https://sputnik.az/20230525/olkedeki-narkomaniya-anemiya-alkoqolizm-ve-qcs-xestelerinin-statistikasi-aciqlanib-455243271.html
Ölkədəki narkomaniya, anemiya, alkoqolizm və QİÇS xəstələrinin statistikası açıqlanıb
Ölkədəki narkomaniya, anemiya, alkoqolizm və QİÇS xəstələrinin statistikası açıqlanıb
Sputnik Azərbaycan
Dövlət Statistika Komitəsi 2022-ci ildə ilk dəfə qoyulmuş diaqnozla ölkədə nə qədər adamın Narkomaniya, alkoqolizm, alkol psixozu, anemiya və QİÇS xəstəliyinə... 25.05.2023, Sputnik Azərbaycan
2023-05-25T11:30+0400
2023-05-25T11:30+0400
2023-05-25T11:29+0400
səhiyyə
narkomaniya
alkoqol
alkoqolizm
qiçs
dövlət statistika komitəsi
statistika
https://cdnn1.img.sputnik.az/img/42169/67/421696702_0:0:2721:1532_1920x0_80_0_0_62ea1ea623780f684a6809ca49723e93.jpg
BAKI, 25 may — Sputnik. 2022-ci ildə ilk dəfə qoyulmuş diaqnozla 682 nəfər alkoqolizm və alkol psixozu ilə qeydiyyata alınıb. Bu barədə Dövlət Statistika Komitəsindən verilən məlumatda bildirilib. Qeyd edilib ki, tibb müəssisələrində qeydiyyatda olan alkoqolizm və alkol psixozu xəstələrinin sayı isə 9793 nəfər olub. QİÇS2022-ci ildə ölkədə Qazanılmış İmmun Çatışmazlıq Sindromu (QİÇS) ilə 89 nəfər qeydə alınıb.Onlardan 18 yaşa qədər 1 nəfər olub. Tibb müəssisələrində qeydiyyatda olanların cəmi sayı isə 2 675 nəfər olub.Anemiya DSK-nın məlumatına görə, 2022-ci ildə ilk dəfə anemiya diaqnozu ilə 46 min 770 nəfər qeydə alınıb. Qeyd edilib ki, tibb müəssisələrində anemiya diaqnozu ilə qeydiyyatda olan xəstələrin sayı isə isə 39005 nəfər olub. Qeyd edək ki, ilk dəfə qoyulan diaqnozla 2018-ci ildə 47 min 552, 2019-cu ildə 47 min 912, 2020-ci ildə 43 min 188, 2021-ci ildə 43 min 150 nəfər qeydə alınıb. NarkomaniyaQeydiyyatdan olan narkomaniya xəstələrinin sayı açıqlanıb 2022-ci ildə ilk dəfə qoyulmuş diaqnozla 3 689 nəfər narkomaniya xəstəsi qeydə alınıb. DSK-nın məlumatında qeyd olunub ki, tibb müəssisələrində qeydiyyatda olan narkomaniya xəstələrinin sayı isə 35 min 97 nəfər olub (APA).
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2023
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/42169/67/421696702_0:0:2721:2042_1920x0_80_0_0_d475c2454eec137ff4063167bcaa4bc7.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
narkomaniya, alkoqol, alkoqolizm, qiçs, dövlət statistika komitəsi, statistika
narkomaniya, alkoqol, alkoqolizm, qiçs, dövlət statistika komitəsi, statistika
Ölkədəki narkomaniya, anemiya, alkoqolizm və QİÇS xəstələrinin statistikası açıqlanıb
Dövlət Statistika Komitəsi 2022-ci ildə ilk dəfə qoyulmuş diaqnozla ölkədə nə qədər adamın Narkomaniya, alkoqolizm, alkol psixozu, anemiya və QİÇS xəstəliyinə mübtəla olduğunu açıqlayıb.
BAKI, 25 may — Sputnik. 2022-ci ildə ilk dəfə qoyulmuş diaqnozla 682 nəfər alkoqolizm və alkol psixozu ilə qeydiyyata alınıb.
Bu barədə Dövlət Statistika Komitəsindən verilən məlumatda bildirilib. Qeyd edilib ki, tibb müəssisələrində qeydiyyatda olan alkoqolizm və alkol psixozu xəstələrinin sayı isə 9793 nəfər olub.
2022-ci ildə ölkədə Qazanılmış İmmun Çatışmazlıq Sindromu (QİÇS) ilə 89 nəfər qeydə alınıb.
Onlardan 18 yaşa qədər 1 nəfər olub. Tibb müəssisələrində qeydiyyatda olanların cəmi sayı isə 2 675 nəfər olub.
DSK-nın məlumatına görə, 2022-ci ildə ilk dəfə anemiya diaqnozu ilə 46 min 770 nəfər qeydə alınıb. Qeyd edilib ki, tibb müəssisələrində anemiya diaqnozu ilə qeydiyyatda olan xəstələrin sayı isə isə 39005 nəfər olub.
Qeyd edək ki, ilk dəfə qoyulan diaqnozla 2018-ci ildə 47 min 552, 2019-cu ildə 47 min 912, 2020-ci ildə 43 min 188, 2021-ci ildə 43 min 150 nəfər qeydə alınıb.
Qeydiyyatdan olan narkomaniya xəstələrinin sayı açıqlanıb
2022-ci ildə ilk dəfə qoyulmuş diaqnozla 3 689 nəfər narkomaniya xəstəsi qeydə alınıb.
DSK-nın məlumatında qeyd olunub ki, tibb müəssisələrində qeydiyyatda olan narkomaniya xəstələrinin sayı isə 35 min 97 nəfər olub (APA).