https://sputnik.az/20230525/yol-teserrufatina-iki-yuz-min-manatdan-cox-ziyan-deyib-455249665.html
Yol təsərrüfatına iki yüz min manatdan çox ziyan dəyib
Yol təsərrüfatına iki yüz min manatdan çox ziyan dəyib
Sputnik Azərbaycan
Üç ayda Azərbaycanın avtomobil yollarında yol qurğu və elementlərinə ziyan dəyməsi ilə nəticələnən 185 yol-nəqliyyat hadisəsi baş verib. 25.05.2023, Sputnik Azərbaycan
2023-05-25T20:22+0400
2023-05-25T20:22+0400
2023-05-25T20:22+0400
cəmiyyət
avtomobil yolları
avtomobil yolları dövlət agentliyi
https://cdnn1.img.sputnik.az/img/07e6/05/19/442221140_336:0:3977:2048_1920x0_80_0_0_7455eed2b6b5224f444cf082d8142844.jpg
BAKI, 25 may — Sputnik. Bu ilin yanvar-mart aylarında Azərbaycanın avtomobil yollarında yol qurğu və elementlərinə ziyan dəyməsi ilə nəticələnən 185 yol-nəqliyyat hadisəsi baş verib, yol təsərrüfatına 218,722 min manat ziyan dəyib. Bu barədə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən bildirilib. Məlumata görə, bunun 107,973 min manatı ödənilib, qalan hissəsinin ödənilməsi məqsədilə müvafiq sığorta şirkətlərinə, 3 yol nəqliyyat hadisəsi ilə bağlı avtonəqliyyat vasitələrinin sığortası olmadığına görə məhkəmələrə, 16 yol nəqliyyat hadisəsi törətmiş səbəbkar məlum olmadığı üçün, onların araşdırılaraq tapılması üçün Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsinə müraciət olunub. Hazırda Azərbaycanda 1,4 milyondan çox avtomobil istismardadır (Report).
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2023
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e6/05/19/442221140_791:0:3522:2048_1920x0_80_0_0_74f65dc7424a0abb52bb18ef0becabd5.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
avtomobil yolları, avtomobil yolları dövlət agentliyi
avtomobil yolları, avtomobil yolları dövlət agentliyi
Yol təsərrüfatına iki yüz min manatdan çox ziyan dəyib
Üç ayda Azərbaycanın avtomobil yollarında yol qurğu və elementlərinə ziyan dəyməsi ilə nəticələnən 185 yol-nəqliyyat hadisəsi baş verib.
BAKI, 25 may — Sputnik. Bu ilin yanvar-mart aylarında Azərbaycanın avtomobil yollarında yol qurğu və elementlərinə ziyan dəyməsi ilə nəticələnən 185 yol-nəqliyyat hadisəsi baş verib, yol təsərrüfatına 218,722 min manat ziyan dəyib.
Bu barədə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən bildirilib.
Məlumata görə, bunun 107,973 min manatı ödənilib, qalan hissəsinin ödənilməsi məqsədilə müvafiq sığorta şirkətlərinə, 3 yol nəqliyyat hadisəsi ilə bağlı avtonəqliyyat vasitələrinin sığortası olmadığına görə məhkəmələrə, 16 yol nəqliyyat hadisəsi törətmiş səbəbkar məlum olmadığı üçün, onların araşdırılaraq tapılması üçün Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsinə müraciət olunub.
Hazırda Azərbaycanda 1,4 milyondan çox avtomobil istismardadır (Report).