Автомобильная авария, фото из архива - Sputnik Azərbaycan, 1920
HADİSƏ
Azərbaycanda və dünyada baş verən insident, olay və qəzalar

Quduz itdən bacısını xilas edən qız dünyasını dəyişdi

quduz - Sputnik Azərbaycan, 1920, 25.05.2023
Abunə olmaq
Vəziyyəti ağırlaşdığı üçün azyaşlı paytaxt xəstəxanalarından birinə təxliyə edilsə də, onu xilas etmək mümkün olmayıb.
BAKI, 25 may — Sputnik. Cəlilabad rayonunda quduz itin dişlədiyi azyaşlının ölümü ilə bağlı təfərrüat məlum olub. Hadisə mayın 3-də, şəhərin R.Nəsirov küçəsində baş verib.
Belə ki, 11 yaşlı Zülfiyyə Rzayeva mağazadan evə qayıdan bacısının sahibsiz itin hücumuna məruz qaldığını görüb.
Bu zaman o, bacısının köməyinə gəlib. Zülfiyyə bacısını xilas etsə də, özü itin hücumuna məruz qalaraq çoxsaylı bədən xəsarətləri alıb.
Daha sonra Z.Rzayeva Cəlilabad Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb, ona quduzluq əleyhinə vaksin vurulub və yaraları tikilib.
Lakin vəziyyəti ağırlaşdığı üçün azyaşlı paytaxt xəstəxanalarından birinə təxliyə edilib.
Z.Rzayeva yerləşdirildiyi xəstəxanada dünyasını dəyişib.
O, doğulduğu Cəlilabad rayonunun Əsədli kəndində torpağa tapşırılıb (Report).
Xəbər lenti
0