiv şəkli
Azərbaycan manatı, arxiv şəkli - Sputnik Azərbaycan, 1920, 26.05.2023
Abunə olmaq
Sputnik Azərbaycan aprelin 1-nə ölkədə ən yüksək və ən aşağı pensiya verilən ilk 5 şəhər və rayonu təqdim edir.
BAKI, 26 may — Sputnik. 2023-cü il aprelin 1-i vəziyyətinə Dövlət Sosial Müdafiə Fondunda 1 milyon 101,9 min nəfər pensiyaçı qeydiyyatda olub və bu da ölkə əhalisinin 10,9 faizini təşkil edir. Pensiyaçıların 63,5 faizi yaşa, 23,7 faizi əlilliyə, 12,8 faizi isə ailə başçısını itirməyə görə pensiya alır. Bunu Dövlət Statistika Komitəsindən Sputnik Azərbaycan-a bildiriblər.
2023-cü il aprelin 1-nə aylıq pensiyaların orta məbləği ötən ilin müvafiq dövrü ilə müqayisədə 18,6 faiz, cari ilin əvvəli ilə müqayisədə isə 16,2 faiz artaraq 432,3 manat təşkil edib. Bu, orta aylıq əməkhaqqının 48 faizinə bərabər olub.
Bəs, maraqlıdır 2023-cü il aprel ayının 1-i vəziyyətinə Azərbaycanda ən yüksək və ən aşağı pensiya verilən ilk 5 şəhər və rayon hansıdır?
Ən yüksək orta aylıq pensiya
Dövlət Statistika Komitəsinin məlumatına əsasən, ən yüksək orta aylıq pensiya Bakı şəhərində verilib. Bakıda orta aylıq pensiya məbləği 589,35 manat olub. Bakıdan sonra ən yüksək orta aylıq pensiya Zəngilan rayonunda verilib. Bu rayonda orta aylıq pensiya məbləği 394,47 manat olub. Üçüncü yerdə isə İsmayıllı rayonu gəlir və bu rayonda orta aylıq pensiya məbləği 389 manat təşkil edib. Sonrakı yerlərdə isə Naxçıvan Muxtar Respublikası (387,61 manat) və Şirvan şəhəri (377,97 manat) gəlir.
Ən aşağı orta aylıq pensiya
Pensiyaçılara verilən ən aşağı pensiya məbləği isə Sabirabad rayonunda qeydə alınıb. Bu rayonda orta aylıq pensiya məbləği 300,19 manat olub.
Sabirabaddan sonra ən aşağı pensiyanın verildiyi rayonlar bunlardır: Ağdaş rayonu (330,47 manat), Xaçmaz rayonu (331,79 manat), Balakən rayonu (332,05 manat), Göyçay rayonu (334,30 manat).
Qeyd edək ki, əmək pensiyasının minimum məbləği 16,7 faiz artırılaraq 2023-cü ilin 1 fevral tarixindən 280 manat müəyyən olunub.
2023-cü il 1 yanvar tarixinədək təyin edilmiş pensiyalar 14,7 faiz indeksləşdirilməklə bu ilin 1 yanvar tarixindən artırılıb. Məsələn, şəxsin pensiyası 400 manatdırsa, bu məbləğ cari il yanvarın 1-dən 14,7 faiz, yəni 58,8 manat artırılmaqla 458,8 manata çatdırılıb.
Pensiyaların indeksləşdirilərək artırılması elektron sistem üzərindən avtomatik şəraitdə həyata keçirilir, hər hansı sənəd təqdim etməyə, müraciət etməyə ehtiyac yoxdur.
Azərbaycan manatı - Sputnik Azərbaycan, 1920, 08.02.2023
İQTİSADİYYAT
Azərbaycanda minimum maaş yaşayış minimumu məbləğindən 40 faiz yüksəkdir
Xəbər lenti
0