DÜNYA XƏBƏRLƏRİ
Dünyada baş verən ən önəmli hadisələr və aktual məqalələr

Türkiyədə mənzil alan azərbaycanlıların sayı azalıb, rusiyalılar isə rekord vurublar

© Sputnik / Irade CELILAntalyada yaşayış binası
Antalyada yaşayış binası - Sputnik Azərbaycan, 1920, 25.05.2023
Abunə olmaq
Rəsmi statistikaya əsasən, keçən ay Türkiyədə ən çox mənzil Rusiya vətəndaşları alıblar. Sonrakı yerlərdə isə İran, Ukrayna və İraq vətəndaşları gəliblər.
BAKI, 25 may — Sputnik. Azərbaycan vətəndaşlarının Türkiyədə aldıqları mənzillərin sayı azalıb.
Sputnik Azərbaycan Türkiyənin Statistika İdarəsinə istinadən xəbər verir ki, Azərbaycan vətəndaşları bu ilin aprel ayında Türkiyədən 54 mənzil alıblar. Bu, cari ilin mart ayı ilə müqayisədə 15 mənzil, ötən ilin apreli ilə müqayisədə isə 102 mənzil azdır.
Qeyd edək ki, cari ilin mart ayında bu rəqəm 69 mənzil, 2022-ci ilin aprelində isə 156 mənzil olub.
Məlumata görə, keçən ay Türkiyədə ən çox mənzil (817 mənzil) Rusiya vətəndaşları alıblar. Sonrakı yerlərdə 377 mənzillə İran, 136 mənzillə Ukrayna və 124 mənzillə İraq vətəndaşları gəlib.
Xatırladaq ki, bu ilin mart ayında Rusiya vətəndaşlarının Türkiyədə aldıqları mənzillərin sayı 1175 olub.
Ümumiyyətlə, cari ilin yanvar-aprel dövründə Türkiyədə mənzil satışları 18,6 faiz azalaraq 368 min 867 təşkil edib.
Xəbər lenti
0