SİYASƏT
Ölkənin ictimai-siyasi həyatına, xarici siyasətə, beynəlxalq siyasi gündəmə dair məqalələr

İsrail rəsmilərinə Ermənistanın sülh prosesinə törətdiyi maneələr barədə məlumat verilib

© Sputnik / Murad Orujovİsrail və Azərbaycan bayrağı
İsrail və Azərbaycan bayrağı - Sputnik Azərbaycan, 1920, 25.05.2023
Abunə olmaq
İsrail Dövlətinə səfəri çərçivəsində nazir müavini Azərbaycanın bu ölkədəki səfirliyi tərəfindən Müstəqillik Günü münasibətilə ilk dəfə olaraq keçirilən rəsmi tədbirdə çıxış edib.
BAKI, 25 may - Sputnik. Mayın 21-25-də Azərbaycanın xarici işlər nazirinin müavini Fariz Rzayev İsrailə işgüzar səfər edib.
Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsindən verilən məlumata görə, Fariz Rzayev səfər çərçivəsində İsraildə hər il təşkil olunan “Herzliya” Konfransında iştirak edib, habelə İsrailin bir sıra dövlət məmurları və qeyri-hökumət təşkilatlarının nümayəndələri ilə görüşüb.
“Herzliya” Konfransında “Azərbaycan-İsrail Strateji Əlaqələri” mövzusunda çıxış edən nazir müavini Azərbaycan-İsrail münasibətləri, regional məsələlər, ölkəmiz tərəfindən həyata keçirilən strateji enerji və nəqliyyat layihələri, habelə digər mövzular barədə konfrans iştirakçılarını məlumatlandırıb.
Səfər çərçivəsində Fariz Rzayev, həmçinin İsrail Dövləti Xarici İşlər Nazirliyinin baş direktoru Ronen Levi və onun müavini, Avrasiya bölməsinin rəhbəri Simona Halperin ilə görüşüb. Görüşlər zamanı F.Rzayev tərəf müqabillərini postmünaqişə dövründə bölgədə mövcud vəziyyət, Azərbaycanın regionda sülhün və təhlükəsizliyin bərqərar edilməsi istiqamətində davamlı fəaliyyəti, habelə Ermənistan tərəfindən törədilən maneələr barədə məlumatlandırıb.
F.Rzayev, o cümlədən Qüds Strategiya və Təhlükəsizlik İnstitutu, habelə Təl-Əviv Universiteti nəzdində fəaliyyət göstərən Moşe Dayan Yaxın Şərq və Afrika Araşdırmaları Mərkəzində ekspertlər, professor və tələbələrlə görüşüb.
İsrail Dövlətinə səfəri çərçivəsində nazir müavini Azərbaycanın bu ölkədəki səfirliyi tərəfindən Müstəqillik Günü münasibətilə ilk dəfə olaraq keçirilən rəsmi tədbirdə çıxış edib.
Təl-Əviv - Sputnik Azərbaycan, 1920, 25.05.2023
SİYASƏT
Təl-Əvivdəki Azərbaycan səfirliyinin ilk rəsmi tədbirinə İsrailin bütün elitası qatılıb
Xəbər lenti
0