https://sputnik.az/20230526/azerbaycan-ve-ermenistan-bu-tarixde-sulh-sazisi-imzalaya-bilerler---leyla-abdullayeva-455296105.html
Azərbaycan və Ermənistan bu tarixdə sülh sazişi imzalaya bilərlər - Leyla Abdullayeva
Azərbaycan və Ermənistan bu tarixdə sülh sazişi imzalaya bilərlər - Leyla Abdullayeva
Sputnik Azərbaycan
Avropa Siyasi Birliyinin sammiti zamanı Nikol Paşinyan və İlham Əliyev Fransa prezidenti Emmanuel Makron və Almaniya kansleri Olaf Şoltsla danışıqlar aparacaq. 26.05.2023, Sputnik Azərbaycan
2023-05-26T15:19+0400
2023-05-26T15:19+0400
2023-05-26T15:27+0400
leyla abdullayeva
azərbaycan xəbərləri
azərbaycan
ermənistan
sülh sazişi
imzalama
moldova
https://cdnn1.img.sputnik.az/img/07e6/0a/0b/447305339_0:0:2000:1125_1920x0_80_0_0_097f2c08ec753d131822dcc523c2c018.jpg
BAKI, 26 may — Sputnik. Azərbaycan prezidenti İlham Əliyev və Ermənistanın baş naziri Nikol Paşinyan iyunun 1-də Moldovada Avropa Siyasi Birliyinin sammiti zamanı Qarabağ üzrə sülh sazişi imzalaya bilərlər. Bu barədə "Reuters" Azərbaycanın Fransadakı səfiri Leyla Abdullayevaya istinadən xəbər verir. "Ümid edirik ki, iyunun 1-də Kişinyovda nəhayət sülh müqaviləsi imzalanacaq. Bu, qaçırılmamalı olan tarixi məqamdır", - Abdullayeva bildirib. Qeyd edək ki, sammit çərçivəsində Nikol Paşinyan və İlham Əliyev Fransa prezidenti Emmanuel Makron və Almaniya kansleri Olaf Şoltsla danışıqlar aparacaq. Rusiya Federasiyası Prezidentinin mətbuat katibi Dmitri Peskov jurnalistlərə bildirib ki, yaxın gələcəkdə Ermənistan və Azərbaycan arasında sülh müqaviləsinin imzalanması mümkündür. "Ortaq baxış bucağı var. Dövlət başçılarının bunun necə həll ediləcəyi ilə bağlı anlaşması var. Buna görə də "prosesə heç bir süni maneə artıq yaradılmamalıdır", - Peskov bildirib. O əlavə edib ki, üç ölkənin baş nazirinin müavinləri bir həftədən sonra Moskvada görüşəcək və mövcud məsələləri müzakirə edəcəklər, hələlik detalları razılaşdırmalıdır. "Hər şeyi sona çatdırmaq tapşırığı yoxdur. İndi çətin ki, kimsə sülh müqaviləsinin imzalanmasının dəqiq tarixini proqnozlaşdıra bilsin. Baxmayaraq ki, dünənki görüşdə deyildi ki, indi şərait çox dəyişib", - Peskov bildirib. Xatırladaq ki, mayın 25-də Moskvada Azərbaycan, Ermənistan və Rusiya liderinin iştirakı ilə üçtərəfli görüş keçirilib.
azərbaycan
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2023
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e6/0a/0b/447305339_212:0:1989:1333_1920x0_80_0_0_e93b3ad574e0be79fbed0dce16bae8d3.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
leyla abdullayeva, azərbaycan, ermənistan, sülh sazişi, imzalama, moldova
leyla abdullayeva, azərbaycan, ermənistan, sülh sazişi, imzalama, moldova
Azərbaycan və Ermənistan bu tarixdə sülh sazişi imzalaya bilərlər - Leyla Abdullayeva
15:19 26.05.2023 (Yenilənib: 15:27 26.05.2023) Avropa Siyasi Birliyinin sammiti zamanı Nikol Paşinyan və İlham Əliyev Fransa prezidenti Emmanuel Makron və Almaniya kansleri Olaf Şoltsla danışıqlar aparacaq.
BAKI, 26 may — Sputnik. Azərbaycan prezidenti İlham Əliyev və Ermənistanın baş naziri Nikol Paşinyan iyunun 1-də Moldovada Avropa Siyasi Birliyinin sammiti zamanı Qarabağ üzrə sülh sazişi imzalaya bilərlər. Bu barədə "Reuters" Azərbaycanın Fransadakı səfiri Leyla Abdullayevaya istinadən xəbər verir.
"Ümid edirik ki, iyunun 1-də Kişinyovda nəhayət sülh müqaviləsi imzalanacaq. Bu, qaçırılmamalı olan tarixi məqamdır", - Abdullayeva bildirib.
Qeyd edək ki, sammit çərçivəsində Nikol Paşinyan və İlham Əliyev Fransa prezidenti Emmanuel Makron və Almaniya kansleri Olaf Şoltsla danışıqlar aparacaq.
Rusiya Federasiyası Prezidentinin mətbuat katibi Dmitri Peskov jurnalistlərə bildirib ki, yaxın gələcəkdə Ermənistan və Azərbaycan arasında sülh müqaviləsinin imzalanması mümkündür.
"Ortaq baxış bucağı var. Dövlət başçılarının bunun necə həll ediləcəyi ilə bağlı anlaşması var. Buna görə də "prosesə heç bir süni maneə artıq yaradılmamalıdır", - Peskov bildirib.
O əlavə edib ki, üç ölkənin baş nazirinin müavinləri bir həftədən sonra Moskvada görüşəcək və mövcud məsələləri müzakirə edəcəklər, hələlik detalları razılaşdırmalıdır.
"Hər şeyi sona çatdırmaq tapşırığı yoxdur. İndi çətin ki, kimsə sülh müqaviləsinin imzalanmasının dəqiq tarixini proqnozlaşdıra bilsin. Baxmayaraq ki, dünənki görüşdə deyildi ki, indi şərait çox dəyişib", - Peskov bildirib.
Xatırladaq ki, mayın 25-də Moskvada Azərbaycan, Ermənistan və Rusiya liderinin iştirakı ilə üçtərəfli görüş keçirilib.