https://sputnik.az/20230525/ermenistanin-mudafie-naziri-ktmt-nin-iclasina-getmeyib-455244112.html
Ermənistanın müdafiə naziri KTMT-nin iclasına getməyib
Ermənistanın müdafiə naziri KTMT-nin iclasına getməyib
Sputnik Azərbaycan
Görüşdə KTMT-yə üzv dövlətlərin müdafiə nazirləri, təşkilatın baş katibi və KTMT Birləşmiş Qərargahının rəhbərinin iştirakı nəzərdə tutulur. 25.05.2023, Sputnik Azərbaycan
2023-05-25T12:43+0400
2023-05-25T12:43+0400
2023-05-25T12:43+0400
nikol paşinyan
dünya xəbərləri
ktmt
peskov
dmitri peskov
https://cdnn1.img.sputnik.az/img/07e6/0c/08/449404013_0:0:1920:1080_1920x0_80_0_0_6f13515d6c1a44256466f7be41fefa6f.jpg
BAKI, 25 may — Sputnik. Ermənistanın müdafiə naziri Suren Papikyan KTMT-nin Müdafiə Nazirliyi Rəhbərləri Şurasının iclasında iştirak etmək üçün Minskə getməyib. "Ermənistanın müdafiə naziri Minskə getməyib, o, KTMT ölkələrinin Müdafiə Nazirləri Şurasının iclasında iştirak etmir", - Müdafiə Nazirliyinin mətbuat katibi Aram Torosyan "İnterfaks"a bildirib. Rusiya Müdafiə Nazirliyi bildirib ki, KTMT-yə üzv ölkələrin Müdafiə Nazirləri Şurasının iclasının iştirakçıları cümə axşamı kollektiv təhlükəsizlik regionlarında hərbi təhlükəsizliyə çağırışlar və təhdidlər, böhranlı məsələləri müzakirə edəcəklər. Məlumatda qeyd edilib ki, görüşdə KTMT-yə üzv dövlətlərin müdafiə nazirləri, təşkilatın baş katibi və KTMT Birləşmiş Qərargahının rəhbərinin iştirakı nəzərdə tutulur. Xatırladaq ki, Nikol Paşinyan keçirdiyi mətbuat konfransında deyib ki, Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı (KTMT) missiyası Ermənistan ərazisində fəaliyyət göstərmir. "Təşkilat Ermənistan sərhədlərini müəyyən etməyib və bu məsələ həll olunandan sonra mövcud problemlərin 90 faizi aradan qaldırılacaq", - deyə Paşinyan qeyd edib. Baş nazir Ermənistanın hələ ki, Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) Qırğızıstanda keçiriləcək hərbi təlimlərində iştirakla bağlı yekun qərar vermədiyini də açıqlayıb. "KTMT ilə münasibətlərə gəldikdə isə, bizə elə gəlir ki, bu təşkilat Ermənistana girmək əvəzinə ondan çıxır", - Paşinyan bildirib. "Ermənistan bu barədə o zaman de-yuri qərar qəbul edəcək ki, KTMT-nin Ermənistandan çıxdığını müşahidə edəcək, yəni o öz öhdəliklərini yerinə yetirməcək", - o. əlavə edib. Rusiya Federasiyası Prezidentinin mətbuat katibi Dmitri Peskov Ermənistanın baş naziri Nikol Paşinyanın Ermənistanın KTMT-ni "gücsüz" hesab edəcəyi təqdirdə onun tərkibindən çıxmaq barədə qərar verəcəyi barədə bəyanatını şərh edərkən deyib ki, usiya Ermənistanla Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı (KTMT) mövzusunda dialoqu davam etdirəcək, bu təşkilat səmərəlidir və inkişaf potensialına malikdir. "Ermənistanın baş nazirinin bəyanatına gəlincə, o zaman biz təbii ki, erməni dostlarımızla dialoqumuzu davam etdirəcəyik, onlarla KTMT-nin fəaliyyətində gələcək birgə iştirakımız barədə danışacağıq", - Kreml sözçüsü bildirib. KTMT-yə Rusiya, Ermənistan, Belarus, Qazaxıstan, Qırğızıstan və Tacikistan daxildir.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2023
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e6/0c/08/449404013_310:0:1751:1081_1920x0_80_0_0_4ac1c9aac4c9936c864981fe7fba5a51.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
nikol paşinyan, ktmt, peskov, dmitri peskov
nikol paşinyan, ktmt, peskov, dmitri peskov
Ermənistanın müdafiə naziri KTMT-nin iclasına getməyib
Görüşdə KTMT-yə üzv dövlətlərin müdafiə nazirləri, təşkilatın baş katibi və KTMT Birləşmiş Qərargahının rəhbərinin iştirakı nəzərdə tutulur.
BAKI, 25 may — Sputnik. Ermənistanın müdafiə naziri Suren Papikyan KTMT-nin Müdafiə Nazirliyi Rəhbərləri Şurasının iclasında iştirak etmək üçün Minskə getməyib.
"Ermənistanın müdafiə naziri Minskə getməyib, o, KTMT ölkələrinin Müdafiə Nazirləri Şurasının iclasında iştirak etmir", - Müdafiə Nazirliyinin mətbuat katibi Aram Torosyan "İnterfaks"a bildirib.
Rusiya Müdafiə Nazirliyi bildirib ki, KTMT-yə üzv ölkələrin Müdafiə Nazirləri Şurasının iclasının iştirakçıları cümə axşamı kollektiv təhlükəsizlik regionlarında hərbi təhlükəsizliyə çağırışlar və təhdidlər, böhranlı məsələləri müzakirə edəcəklər.
Məlumatda qeyd edilib ki, görüşdə KTMT-yə üzv dövlətlərin müdafiə nazirləri, təşkilatın baş katibi və KTMT Birləşmiş Qərargahının rəhbərinin iştirakı nəzərdə tutulur.
Xatırladaq ki, Nikol Paşinyan keçirdiyi mətbuat konfransında deyib ki, Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı (KTMT) missiyası Ermənistan ərazisində fəaliyyət göstərmir.
"Təşkilat Ermənistan sərhədlərini müəyyən etməyib və bu məsələ həll olunandan sonra mövcud problemlərin 90 faizi aradan qaldırılacaq", - deyə Paşinyan qeyd edib.
Baş nazir Ermənistanın hələ ki, Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) Qırğızıstanda keçiriləcək hərbi təlimlərində iştirakla bağlı yekun qərar vermədiyini də açıqlayıb.
"KTMT ilə münasibətlərə gəldikdə isə, bizə elə gəlir ki, bu təşkilat Ermənistana girmək əvəzinə ondan çıxır", - Paşinyan bildirib.
"Ermənistan bu barədə o zaman de-yuri qərar qəbul edəcək ki, KTMT-nin Ermənistandan çıxdığını müşahidə edəcək, yəni o öz öhdəliklərini yerinə yetirməcək", - o. əlavə edib.
Rusiya Federasiyası Prezidentinin mətbuat katibi Dmitri Peskov Ermənistanın baş naziri Nikol Paşinyanın Ermənistanın KTMT-ni "gücsüz" hesab edəcəyi təqdirdə onun tərkibindən çıxmaq barədə qərar verəcəyi barədə bəyanatını şərh edərkən deyib ki, usiya Ermənistanla Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı (KTMT) mövzusunda dialoqu davam etdirəcək, bu təşkilat səmərəlidir və inkişaf potensialına malikdir.
"Ermənistanın baş nazirinin bəyanatına gəlincə, o zaman biz təbii ki, erməni dostlarımızla dialoqumuzu davam etdirəcəyik, onlarla KTMT-nin fəaliyyətində gələcək birgə iştirakımız barədə danışacağıq", - Kreml sözçüsü bildirib.
KTMT-yə Rusiya, Ermənistan, Belarus, Qazaxıstan, Qırğızıstan və Tacikistan daxildir.