https://sputnik.az/20230525/ermenistanin-azerbaycanin-erazi-butovluyunu-tanimasi-sulh-prosesini-suretlendirecek-455274051.html
Moskvada Prezident İlham Əliyevin Prezident Vladimir Putinlə görüşü olub - VİDEO
Moskvada Prezident İlham Əliyevin Prezident Vladimir Putinlə görüşü olub - VİDEO
Sputnik Azərbaycan
Azərbaycan dövlətinin başçısı qeyd edib ki, müasir Azərbaycan-Rusiya münasibətlərinin əsasları Azərbaycanın ümummilli lideri Heydər Əliyev və Rusiya Prezidenti... 25.05.2023, Sputnik Azərbaycan
2023-05-25T22:03+0400
2023-05-25T22:03+0400
2023-05-25T22:03+0400
siyasət
prezident ilham əliyev
rusiya prezidenti vladimir putin
vladimir putin
https://cdnn1.img.sputnik.az/img/07e7/05/19/455271936_0:142:3137:1907_1920x0_80_0_0_4122a5e05121ddd82cfc6c3cf24d276c.jpg
BAKI, 25 may - Sputnik. Mayın 25-də Moskvada Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Rusiya Federasiyasının Prezidenti Vladimir Putinlə görüşü olub.Bu barədə Azərbaycan Prezidentinin Mətbuat Xidməti məlumat yayıb.***Azərbaycanla Ermənistan arasında sülh müqaviləsinin bəndlərinin razılaşdırılması məsələsi xeyli asanlaşacaq. Bu sözləri Azərbaycan prezidenti İlham Əliyev cümə axşamı Rusiya lideri Vladimir Putinlə danışıqlar zamanı bildirib.“Hesab edirəm ki, Ermənistan rəhbərliyinin Qarabağın Azərbaycanın tərkib hissəsi kimi tanınması, eləcə də konkret ərazi göstərilməklə Azərbaycan Respublikasının ərazi bütövlüyünün tanınması ilə bağlı bu yaxınlarda verdiyi bəyanatlardan sonra sülh müqaviləsinin digər bəndlərinin razılaşdırılması daha asan olacaq”, - Əliyev deyib. Dövlət başçısı Moskvada keçirilən üçtərəfli görüşün yekunlarına görə Azərbaycan və Ermənistan arasında münasibətlərin normallaşması istiqamətində irəliləyişə ümid etdiyini bildirib."Ümid edirəm ki, bu gün biz iki ölkə arasında münasibətlərin normallaşdırılması məsələsində üçtərəfli formatda daha bir addım atacağıq”, - deyə Azərbaycan lideri qeyd edib.Bakı ilə Moskva arasında münasibətlər Rusiya lideri Vladimir Putin isə qeyd edib ki, iki ölkə arasında münasibətlər bərabərlik, bir-birinin maraqlarının nəzərə alınması prinsipləri əsasında qurulub və tədricən inkişaf edir.Putin Heydər Əliyevin anadan olmasının 100 illiyinin qeyd olunmasını da xatırladıb."Siz bizim bu siyasi xadimə - Sovet İttifaqına, müstəqil Azərbaycana münasibətimizi bilirsiniz. O, görkəmli siyasi xadimdir, ölkələrimizin tarixində birləşdirici şəxsiyyətdir", - deyən Putin onun yubileyinin Rusiyada layiqincə qeyd olunduğunu vurğulayıb. İlham Əliyev də öz növbəsində müasir Azərbaycan-Rusiya münasibətlərinin əsaslarının Azərbaycan Respublikasının ümummilli lideri Heydər Əliyev və Rusiya Prezidenti Vladimir Putin tərəfindən qoyulduğunu deyib."Məhz 2001-ci ildə Bakıya səfərinizdən sonra münasibətlər keyfiyyətcə yeni səviyyəyə qalxdı və bu gün biz bu münasibətləri müttəfiqlik kimi səciyyələndiririk - təkcə de-fakto deyil, həm də de-yure", - Azərbaycan Prezidenti bildirib. O, həmçinin xatırladıb ki, ötən ilin əvvəlində tərəflər iki ölkənin daha sıx əməkdaşlıq istəklərinin ruhunu və mahiyyətini əks etdirən ən mühüm siyasi sənədi - Müttəfiqlik qarşılıqlı fəaliyyəti haqqında Bəyannaməni imzalayıblar. Qeyd edək ki, 2023-cü il Azərbaycanda Heydər Əliyev İli elan edilib, onun anadan olmasının 100 illiyi qeyd olunub.Normallaşmada Rusiyanın roluƏliyev qeyd edib ki, Azərbaycan Rusiya tərəfinin Bakı ilə İrəvan arasında münasibətlərin normallaşdırılmasında göstərdiyi səyləri yüksək qiymətləndirir."Rusiya Azərbaycan və Ermənistanın nəhayət sülh razılaşmasına gəlməsinə böyük əhəmiyyət verir", - deyə o, əlavə edib.
https://sputnik.az/20230525/lham-eliyev-ve-vladimir-putin-moskvada-gorus-kecirir---vdeo-455270472.html
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2023
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e7/05/19/455271936_203:0:2934:2048_1920x0_80_0_0_e459d5d5113cccca33a834ad9e133b66.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
prezident ilham əliyev, rusiya prezidenti vladimir putin, vladimir putin
prezident ilham əliyev, rusiya prezidenti vladimir putin, vladimir putin
Moskvada Prezident İlham Əliyevin Prezident Vladimir Putinlə görüşü olub - VİDEO
Azərbaycan dövlətinin başçısı qeyd edib ki, müasir Azərbaycan-Rusiya münasibətlərinin əsasları Azərbaycanın ümummilli lideri Heydər Əliyev və Rusiya Prezidenti Vladimir Putin tərəfindən qoyulub.
BAKI, 25 may - Sputnik. Mayın 25-də Moskvada Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Rusiya Federasiyasının Prezidenti Vladimir Putinlə görüşü olub.
Bu barədə Azərbaycan Prezidentinin Mətbuat Xidməti məlumat yayıb.
Azərbaycanla Ermənistan arasında sülh müqaviləsinin bəndlərinin razılaşdırılması məsələsi xeyli asanlaşacaq.
Bu sözləri Azərbaycan prezidenti İlham Əliyev cümə axşamı Rusiya lideri Vladimir Putinlə danışıqlar zamanı bildirib.
“Hesab edirəm ki, Ermənistan rəhbərliyinin Qarabağın Azərbaycanın tərkib hissəsi kimi tanınması, eləcə də konkret ərazi göstərilməklə Azərbaycan Respublikasının ərazi bütövlüyünün tanınması ilə bağlı bu yaxınlarda verdiyi bəyanatlardan sonra sülh müqaviləsinin digər bəndlərinin razılaşdırılması daha asan olacaq”, - Əliyev deyib.
Dövlət başçısı Moskvada keçirilən üçtərəfli görüşün yekunlarına görə Azərbaycan və Ermənistan arasında münasibətlərin normallaşması istiqamətində irəliləyişə ümid etdiyini bildirib.
"Ümid edirəm ki, bu gün biz iki ölkə arasında münasibətlərin normallaşdırılması məsələsində üçtərəfli formatda daha bir addım atacağıq”, - deyə Azərbaycan lideri qeyd edib.
Bakı ilə Moskva arasında münasibətlər
Rusiya lideri Vladimir Putin isə qeyd edib ki, iki ölkə arasında münasibətlər bərabərlik, bir-birinin maraqlarının nəzərə alınması prinsipləri əsasında qurulub və tədricən inkişaf edir.
Putin Heydər Əliyevin anadan olmasının 100 illiyinin qeyd olunmasını da xatırladıb.
"Siz bizim bu siyasi xadimə - Sovet İttifaqına, müstəqil Azərbaycana münasibətimizi bilirsiniz. O, görkəmli siyasi xadimdir, ölkələrimizin tarixində birləşdirici şəxsiyyətdir", - deyən Putin onun yubileyinin Rusiyada layiqincə qeyd olunduğunu vurğulayıb.
İlham Əliyev də öz növbəsində müasir Azərbaycan-Rusiya münasibətlərinin əsaslarının Azərbaycan Respublikasının ümummilli lideri Heydər Əliyev və Rusiya Prezidenti Vladimir Putin tərəfindən qoyulduğunu deyib.
"Məhz 2001-ci ildə Bakıya səfərinizdən sonra münasibətlər keyfiyyətcə yeni səviyyəyə qalxdı və bu gün biz bu münasibətləri müttəfiqlik kimi səciyyələndiririk - təkcə de-fakto deyil, həm də de-yure", - Azərbaycan Prezidenti bildirib.
O, həmçinin xatırladıb ki, ötən ilin əvvəlində tərəflər iki ölkənin daha sıx əməkdaşlıq istəklərinin ruhunu və mahiyyətini əks etdirən ən mühüm siyasi sənədi - Müttəfiqlik qarşılıqlı fəaliyyəti haqqında Bəyannaməni imzalayıblar.
Qeyd edək ki, 2023-cü il Azərbaycanda Heydər Əliyev İli elan edilib, onun anadan olmasının 100 illiyi qeyd olunub.
Normallaşmada Rusiyanın rolu
Əliyev qeyd edib ki, Azərbaycan Rusiya tərəfinin Bakı ilə İrəvan arasında münasibətlərin normallaşdırılmasında göstərdiyi səyləri yüksək qiymətləndirir.
"Rusiya Azərbaycan və Ermənistanın nəhayət sülh razılaşmasına gəlməsinə böyük əhəmiyyət verir", - deyə o, əlavə edib.