https://sputnik.az/20230525/lkin-suleymanova-son-soz-ucun-sekkiz-gun-vaxt-verilib-455262829.html
İlkin Süleymanova son söz üçün səkkiz gün vaxt verilib
İlkin Süleymanova son söz üçün səkkiz gün vaxt verilib
Sputnik Azərbaycan
Yekun olaraq vəkillərin hər biri İlkin Süleymanova bəraət verilməsini istəyiblər. 25.05.2023, Sputnik Azərbaycan
2023-05-25T18:44+0400
2023-05-25T18:44+0400
2023-05-25T18:44+0400
məhkəmə
cəmiyyət
https://cdnn1.img.sputnik.az/img/42395/15/423951509_0:0:3073:1728_1920x0_80_0_0_a5b7ad26b93c4cc3d034cdb927989608.jpg
BAKI, 25 may — Sputnik. Tovuz rayonunun Dondar Quşçu kəndində 10 yaşlı Nərmin Quliyevanı qətlə yetirməkdə ittiham olunan İlkin Süleymanovun məhkəmə prosesi davam etdirilib. Prosesdə vəkillər - Əlibaba Rzayev, Zabil Qəhrəmanov və Murtuzəli Abbasovun müdafiə çıxışları dinlənilib. Yekun olaraq vəkillərin hər biri İlkin Süleymanova bəraət verilməsini istəyiblər. İlkin Süleymanov bu gün üçün son söz deməyə hazır olmadığını deyib. Məhkəmə ona iyunun 2-nə kimi vaxt verib. Xatırladaq ki, 2019-cu ilin noyabrın 19-dan itkin düşən Tovuz rayonunun Dondar Quşçu kənd sakini, 10 yaşlı Nərmin Quliyevanın qətlə yetirilərək yandırılan meyiti 2020-ci il yanvarın 6-da kənd ərazisində aşkar edilib. Cinayət işi üzrə təqsirləndirilən Dondar Quşçu kənd sakini, 1973-cü il təvəllüdlü Süleymanov İlkin İbrahim oğlu tutularaq istintaqa cəlb edilib. İlkin Süleymanova qarşı Cinayət Məcəlləsinin 120.2.4 (xüsusi amansızlıqla qəsdən adam öldürmə), 120.2.9 (təqsirkar şəxs üçün aşkar surətdə köməksiz vəziyyətdə olan adamı qəsdən öldürmə), 144.3 (adam oğurluğu) və başqa maddələr ilə ittiham irəli sürülüb.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2023
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/42395/15/423951509_112:0:2843:2048_1920x0_80_0_0_c5927bdc7ea57c4709c5d436c5a08ffa.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
məhkəmə
İlkin Süleymanova son söz üçün səkkiz gün vaxt verilib
Yekun olaraq vəkillərin hər biri İlkin Süleymanova bəraət verilməsini istəyiblər.
BAKI, 25 may — Sputnik. Tovuz rayonunun Dondar Quşçu kəndində 10 yaşlı Nərmin Quliyevanı qətlə yetirməkdə ittiham olunan İlkin Süleymanovun məhkəmə prosesi davam etdirilib.
Prosesdə vəkillər - Əlibaba Rzayev, Zabil Qəhrəmanov və Murtuzəli Abbasovun müdafiə çıxışları dinlənilib.
Yekun olaraq vəkillərin hər biri İlkin Süleymanova bəraət verilməsini istəyiblər.
İlkin Süleymanov bu gün üçün son söz deməyə hazır olmadığını deyib. Məhkəmə ona iyunun 2-nə kimi vaxt verib.
Xatırladaq ki, 2019-cu ilin noyabrın 19-dan itkin düşən Tovuz rayonunun Dondar Quşçu kənd sakini, 10 yaşlı Nərmin Quliyevanın qətlə yetirilərək yandırılan meyiti 2020-ci il yanvarın 6-da kənd ərazisində aşkar edilib. Cinayət işi üzrə təqsirləndirilən Dondar Quşçu kənd sakini, 1973-cü il təvəllüdlü Süleymanov İlkin İbrahim oğlu tutularaq istintaqa cəlb edilib.
İlkin Süleymanova qarşı Cinayət Məcəlləsinin 120.2.4 (xüsusi amansızlıqla qəsdən adam öldürmə), 120.2.9 (təqsirkar şəxs üçün aşkar surətdə köməksiz vəziyyətdə olan adamı qəsdən öldürmə), 144.3 (adam oğurluğu) və başqa maddələr ilə ittiham irəli sürülüb.